ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə98/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
81
 

 
dir (80, 166). Qeyd olunan leksik vahid türk dili şivələrində “həddin-
dən artıq irilik və bir az da anlayışsızlığın nişanəsi” sayılır (80, 166). 
Dayanıxlı//Dayanqan. Bu leksik vahid Azərbaycan dilinin Şu-
şa şivəsində “davamlı, tab gətirən, səbirli” mənasını ifadə edir: Çox 
dayanıxlı adam gördüm səni; Cabbar dayanqan adamdı (7, 120). 
Dayanıklı leksik vahidi türk ədəbi dilində “davamlı, tab gətirən, 
qüvvətli, güclü, sağlam” mənalarını ifadə edir (75, 255): Yük кaldır-
maya dayanıкlı idi, gürеş tutmayı bеcеrirdi (127, 234).  
Azərbaycan  ədəbi  dilində  dayanıqlı sözünün  “dayanığı  olan, 
mətanətli, dözümlü” mənalarına təsadüf olunub (10, 554). 
Dayangan sözünə türk dilinin Lapseki–Çanakkale, Düzce –Bolu, 
Çorum, Trabzon, Yozgat şivələrində rast gəlinib (121).  
Azərbaycan dilinin dialektlərində, həm də türk ədəbi dilndə iş-
lənən dayanıklı, dayangan leksik vahidləri mənşəyinə görə türkcə 
olub daya- feilinə leksik şəkilçiləri əlavə etməklə düzəlib. Qə-
dim türk dili abidələrində tayancaq>tayıncaq “güvəniləcək şey”, ta-
yanqan “dayanıqlı, sağlam”, tayanmaq “güvənmək, etimad etmək”, 
tayanı görmək “dayanıb durmaq, dayanmaqda dirənmək” mənala-
rında işlənib (103, 205). 
Dənsiz. Bu söz Azərbaycan dilinin dialekt leksikasında (Meğri, 
Ucar) “ağıldankəm; yüngülxasiyyət” mənalarında işlənir: Dənsiz adam 
məclisdə yoldaşdarın utandırar (Ucar); Tuğutda Anıxdan dənsiz adam 
yoxdu (Meğri ) (7, 126).  
 
Densiz leksik vahidi türk ədəbi dilində “yersiz, uyğunsuz davra-
nışları olan, dəyərsiz, etibarsız” mənalarında işlənir (75, 267): Evlât 
bu, ne kadar densiz olursa olsun vazgeçilmiyor (Fahri Celal). Bu söz 
türk ədəbi dilində “yaraşmayan, lazımsız (söz, məsələ)” mənalarını 
da ifadə edir: Bu densiz dâvâ o kadar çirkefleşti ki bir gün hükûmet 
basında bu çeşit münâkaşaları yasak etti (Burhan Felek) (68, 670); 
Suçluyu ve sebebi elinin eremeyeceği, gücünün yetmeyeceği olaylar 
ve durumlar içinde aramaz, üstelik bunu densizlik sayar, enerji, kafa 
ve zaman hovardalığı ile bir tutardı (128, 60). 
İ.Z.Eyuboğlu densiz leksik vahidinin inkişafını tenğsiz>tenğsiz> 
densiz (kök mənası: mütənasib olmayan, ölçüsüz, uyğunsuz) şəklin-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin