Maddənin və zamanın bir hiss olduğu gerçəyi, materialistləri qorxudarkən, inananlar üçün tam əksi baş verər . Allaha iman edən insanlar maddənin ardındakı sirri qavradıqları zaman böyük bir sevinc duymaqdadırlar. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu kilid açıldığı anda bütün sirlər ortaya çıxar. İnsan normalda bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə rahatlıqla anlaya biləcək hala gələr.
Daha əvvəl də ifadə edildiyi kimi ölüm, cənnət, cəhənnəm, axirət, ölçü dəyişdirmə kimi mövzular aydın olmuş və "Allah haradadır?", "Allahdan əvvəl nə vardı?", "Allahı kim yaratdı?", "qəbir həyatı nə qədər sürəcək?", "cənnət və cəhənnəm haradadır?", "cənnət və cəhənnəm bu an varmı?" və bunlar kimi əhəmiyyətli suallar beləcə asanca cavablanılmış olar. Və Allahın bütün bir kainatı necə bir sistemlə yoxdan var etdiyi qavranılmış olar. Hətta belə ki, bu sirr sayəsində