Zamansizliq və QƏDƏr gerçƏYİ


Bu nöqtədə ifadə edilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə, səhv bir tale anlayışından qaçınmaq lazım olduğudur



Yüklə 0,93 Mb.
səhifə49/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   46   47   48   49   50   51   52   53   54
Bu nöqtədə ifadə edilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə, səhv bir tale anlayışından qaçınmaq lazım olduğudur. Bəzi insanlar, "necə olsa taleyimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməmə ehtiyac yoxdur" deyərək əyri bir tale anlayışı meydana gətirirlər. Hər yaşadığımızın taleyimizdə müəyyən olduğu bir həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçkisinə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn insan, su içmək istədiyində bunun üçün "taleyimdə varsa içərim" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyunu içər. Həqiqətən də taleyində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda suyu içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair bir hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı taleyinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli olan insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın diləməsi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək yanılar.

Məsələn, bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli bir insan, bunun taleyində olduğunu bildiyi üçün son dərəcə təvəkküllü davranar. "Allah bunu taleyimdə yaratdığına görə, mütləq böyük bir xeyr vardır" deyə düşünər. Amma "necəsə taleyimdə yaxşılaşmaq varsa yaxşılaşaram" deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, bəslənməsinə diqqət yetirər, dərmanlarını alar. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, qəbul etdiyi dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, yaxşılaşıb yaxşılaşmayacağının, qısacası hər detalın taleyində olduğunu unutmaz. Bunların hamısının, Allahın yaddaşında, daha özü dünyaya gəlmədən əvvəl hazır olaraq mövcud olmuş olduğunu bilər. Allah, Quranda, insanların yaşadıqları hər şeyin əvvəldən bir kitabda yazılı olaraq olduğunu belə bildirər:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
Bax buna görə, taleyə iman edən bir insan, başına gələn heç bir hadisədən ötrü kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə son dərəcə təvəkküllü, təslimiyyətli və daim dinclik içərisində olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəldən müəyyən olduğunu, bu səbəblə başlarına gələn çətinliklərə kədərlənməmələrini və özlərinə verilən nemətlərlə ərköyünləşməmələrini əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün talelərində əvvəlcədən təyin etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, "... Allahın əmri əzəli hökmdür (taledir. O mütləq yerinə yetməlidir.)". (Əhzab Surəsi, 38)

Allah bir başqa ayəsində isə "Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçü ilə (taleylə) yaratdıq." (Qəmər Surəsi, 49) deyə bildirməkdədir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir taleyi vardır. Məsələn, qırılan bir antikvar vaza, taleyində təsbit edilən anda qırılmışdır. Bir neçə əsrlik bu vaza, daha ilk emal edilərkən, kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə dayanacağı müəyyən olunmuş olur. Vazanın hər naxışı, üzərindəki hər rəng taledə əvvəlcədən təsbit edilmişdir. Vazanın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allahın hifzində yaşanmış olaraq dayanmaqdadır. Hətta, vazanın ilk emal edildiyi an, ilk dəfə satılmaq üzrə vitrinə qoyulduğu an, bir evin küncündə dayandığı an və qırılaraq parça parça olduğu an, qısacası antikvar vazanın əsrlər boyu içində olduğu hər an, Allah qatında tək bir an olaraq mövcuddur. Vazanı qıran adam, bir neçə saniyə əvvəl belə bundan xəbərsizkən, Allah qatında o an yaşanmışdır və bilinməkdədir. Bu səbəblə Allah, insanlara əllərindən çıxanlara kədərlənməmələrini bildirər. Çünki, əllərindən çıxanlar talelərində çıxmışdır və o insanların bunu dəyişdirməyə gücləri yoxdur. Ancaq insanlar talelərində meydana gələn hadisələrdən bir dərs almalı, bunlarla öyrədilməli, bu hadisələrdəki hikmət və xeyrləri görərək, daim, talelərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını qoruyan Rəbbimizə yönəlməlidirlər.

Bu əhəmiyyətli həqiqətdən qafil yaşayan insanlar, həyatları boyunca həmişə narahatlıq və qorxu içində olarlar. Məsələn, uşaqlarının gələcəyi üçün çox narahatlanarlar. Hansı məktəbdə oxuyacağı, hansı peşənin sahibi olacağı, sağlamlığının necə olacağı, necə bir həyat yaşayacağı kimi mövzularda təvəkkülsüz bir səy içindədirlər. Halbuki, hər insanın, daha tək bir hüceyrə olduğu halından ilk oxuma yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyunca hansı şirkətdə nə işdə işləyəcəyinə, hansı kağızlara neçə dəfə imza atacağına, harada və necə öləcəyinədək hər anı Allah qatında müəyyəndir. Bu hadisələrin bütünü, Allahın hifzində gizli olaraq dayanmaqdadır. Məsələn bu anda, bu misraları oxuyan insanların döl halı, ibtidai məktəbdəki halı, universitetdəki halı, 35-ci ad gününü qeyd etdiyi anı, işinə başladığı ilk günü, öldüyündə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar, tək bir an olaraq Allahın qatındadır.

O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və Allahın yaddaşında hazır dayanan bir həyat üçün narahatlanmaq, qorxu duymaq, kədərlənmək böyük bir qəflətdir. Nə qədər çalışırsa çalışsın, nə qədər narahat olursa olsun bir insanın özü də, uşağı da, yoldaşı və yaxınları da özləri üçün Allah qatında hazır olan həyatlarını yaşayacaqlar.

Elə isə, ağıl və vicdan sahibi bir insanın bu gerçəyi qavrayaraq, Allaha və Allahın yaratdığı taleyə könüldən təslim olması lazımdır. Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş olaraq yaradılmışdır. Çünki, istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı taleyə boyun əyərək yaşayar. Taleyi inkar edən insan da taleyində "taleyi inkar etmək" olduğu üçün inkarçıdır.

Allaha könüldən təslim olaraq boyun əyənlər isə, həm Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə, güvən və xoşbəxtlik içində bir dinc həyat sürərlər. Çünki, Allaha təslim olan, Allahın yaratdığı taleyin özü üçün ən xeyirlisi olduğunu bilən bir insanı üzəcək, qorxudacaq, narahatlıqlandıracaq heç bir şey yoxdur. Bu insan, əlindən gələn hər səyi göstərər, ancaq bu səyin də taleyində olduğunu, nə edirsə etsin taleyində yazılı olanları dəyişdirməyə güc çatdıra bilməyəcəyini bilər.

Mömin, Allahın yaratdığı taleyə təslim olacaq, bununla birlikdə qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyincə səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyr istiqamətində istiqamətləndirmək üçün çalışacaq, amma bütün bunların tale içində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olacaq. Quranda bu rəftara nümunə olaraq Hz. Yaqubun uşaqlarının təhlükəsizliyi üçün almış olduğu bir tədbirdən danışılır. Hz. Yaqub, pis niyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi öyrətmiş, amma bunun Allahın təyin etmiş olduğu taleyə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:
Yəqub dedi: " Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-taleyini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf Surəsi, 67)
Allah, insanların nə edirlərsə etsinlər talelərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirər:
Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran Surəsi, 154)
Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyr və ibadət olan bir işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa onsuz da öləcək. Hətta, ölümdən qaçmaq üçün müraciət etdiyi yollar və üsullar da taleyində müəyyəndir və hər insan taleyindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də, insanlara talelərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə etməkdədir. “Fatir” Surəsində isə, hər insanın ömürünün Allah qatında müəyyən olduğu, rəhmlərə düşən körpələrin də Allahın icazəsiylə olduğu bildirilər:
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömr sürməsi də, onun ömrünün qısa olması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır. (Fatir Surəsi, 11)
Qəmər Surəsinin aşağıdakı ayələrində isə, insanın hər etdiyinin sətir sətir yazılı olduğu bildirilərkən, cənnət xalqının yaşadıqları da yaşanmış hadisələr olaraq izah edilməkdədir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki həqiqət həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilməkdədir:
Onların etdiyi hər şey dəftərlərdədir! Hər bir kiçik və böyük şey yazılmışdır! Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökmdar Allahın hüzurundadırlar! (Qəmər Surəsi, 52-55)
Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda istifadə edilən bu üslubdan da anlayırıq. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş bir hadisə kimi izah edilməkdədir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq onsuz da yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edərik. Allah, bizim bağlı olduğumuz nisbi zaman ölçüsünə bağlı deyil. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində reallaşdığı və bir kitabda qeydli olduğu gerçəyi isə aşağıdakı ayədə belə xəbər verilər:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şeydə yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin