Belə bir cavabla dilin insan həyatında nə qədər önəmli rol oyna-
dığını anlatmışdır.
İki insanın bir-birini anlaması zamanı dilin mühüm və əsas yeri
olduğu kimi, cəmiyyətin, millətin və millətlərarası anlaşmanın da
əsasını dil təşkil edir. Bu gün eyni bir dil ailəsində olan və eyni bir
qrupu təmsil edən insanların arasındakı ən önəmli ünsiyyət yenə
dildir. İki dilin düzgün işlədilməsi həmin dillərin öz qanunları əsa-
sında öyrənilməsindən asılıdır. Çünki hər dil öz qanunları içərisin-
də və bu qanunlara əsasən öyrənilir. M.Erginin ifadəsi ilə: “Dil, insan-
lar arasında anlaşma yaradan təbii bir vasitə, öz qanunları olan, bu
qanunları içərisində yaşayan, inkişaf edən canlı bir varlıq, milləti bir-
ləşdirən, qoruyan və onun malı olan sosial bir müəssisə, səslərdən
yaranmış nizamlı bir varlıq, lap qədim zamanlardan ortaya çıxmış
gizli anlaşmalar və sözləşmələr sistemidir” (79, 3).
Dünyada təxminən dörd min dil mövcuddur. Çin, hind, ispan,
ingilis, fransız, rus və türk dilləri bu dillər içərisində ən çox istifadə
olunanlarıdır. Bu da türk dilinin dünya dilləri içərisində nə qədər
böyük bir əhəmiyyət kəsb etdiyini göstərən amildir.
Johan Vandewalle 32 dil bildiyinə görə “Babil Dünya Mükafatı”-
na layiq görülmüşdür. Bildiyi dillər içərisində türk dilinə böyük ma-
raq göstərən Johan Vandewallein bu xüsusda fikirləri maraq doğur-
maya bilməz. “Uzun zaman türk dilinin qaydalar sisteminin işləkli-
yini incələdikcə onun bir şahmat oyununa bənzədiyinin şahidi oldum.
Şahmat qaydaları sadə və az gedişlidir. Qısa bir zamanda öyrənil-
məsi mümkündür. Yeddi yaşında olan uşaq belə şahmat oynamağı
öyrənə bilər. Əsası sadəliyə dayanan bu oyunu oynayan insan heç
bir zaman sıxıntılarla qarşı-qarşıya qalmaz. İstədiyi qədər oynayar.
Çempion olmaq üçün insandan yüksək qabiliyyət və bacarıq tələb
olunmur. Bütün bunlardan yola çıxaraq əslində şahmat oyununun
ideal bir oyun olduğu söylənilə bilər. Eyni bənzərliyin türk dilinin
qrammatik quruluşunda olması bu dilin ən vacib xüsusiyyətlərin-
dəndir” (83, 17).
Azərbaycan dili dialektlərinin fonetik və morfoloji xüsusiyyət-
lərini aşağıdaki kimi səciyyələndirmək olar: