Azərbaycan dilinin dialekt leksikası
99
Qədim türk dili abidələrində
çavmak, cavmak şəkilləri
“irəli fır-
lamaq, istiqamətini dəyişdirmək, yolundan çıxmaq” mənalarını ifadə
etmişdir (103, 52).
Caymak türkcə
çavmak sözündən
çavmak>çay-
mak>caymak (istiqamət dəyişdirmək, yolundan
çıxmaq, sözündən çıx-
maq, sözündə durmamaq) şəklində inkişaf yolu keçmişdir (80, 116).
Çağırmaq//Çağırmax//Ça:rmax. Bu söz Azərbaycan dili şivə-
lərində
“(mahnı) oxumaq” (Yardımlı),
“demək, söyləmək” (Şəmkir),
“banlamaq” (Dərbənd, Qax, Şəki, Zaqatala) mənalarında işlənir:
İş
tökülüb qalıb, sən mahnı çağıreysən (Yardımlı);
Keçmiş sözdü, heş
çağırmamışam(Şəmkir);
Xoruz çağırıy (Şəki);
Xuruz çağırdı (Dər-
bənd);
Xoruz ça:rır,To:ğ ça: randa ữ: kəsəllər (Şəki);
Honu biz qala
olan sirt ça:riyıx(Qax) (7, 85, 90). Qədim türk dili abidələrində
çağır-
maq leksik vahidi “bağırmaq, car çəkmək”
mənalarında işlənmişdir
(103, 48).
Çağırmak sözü türk ədəbi dilində “yüksək
səslə eşitdirmək, gəl-
məsi üçün səslənmək, dəvət etmək, oxumaq, mahnı oxumaq” məna-
larında işlənir (75, 202).
Çağırmak leksik vahidinə türk ədəbi dilin-
də
türkü çağırmak söz birləşməsinin tərkibində də rast gəlinib:
Sa-
bahları türkü çağırarak uyanır (Sait Faik);
Saz heyeti ara-sına karı-
şır, hem çalar hem çağırır (Hüseyin R.Gürpınar);
Savaş esnâsında
mehter takımları çalmışlar, hânendeler çağırmışlardır (Burhan Felek)
(68, 513). Son iki nümunədə
çağırmaq feili “mahnı oxumaq”
məna-
sını ifadə edir. Gördüyümüz kimi, kökündə
çağ sözü olan leksik va-
hidlər məna etibarı ilə yüksək səs ifadə edir. Buna Azərbaycan dili-
nin Balakən, Zaqatala şivələrində “musiqi aləti” mənasında işlənən
çağana sözünü də aid edə bilərik (7, 85). G.Vəliyeva Azərbaycan
şifahi xalq ədəbiyyatında bol-bol istifadə olunan
çalıb-çağırmaq,
ba-
yatı çağırmaq ifadələrinə əsaslanaraq ehtimal edir ki,
çəğnə//çəğa-
nə leksik vahidlərinin kökü
çağ olmuşdur (64, 112).
G.Vəliyevaya görə çalğı alətinin adını bildirən
çəğanə sözü mü-
əyyən zaman keçdikdən sonra mənasını dəyişmiş və həmin anlayış
çəğnə sözündə ifadə olunmuşdur (64, 112). “Əl çalmaq, şənlik” mə-
nasında işlənən bu söz şərqi Abşeron şivələrində qeydə alınıb:
Qō-
şidə toydi, çəğnə sesinnən səreycən yatmomişik (Maş.) (64, 111).
Çəğ-
nə sözündə
a səsinin düşməsi müşahidə edilir. Bu halı G.Vəliyeva