DİZAYN: İlham Əliyev
- B a k ı M ü h ə n d i s l i k U n i v e r s i t e t i n i n n ə ş r i -
Formatı: A5, Həcmi: 80
Tiraj: 100 ədəd
© Zabitə Teymurlu, 2017
Azərbaycan dilinin dialekt leksikası
3
GİRİŞ
Oğuz qrupuna daxil olan türk dillərinin, o cümlədən Azərbaycan
dilinin formalaşmasının tarixi qədimdir. Dilin tarixini xalqın tarixindən
ayrı təsəvvür etmək mümkün deyildir. Azərbaycan dili Azərbaycanda
qədimdən mövcud olmuş və sonralar bu əraziyə gəlmiş bir sıra türk
qəbilə və tayfa dillərinin əsasında formalaşmışdır. Oğuz qrupuna daxil
olan dillərin müxtəlif dövrlərdə qıpçaq, karluq dil qruplarının, eləcə
də ərəb və fars dillərinin güclü təsirinə məruz qalması, ayrı-ayrı oğuz
dillərinə təsir edən müxtəlif dilxarici amillərin olması onların fərdi xü-
susiyyətlər kəsb etməsinə gətirib çıxarmışdır. Azərbaycan dili tarixi
inkişafında aparıcı oğuz ünsürlərini qorumuş, özünəməxsus əlamətlər
qazanmış, digər oğuz dillərindən (türk, türkmən, qaqauz) fərqlənən
müstəqil bir dil kimi inkişaf etmiş və Azərbaycan xalqının milli dili
kimi formalaşmışdır.
Müxtəlif dillərə aid leksik vahidlərin bu və ya başqa dildə aşkara
çıxarılması, qruplaşdırılması, dil əlaqələrinin səbəblərini, formalarını
öyrənmək bu gün də aktualdır. Tədqiqata cəlb etdiyimiz dillərin dia-
lekt leksikası ilə ədəbi dilin müqayisəli-tarixi şəkildə öyrənilməsi, dil
öyrənmədə ehtiyac duyulan uyğun və fərqli dil elementlərinin aşkar
edilməsi türk dilçiliyinin maraq dairəsinə daxildir. Əlbəttə, türk xalq-
ları ən geci orta əsrlərin sonlarından etibarən etnososial diferensiasi-
ya prosesini başa çatdıraraq müstəqil, yaxud yarımmüstəqil xalqlar
kimi formalaşdığından dilləri də bir-birindən bu və ya digər dərəcədə
fərqlənir. Müxtəlif türk dövlətlərinin meydana gəlməsi, ictimai-siyasi
ayrılma türk dillərində ümumi və fərqli cəhətlərin müəyyənləşməsinə
səbəb olur. Bu zaman oxşar cəhətlərin varlığı bu dillərin yaxınlığını
sübut edirsə, fərqli cəhətlər hər bir dilin özünəməxsus inkişaf yolunun
olduğunu göstərir. Təqdim olunan əsər Azərbaycan dili dialektlərinin
türk dili ilə ortaq və fərqli xüsusiyyətləri barədə müəyyən təsəvvür ya-
radır. Dillərin qarşılıqlı təsirinin xüsusiyyətləri dil materialında öz
əksini tapır.
Tədqiqat Azərbaycan dilinin dialekt leksikasının türk ədəbi dili-
nin leksikası ilə müqayisəli şəkildə öyrənilməsi sahəsində ilk araşdır-
madır. Bu səbəbdən aktuallıq kəsb edən həmin mövzunun müqayisəli-
tarixi səviyyədə öyrənilməsi, qohum dillərin tarixi inkişafı və müasir
vəziyyəti haqqında bilik və təsəvvürləri xeyli genişləndirə bilər.
|