Zamansizliq və QƏDƏr gerçƏYİ


Beynimizin İçində Meydana Gələn "Xarici Dünya"



Yüklə 0,93 Mb.
səhifə20/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
Beynimizin İçində Meydana Gələn "Xarici Dünya"

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz bir nəticəyə çatdırar: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə əlaqədədir, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beynə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir görüntüdür.

Digər bütün hissləriniz üçün də eyni vəziyyət etibarlıdır. Məsələn, siz yan otaqdakı televiziyanın səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə həmsöhbətsiniz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televiziyadan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, dərhal yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm3-luq eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur.

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu...

Çünki hisslərimizin bizə tanıtdığı "xarici dünya", eyni anda beynimizə çatan "elektrik siqnallarının bütünü"ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin "çöldəki" əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik.

"Xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. "Xarici dünyada" rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. "Xarici dünya", tamamilə qəbul edənə bağlıdır.

Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Kimi insan mavini yaşıl, kimisi qırmızını mavi, kimisi də rəngləri bozun müxtəlif tonları şəklində görər(duyar). Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

Məşhur fikir adamı Berkeley də bu gerçəyə bu sözləriylə diqqət çəkməkdədir:

İlkin olaraq rənglərin, qoxuların vs. "həqiqətən var olduğu" sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır. 19

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, içimizdədir.

Yaxşı o zaman "xarici dünya"da qalan nə olar?...

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin