məna əsasında əmələ gəldiyini qeyd edir (78, 366).Qeyd olunan
leksik vahidin üçüncü mənasına Azərbaycan dili şivələrində də tə-
sadüf olunur.
Sirt. Bu söz Azərbaycan dili şivələrində “zirvə” (Qax, Oğuz),
“təpə” (Xaçmaz, Qax, Quba, Şəki, Zaqatala), “yoxuş” (Ağdam, Xaçmaz,
Quba, Zaqatala), “hər hansı bir şeyin baş və ya hündür uca hissəsi”
(Oğuz, Şəki) mənasında işlənir: Dağın sirtində bir dənə qoyun otdı- yır (Şəki); Öyün sirt qocu sınıfdı (Şəki); Qazmaların sirtiynən sən qalx, mən də suzqa suyu kəsiciyəm (Oğuz) (7, 440).
Türk ədəbi dili üçün də sırt leksik vahidinin “dağ, təpə” mənası
səciyyəvidir: Hayvanların çayırı görünmez çadırdan, sırtın arkasın- dadır (Kamal Tahir) (70, 2784).