Caymağ//Caydımax. Azərbaycan dilinin Lənkəran, Cəbrayıl,
Zəngilan şivələrində “yolundan çıxmaq” mənasında işlənir: Balama,
sən gənə caydu:n?; Sən gedə-gedə caydırasan ha, özữ: yığışdı (Zəngi-
lan) (7, 72).
Azərbaycan dilinin dialekt leksikası
99
Qədim türk dili abidələrində çavmak, cavmak şəkilləri “irəli fır-
lamaq, istiqamətini dəyişdirmək, yolundan çıxmaq” mənalarını ifadə
etmişdir (103, 52). Caymak türkcə çavmak sözündən çavmak>çay-
mak>caymak (istiqamət dəyişdirmək, yolundan çıxmaq, sözündən çıx-
maq, sözündə durmamaq) şəklində inkişaf yolu keçmişdir (80, 116).
Çağırmaq//Çağırmax//Ça:rmax. Bu söz Azərbaycan dili şivə-
lərində “(mahnı) oxumaq” (Yardımlı), “demək, söyləmək” (Şəmkir),
“banlamaq” (Dərbənd, Qax, Şəki, Zaqatala) mənalarında işlənir: İş
tökülüb qalıb, sən mahnı çağıreysən (Yardımlı); Keçmiş sözdü, heş
çağırmamışam(Şəmkir); Xoruz çağırıy (Şəki); Xuruz çağırdı (Dər-
bənd); Xoruz ça:rır,To:ğ ça: randa ữ: kəsəllər (Şəki); Honu biz qala
olan sirt ça:riyıx(Qax) (7, 85, 90). Qədim türk dili abidələrində çağır-
maq leksik vahidi “bağırmaq, car çəkmək” mənalarında işlənmişdir
(103, 48).
Çağırmak sözü türk ədəbi dilində “yüksək səslə eşitdirmək, gəl-
məsi üçün səslənmək, dəvət etmək, oxumaq, mahnı oxumaq” məna-
larında işlənir (75, 202). Çağırmak leksik vahidinə türk ədəbi dilin-
də türkü çağırmak söz birləşməsinin tərkibində də rast gəlinib: Sa-
bahları türkü çağırarak uyanır (Sait Faik); Saz heyeti ara-sına karı-
şır, hem çalar hem çağırır (Hüseyin R.Gürpınar); Savaş esnâsında
mehter takımları çalmışlar, hânendeler çağırmışlardır (Burhan Felek)
(68, 513). Son iki nümunədə çağırmaq feili “mahnı oxumaq” məna-
sını ifadə edir. Gördüyümüz kimi, kökündə çağ sözü olan leksik va-
hidlər məna etibarı ilə yüksək səs ifadə edir. Buna Azərbaycan dili-
nin Balakən, Zaqatala şivələrində “musiqi aləti” mənasında işlənən
çağana sözünü də aid edə bilərik (7, 85). G.Vəliyeva Azərbaycan
şifahi xalq ədəbiyyatında bol-bol istifadə olunan çalıb-çağırmaq, ba-
yatı çağırmaq ifadələrinə əsaslanaraq ehtimal edir ki, çəğnə//çəğa-
nə leksik vahidlərinin kökü çağ olmuşdur (64, 112).
G.Vəliyevaya görə çalğı alətinin adını bildirən çəğanə sözü mü-
əyyən zaman keçdikdən sonra mənasını dəyişmiş və həmin anlayış
çəğnə sözündə ifadə olunmuşdur (64, 112). “Əl çalmaq, şənlik” mə-
nasında işlənən bu söz şərqi Abşeron şivələrində qeydə alınıb: Qō-
şidə toydi, çəğnə sesinnən səreycən yatmomişik (Maş.) (64, 111). Çəğ-
nə sözündə a səsinin düşməsi müşahidə edilir. Bu halı G.Vəliyeva
|