Ətrafını ağıl və vicdan yoluyla izləyən adam kainatdakı canlı-cansız hər şeyin yaradılmış olduğunun fərqinə varar. Yaxşı bütün bunlar kim tərəfindən yaradılmışdır?
Açıqdır ki, kainatın hər nöqtəsində özünü müəyyən edən "yaradılmışlıq", kainatın özünün bir məhsulu ola bilməz. Məsələn bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlmələri kimi bir ehtimal da, kitabın əvvəlki səhifələrində araşdırdığımız kimi, mümkün deyil.
Bu səbəbdən bu nəticəyə vara bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. O halda, Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərdiyi üstün bir gücdür.
Bax Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu kəslər özlərini, Allahı gözləriylə görmədikləri müddətcə, Onun varlığına iman etməməyə şərtləndirmişlər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən "yaradılmışlıq" gerçəyini gizləmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalarlar. Bunu etmək üçün yalanlara müraciət edərlər. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda müraciət edilən yalanların və nəticəsiz çırpınışların ən çox diqqətə çarpan iki nümunəsidir.
İnkar edənlərin təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq əyri bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın "harada" olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın "göydə" olduğunu sanar. Şüuraltlarındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq "dünya işlərinə" müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar...
Kimiləri də Quranın Allahın "hər yerdə" olduğuna dair xəbərini eşitmişlər, lakin bunun mənasını tam olaraq həll edə bilməzlər. Şüuraltlarındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.
Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın "harada" olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq bir səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikiri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənnlərə qapılmaqdadırlar.
Nədir bu ön fikir?
Bu ön fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikiri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir gerçəyi ortaya qoymaqdadır. İrəliləyən səhifələrdə Quranda da işarə edilən bu böyük gerçəyi şərh etməyə çalışacağıq.