Big Bangın ardından kainatda yaranan bu fövqəladə nizamlılığın bir başqa istiqaməti isə, "yaşamağa əlverişli bir kainat"ın meydana gəlmiş olmasıdır. Həyata imkan tanıyacaq bir planetin meydana gələ bilməsi üçün reallaşması lazım olan şərtlər o qədər çoxdur ki, bunun təsadüfi bir meydana gəlmə olduğunu düşünmək qeyri-mümkündür.
Məşhur bir nəzəri fizika professoru olan Paul Davies, Big Bang sonrasındakı genişləmə sürətinin nə qədər "həssas nizamlanmış" olduğunu hesablamış və inanılmaz bir nəticəyə çatmışdır. Daviesə görə, Big Bangın ardından reallaşan genişləmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə belə fərqli olsaydı, həyata imkan təmin edəcək bir ulduz tipi meydana gələ bilməz və kainatda canlılıq ortaya çıxa bilməzdi:
Hesablamalar, kainatın genişləmə sürətinin çox kritik bir nöqtədə seyr etdiyini göstərməkdədir. Əgər kainat bir az belə daha yavaş genişləsə cazibə qüvvəsi səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişləsə kosmik material tamamilə dağılıb gedəcəkdi. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox maraqlıdır. Əgər IS zamanında (partlama sürətinin müəyyən hala gəldiyi zamanda) partlama sürəti həqiqət sürətindən yalnız 1018 qədər belə fərqliləşsəydi, bu lazımlı tarazlığı yox etməyə çatacaqdı. Bu səbəbdən kainatın partlama sürəti inanılmayacaq qədər həssas bir qətiliklə təyin olunmuşdur. Bu səbəblə Big Bang hər hansı bir partlama deyil, hər istiqamətiylə çox yaxşı hesablanmış və təşkil edilmiş bir meydana gəlmədir. 9
Kainatdakı bu möhtəşəm tarazlıq elmi bir jurnalda belə ifadə edilir:
Əgər kainatda maddənin sıxlığı, bir qədər daha çox olsaydı, o zaman Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsinə görə kainat, atom parçacıqların cazibə qüvvələri səbəbindən heç cür genişləyə bilməyəcək və təkrar kiçilərək bir nöqtəciyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər daha az olsaydı, o zaman kainat son sürətlə genişləyəcək, lakin bu təqdirdə atom parçacıqlar bir-birini çəkib tuta bilməyəcək və ulduzlarla qalaktikalar heç bir zaman meydana gələ bilməyəcəkdi. Təbiidir ki, biz də olmayacaqdıq! Edilən hesablara görə, kainatımızın başlanğıcdakı həqiqət sıxlığı ilə kənarında meydana gəlməsi imkanı olmayan kritik sıxlığı arasındakı fərq, yüzdə birin bir kuvadrilyonundan azdır. Bu, bir qələmi iti ucu üzərində bir milyard il sonra da dayana biləcək şəkildə yerləşdirməyə bənzər... Üstəlik, kainat genişlədikcə, bu tarazlıq daha da həssaslaşmaqdadır. 10
Stephen Hawking isə, Zamanın Qısa Tarixi adlı kitabında genişləmə sürətindəki tarazlığı belə açıqlayır:
Kainatın genişləmə sürəti o qədər kritik bir nöqtədədir ki, Big Bangdan sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir qədər daha kiçik olsaydı kainat indiki vəziyyətinə gəlmədən içinə çökərdi. 11
Paul Davies, bu çox maraqlı vəziyyət qarşısında belə söyləməkdədir:
Çox kiçik ədədi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun, çox diqqətli bir şüur tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir... Təbiətin ən fundamental tarazlıqlarındakı həssas ədədi tarazlıqlar, kosmik bir dizaynın varlığını qəbul etmək üçün olduqca güclü bir dəlildir. 12
Eyni həqiqət qarşısında Amerikalı astronomiya professoru Corc Greenstein də, The Symbiotic Universe adlı kitabında belə yazır:
Dəlilləri araşdırdıqca, israrla əhəmiyyətli bir həqiqətlə qarşı-qarşıya gəlirik. (Kainatın meydana gəlməsində) bir fövqəltəbii ağıl -ya da Ağıl- dövrəyə girmiş olmalıdır. 13
Nəticə olaraq, kainatdakı möhtəşəm sistemi araşdırsaq kainatın yaranması və işləyişinin təsadüfü səbəblərlə açıqlana bilməyəcək qədər kompleks bir nizam və həssas tarazlıqlar ehtiva etdiyi gerçəyiylə qarşılaşarıq. Açıqca aydın olacağı kimi bu həssas tarazlıq və incə nizamın böyük bir partlamanın sonrasında öz-özünə və təsadüfən reallaşması, qeyri-mümkün anlayışının belə sərhədlərini aşacaq bir vəziyyət olardı. Big Bang kimi bütün kainatın maddə və enerjisini ortaya çıxaran bir partlamanın ardından belə bir nizamın meydana gəlməsi ancaq hər anına şüurlu müdaxilələr nəticəsində reallaşa bilər. Bu da kainatı yoxdan var edən və onun hər anını idarəsi və hakimiyyəti altında saxlayan Allahın yaratmasıdır.