edir: Davarların dönme zamanına, tam gurup vak-tine rastlamıştık (Refik H. Karay); Ne bir ekin kalacak ortada ne bir davar (Faruk N.
Çamlıbel) (68, 637).
Davar sözü Azərbaycan ədəbi dilində də “qoyun-keçi; xırda-
buynuzlu mal-qara” mənasında işlənir (10, 551).
Qədim türk dili abidələrində davar>tavar şəklində işlənmişdir
(103, 61). İ.Z.Eyuboğlu davar sözünün mənşə etibarı ilə türkcə olan
tavar sözündən əmələ gəldiyini qeyd edir. Daha sonra bu leksik
vahidin Anadolu türkcəsində xırda buynuzlu heyvanlar, əsasən,
qoyun üçün işləndiyini yazır: Erzurum davarı, Konya davarı, Laz da- varı. Bu nümunələrdə davar sözü “qoyun” mənasını ifadə edir. Bu
da qədim türklərin uzun zaman bir yerdə qalmayan köçəri həyatları
ilə əlaqədardır. Onlar bəslədikləri ev heyvanları ilə birlikdə köçür-
dülər. Bu səbəblə tavar/davar da “gəzən, dolaşan (qoyun, sığır, at
və b.) varlıq” deməkdir (80, 170).
Əbrəş. Azərbaycan dili şivələrində (Cəbrayıl, Salyan, Yardımlı,
Kürdəmir, Şəki) “təpəl, başında ağ xalı olan (heyvan)” mənasında
işlənir: Bi sarı əbrəş qoyunum var (Kürdəmir); Əbrəş qoyunumuz iki gündü itib (Cəbrayıl); Əbrəş qoyun tayın görüm; qumral qoyun ta- yın görüm; həblə-həblə sayırdıx (Şəki) (7, 154).
Klassik türk ədəbiyyatı nümunələrində əbrəş sözünə “ala-bula,
xallı” mənasında rast gəlinir: Siyeh ata binip nûr-ı cemâli berk urduk- ça / Görenler derler ol mâhı bu berk-ı ebr-i ebreştir (Zâtî); Lağziş-i gaflet eder üftâde-i çâh-ı adem / Sen gerek Rüs-tem gibi çâbük-süvâr- ı ebreş ol (Nâzım).Türk ədəbi dilində abraş sözü “ala-bula, xallı” mə-
nasında sadəcə heyvan üçün istifadə edilmir: “Abraş at”; “Abraş yap-
rak”; Keskin gölgelerin oyduğu ve buruşturduğu çentikli, soluk ve ab- raş bir yüzde onu görmek ve tanımak zahmeti çekiyordu (Peyâmi
Safa) (68, 8).
Ənix`//ənik. Bu söz Azərbaycan dilinin əksər şivələrində “kü-
çük, it balası”mənasında işlənir: Əniyi yerində bağla (Bərdə); İtin əniyi it olar (Qazax); Uşaxları qoyma əniynən öynəsin (Zəngilan); Qan- cığın altında iki ənix` var (Çənbərək); Axşamnar əniyi bağla (Kürdə-
mir) (7, 162).