Materializm, maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən düşüncə sistemidir. Tarixi köhnə Yunanısatana qədər uzanan, amma xüsusilə 19-cu əsrdə yayılan, ən çox da Karl Marksın dialektik materializmiylə səslənilən bu düşüncə sistemi, maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də var olacağını iddia edər. Maddənin yaradılmamış olduğunu fərz etdiyinə görə də, bir Yaradıcının varlığını qəbul etməz.
Materializm az əvvəl də ifadə etdiyimiz kimi ən çox 19-cu əsrdə məşhur olmuşdu. Bunun başlıca səbəblərindən biri, o dövrdə, "kainatın necə ortaya çıxdığı" sualına qarşılıq olaraq ortaya qoyulan "sabit kainat" (statik kainat) modeli idi. Bu model, "kainat necə ortaya çıxdı" sualına, "kainat ortaya çıxmadı, sonsuzdan bəri vardı və sonsuza qədər də var olacaq" cavabını verməkdə idi. Kainat sabit, sabit və dəyişməz bir maddələr bütünü olaraq qəbul edilir və dolayısı ilə kainatın belə olmasının da bir Yaradıcını qəbul etməyi tələb etmədiyi deyilirdi.
Bu kainat modelinin əksinin isbat edilməsi digər bir ifadəylə bir başlanğıcı olduğunun və dəyişgənliyinin ortaya çıxması isə, əlbəttə bir Yaradıcının varlığını sübut edəcəkdi. Məşhur materialist fəlsəfəçi Georges Politzer, Fəlsəfənin Başlanğıc Qanunları adlı kitabında bu gerçəyi qəbul edir, ancaq "sonsuz kainat" modelinin etibarlılığına güvənərək yaradılışa qarşı çıxırdı:
Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o təqdirdə, kainatın Tanrı tərəfindən müəyyən bir anda yaradılmış olması və kainatın yoxdan var edilmiş olması gərək idi. Yaradılışı qəbul edə bilmək üçün, hər şeydən əvvəl, kainatın var olmadığı bir anın varlığını, sonra da, heçlikdən (yoxluqdan) bir şeyin çıxmış olduğunu qəbul etmək lazımdır. Bu isə elmin qəbul edə bilməyəcəyi bir şeydir. 2
Ancaq müasir elm, 20-ci əsrin ikinci dörddəbirində başlayan bir müddət nəticəsində materialistlərin "əgər elə olsa bir Yaradıcı olduğunu qəbul etmək lazım idi" şəklində dilə gətirdikləri gerçəyi, yəni kainatın bir başlanğıcı olduğu gerçəyini isbat etdi. Bu həqiqət müxtəlif mərhələlər nəticəsində ortaya çıxdı.