Big Bangın Yeni Dəlillərindən Kosmik Fon Radiasiyası
1-ci ildə Corc Gamov, Big Bangla əlaqədar olaraq yeni bir iddia ortaya atdı. Buna görə, kainatın Böyük Partlama ilə meydana gəlməsi halında, kainatda bu partlamadan qalan bir radiasiyanın olması lazımlı idi. Üstəlik bu radiasiya kainatın hər yanına bərab ər dağılmış olmalı idi.
"Olması lazım olan" bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki araşdırmaçı bu dalğaları kəşf etdilər. "Kosmik Fon Radiasiyası" adı verilən bu radiasiya, kosmosun müəyyən bir tərəfindən gələn hər hansı bir radiasiyadan çox fərqli idi. Fövqəladə bir koherentlilik(eyni mənbədən yaranmış olma) sərgiləyirdi. Başqa bir ifadə ilə lokal mənşəli deyil, kainatın bütününə dağılmış bir radiasiya idi. Beləcə uzun müddətdir kainatın hər yerindən bərabər ölçüdə alınan 3 Kelvinlik istilik dalğasının, Big Bangın ilk dövrlərindən qalma olduğu aydın oldu. Üstəlik bu rəqəm elm adamlarının əvvəldən nəzərdə tutduqları rəqəmə çox yaxın idi. Yalnız tək bir dalğa boyunda (mikrodalğa) ölçmələr edə bildikləri halda Penzias və Wilson, Böyük Partlamanın bu xüsusi isbatını təcrübi olaraq ilk göstərən kəslər olduqları üçün Nobel Mükafatı qazandılar.
1989-cu ilə gəlindiyində isə, Corc Smut və rəhbərliyindəki Nasa qrupu, Kosmik geri-Plan İşıldama Kəşfçisi Peykini (COBE) kosmosa göndərdilər. Bu inkişaf etmiş peykə yerləşdirilən həssas skanerlərin, Penzias və Wilsonun ölçümlərini təsdiqləməsi yalnız 8 dəqiqə davam etdi. Skanerlər, kainatın başlanğıcındakı Böyük Partlamanın istilik və sıxlığına aid qalıqları qəti bir şəkildə təsbit etdilər.
Bütün zamanların ən böyük kəşfi olaraq adlandırılan bu hadisə, bu qədərlə də məhdud deyildi. COBE 1 peyki kosmosda müəyyən bir nöqtədəki istiliyi bildirirdi. Ancaq COBE 2 peyki, kosmosda iki nöqtə arasında istilik fərqi olduğunu kəşf etdi. Məsələn galaktik ulduz çoxluqlarındakı istilik, kosmik boşluqlara görə daha çox idi. Bu isə, böyük partlamadan sonra meydana gələn istiliyin getdikcə soyuyaraq fərqliləşdiyini göstərirdi. Bu hadisədən sonra, bir çox elm adamı COBEin müvəffəqiyyətini "Big Bangın fövqəladə bir şəkildə təsdiqlənməsi" şəklində şərh etdi.