Azərbaycan dilinin dialekt leksikası
107
Çünki Azərbaycan dili şivələrində bu sözün digər mənalarına da
təsadüf olunub (15, 95).
Türk ədəbi dilində də
erişmek sözü “çatmaq”
mənasında işlə-
nir:
Yolcular diyorlar ki erişmek ümidi az (Ali M. Arolat) (68, 867).
İsmarramax//Sımarramax. Azərbaycan dili şivələrində (Çən-
bərək, Gədəbəy, Karvansaray, Qazax, Tovuz) “sifariş, xəbər göndər-
mək”
mənasında işlənir:
İsmarradım, dağdan koramaz yolleyjax ci-
jim (Karvansaray);
Cijimə sımarrladım kin, dağdan yağ yollasın (Qa-
zax) (11, 237; 12, 433).
Bu sözə eyni mənada Azərbaycan ədəbi dili nümunələrində də
təsadüf olunur:
Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: - Gülca-
han, Əşrəfi sənə, səni də Allaha ismarladım (A.Şaiq);
Dərziyə bir palto
ismarladım; Həsən qulluqçunu çağırdı, çay ismarladı (Çəmənzəminli)
(11, 577).
Müasir türk dilində “tapşırmaq; nəyi isə əldə etməyi buyurmaq;
sifariş etmək” mənalarında işlənir:
Doğacak çocuğu için bir beşik
ısmarlamış (Burhan Felek) (69, 1325).
Örüməx`. Bu söz Azərbaycan dilinin Oğuz şivəsində “doğub-tö-
rəmək, artmaq” mənasını ifadə edir (7, 389). Azərbaycan dilinin Min-
gəçevir, Şəki şivələrində
örüyüv-artmax mürəkkəb feilinin “çoxal-
maq, artmaq, doğub-törəmək” mənaları qeyd olunub (7, 389). Azər-
baycan dili şivələrində bu feilin müxtəlif variantlarına təsadüf olu-
nub:
Get-gedə bı heyvannar üreyir (Şamaxı);
To:xlar üriyib (Göyçay);
Ürəyən heyvan yaxçıdı (Şamaxı) (7, 524).
Üremek feili türk ədəbi dilində “artmak, sayca çoxalmaq, doğub–
törəmək” mənalarını ifadə edir:
Hayır kardaş! Doğurmasın deme sa-
kın, var üre! (Mehmet E.Yurdakul);
Nesilden nesile, kalpten kalbe arttı,
üredi (Yâkup K.Karaosmanoğlu) (70, 3270).
Sapıtmax. Azərbaycan dilinin İmişli, Zəngilan şivələrində “al-
datmaq; sözündən qaçmaq” mənalarında işlənir:
Söz verdi ki, səni
göndərəcəm, indi sapıdır (Zəngilan) (7, 419).
Türk ədəbi dilində
sapıtmak sözü “doğru yoldan ayrılmaq” mə-
nasını ifadə edir (75, 955):
Benim istediğim ruhsal sapıklıklardan,
kadın-erkek ilişkilerindeki acaipliklerden bahseden bir eser (134, 223).