Bu hissənin başından etibarən maddənin, materialistlərin iddia etdikləri kimi mütləq bir varlıq olmadığı, əksinə Allahın yaratdığı bir hisslər bütünündən ibarət olduğu elmi olaraq ortaya qoyuldu. Materialistlər isə, bütün fəlsəfələrini yox edən bu açıq gerçəyə qarşı son dərəcə doqmatiq bir tutumla müqavimət göstərməkdədirlər və etibarsız qarşı məntiqlər gətirməkdədirlər.
Məsələn materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı Marksist Corc Politzer,maddənin varlığının "böyük dəlili" olaraq "avtobus nümunəsi"ni vermişdir. Politzerə görə, maddənin bir hiss olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçmaqdadırlar və bu maddənin obyektiv varlığının isbatıdır. 23
Bir başqa məşhur materialist Johnson isə özünə maddənin bir hisslər bütünü olduğu izah edildiyində, daşlara təpik ataraq onların fiziki varlıqlarını "sübut etməyə" çalışmışdır. 24
Bənzər bir nümunə, Politzerin ağıl müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Friedrich Engelstərəfindən verilmişdir, Engels, "əgər yediyimiz tortlar bir hiss olsaydı, aclığımızı keçirməzdilər" deyə yazmışdır. 25
Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və "maddənin varlığını yumruğa məruz qalanda anlarsınız" kimi hirs dolu cümlələr yerləşməkdədir.
Materialistlərin bütün bu nümunələri vermələrinə səbəb olan qavrayış pozuqluğu isə, "maddə bir hissdir" şərhini, "maddə bir işıq oyunudur" şəklində anlamalarıdır. Hiss anlayışının yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığı olduğunu sanmaqdadırlar. Avtobusun insana çarpması üzərinə də, "baxın çarpır, demək ki, bir hiss deyil" deməkdədirlər. Anlamaqda çətinlik çəkdikləri nöqtə, avtobus çarpması əsnasında yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də yalnız zehində meydana gəldikləridir.