ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
19
 

 
E.Əzizov əsas ləhcələrdən başqa keçid tipli(qarışıq, aralıq) şi-
vələri də göstərir. “Keçid şivə  termini  həm eyni bir dilin ərazi cə-
hətdən əlaqədə olan iki dialektinin sərhəd zonasındakı şivələrə, həm 
də iki qohum dilin sərhəddində yerləşmiş şivələrə aid edilə bilər” 
(27, 304). “Ayrı-ayrı dillər bir-biri ilə qarşılıqlı əlaqədə olduğu kimi, 
bu və ya digər dil tərkibindəki dialektlər də qarşılıqlı münasibətdə 
olur. Dialektlər arasındakı belə qarşılıqlı təsir və əlaqə özünü daha 
aydın şəkildə keçid şivələrində göstərir”. Yenə orada A.Vəliyev qeyd 
edir ki, keçid şivələrinin qərb, şərq və şimal qrupları ilə ədəbi dil ara-
sında körpü mövqeyində durduğunu müəyyənləşdirmək olur. Müəl-
lif şərq qrupu ilə qərb qrupu arasında Göyçay keçid şivələrinin, qərb-
lə şimal arasında Ağdaş keçid şivələrinin, qərblə cənub arasında isə 
Cəlilabad (Astraxanbazar) Yardımlı keçid şivələrinin mövcudluğun-
dan bəhs edir (61, 3). 
Azərbaycanın  Şəki-Zaqatala  bölgələrinin  şivələri  E.Əzizovun 
təsnifatında qarışıq tipli şimal-qərb şivələrinə, Ağdaş, Göyçay, Ucar, 
Zərdab rayonlarının ərazilərində, cənub-şərqdə Cəlilabad, Biləsuvar 
rayonlarının  ərazilərində,  nisbətən  cənub-qərbdə  Araz  çayından 
şimalda Cəbrayıl, Zəngilan, Qubadlı, rayonlarının ərazilərində əsas 
ləhcələr arasında yerləşən şivələr keçid (aralıq) şivələrə aid edilir 
və müxtəlif ləhcələr üçün səciyyəvi olan fonetik, qrammatik və lek-
sik xüsusiyyətlər göstərilir (27, 278). 
M.Şirəliyevin bölgüsündə şimal qrupu dialekt və şivələri adı al-
tında Nuxa dialekti, Zaqatala-Qax şivələri verilir. E.Əzizov isə bu şi-
vələri (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) dilimizin qarışıq tipli şi-
mal-qərb şivələrinə aid edir (27, 290). 
Məlumdur ki, Azərbaycan dili şivələrinin təsnifatında, əsasən, 
coğrafi prinsip  əsas götürülür. Coğrafi baxımdan  Şəki, Oğuz, Qax, 
Zaqatala,  Balakən  rayonlarının  şivələrini  dialektlərin  şimal-qərb 
qrupuna aid edilməsi daha düzgündür. Çünki bu rayonlar ərazi ba-
xımından şimalda deyil, bir qədər şimal-qərbdə yerləşir. 
Əgər şimal-qərb şivələrinin dil xüsusiyyətlərinə nəzər salsaq, 
görərik ki, bu zonanın dialekt xüsusiyyətləri başqa ləhcələrlə qarşı-
qoyulma yaratmır, əksinə, burada həm qərb, həm şimal-şərq, həm 
də cənub ləhcəsi üçün səciyyəvi olan xüsusiyyətlər özünü göstərir. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin