ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə120/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
100
 

 
tədqid edilən şivələr üçün xarakterik sayılan fonetik hadisə adlandı-
rır (64, 112). Nəsiminin dilində də çəğanə leksik vahidi qeydə alınıb: 
Dəfü-çəngü çəğanə, nayü tənbur, 
Düzülsün ankəhi, zilü bəm olsun 
(Nəsimi ) (64, 112).
 
Çağana,  çağanak  leksik  vahidləri  müasir  türk  ədəbi  dilində 
“musiqi aləti” mənasında işlənirlər (75, 202). Qeyd olunan türkçədə 
çağanak sözünə çalgı çağanak frazeoloji birləşməsinin tərkibində 
də rast gəlinir: Her gece çalgı çağanak, yemek, içmek, keyif, sâfa gırla 
giderdi  (Ömer  Seyfettin);  Türkçemizdeki  “çalgı çağanak”  deyimi, 
divan edebiyatındakı “çeng ü çegāne” sözünün tam karşılığıdır. “Çal-
gı çağanak bir hayli eğlendik” deriz (Mahmut R.Gāzimihal) (68, 518). 
İ.Ayverdi türkçədə işlənən çağana, çağanak sözlərinin fars mənşəli 
çeġāne sözündən əmələ gəldiyini qeyd edir (68, 512). 
Çalmax. Azərbaycan dilinin Cəbrayıl, İsmayıllı şivələrində “oğur-
lamaq, xəlvəti götürmək” mənalarında işlənir: Əli pıça:mı nətə:r çal-
dısa, xabarım olmadı (Cəbrayıl) (7, 88). Bu söz Azərbaycan dilinin 
Tovuz, Qazax rayon şivələrində də “oğurlamaq” mənasında işlənir: 
Qaranın öyünü bu axşam yaman çalıflar (Tovuz); Bir yaxşı pıçam var-
dı, heş bilmirəm Mahmıt nə vax çaldı ki, xabar tutəmmədim (Qazax) 
(54, 30). 
Türk mənşəli olan çal kökünün məna genişləməsi ilə qazandı-
ğı bütün keyfiyyətlər çalmaq feilində toplanmışdır: “atmaq, vurmaq, 
qarışdırmaq, sürmək, almaq, aşırmaq, pozmaq, kəsmək, oymaq, iş-
ləmək, süpürmək, arıtmaq, andırmaq, oxşamaq, səs çıxarmaq” (80, 
127). Çalmaq feilinin qeydə alındığı bu mənaların bəzilərinə Azər-
baycan dilinin dialektlərində rast gəlmək olar. Azərbaycan dilinin 
Gəncə şivəsində “çox çalışmaq, işləmək” mənasındakı çəlləşmək, Qa-
zax şivəsində “qurşanmaq” anlamında çalmax, Şəki, Zəngilan şivələ-
rində “süpürmək, təmizləmək” mənasında çalğılamaq, Qazax, Gəncə 
şivələrində “araqarışdıran, aravuran” mənasındakı çalası sözləri də 
çal kök morfeminin derivatları hesab oluna bilər. Çalğılamaq feili-
nin çal sözü ilə əlaqəsindən danışarkən göstərmək lazımdır ki, canlı 
danışıqda “silib-süpürmək” birləşməsi elə “oğurlamaq, talan etmək” 
anlayışını  da  bildirir.  Məsələn:  Seknəxām, xəbərün var, dünənnərim 
gecə magezini silib-süpürüblər (Bakı-Maştağa) (63, 35). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin