Çuvallamak türk ədəbi dilində “çuvala doldurmaq” mənasını ifa-
də edir (75, 240): Allah ne verdiyse bu çuvalın içine kor, eve götürü- rüm (Samipaşazade Sezai); Odanın köşesinde üç tâne ot dolu çuval var (Halide E.Adıvar) (68, 604). Tofiq Hacıyev qeyd edir ki, fars di-
lində yazan Qətran Təbrizi, Ə.Xəqani, N.Gəncəvi kimi azərbaycanlı-
ların vasitəsi ilə Azərbaycan dilinin leksik-qrammatik və frazeoloji
ünsürləri klassik fars ədəbi dilinə nüfuz edir. Çuval da bunun kimi
Azərbaycan dilinə aid sözlərdəndir: Kəsi ke mədh e to quyəd, derəm bərəd beçuval (33, 40). Lakin bu gün çuval sözü Azərbaycan ədəbi
dili üçün arxaikləşsə də Azərbaycan dili dialektlərində çuallamax, çuvaldız sözlərində saxlanılıb.