DƏYMƏYİN
Gördüyündən gözü-könlü bulanar,
Nənələrin ürəyinə dəyməyin.
Yaraları göz-göz olar, sulanar,
Nənələrin ürəyinə dəyməyin.
Sapa dönər, yumaq olar, bükülər,
Xalı kimi ilmə-ilmə sökülər,
Şüşə qəlbi parçalanar, tökülər,
Nənələrin ürəyinə dəyməyin.
Deməyin ki, bir ayağı gordadı,
Ömrü-günü əcəl adlı tordadı.
Nəvələrin nağıl payı ordadı,
Nənələrin ürəyinə dəyməyin.
Bir bulaqdı, içilməsə kor qalar,
Bir ocaqdı, közü sönər, qor qalar,
İldən-ilə saçlarında qar qalar,
Nənələrin ürəyinə dəyməyin.
___________________Milli Kitabxana__________________
11
Dağ olsa da acı sözdən incələr,
Bucaq seçər, öz yerini künc elər.
Şirin kəlmə qocalan gənc elər,
Nənələrin ürəyinə dəyməyin.
Yaxşı baxın arxaya siz, önə siz,
Ucalıq var, nədən ötrü enəsiz.
Fikirləşin, sabah siz də nənəsiz,
Nənələrin ürəyinə dəyməyin.
Gərdən sınar, kəmər düşər, bel inlər,
Toxunarsan, ürəyində tel inlər.
İnsaf edin, ay nainsaf gəlinlər,
Nənələrin ürəyinə dəyməyin.
DÜŞÜB
Ölüm yatağında bir qarı gördüm,
Solmuş bir çiçəkdi, budaqdan düşüb.
Boylanmaq istəyir, göz aça bilmir,
Ağrılar canına sazaqdan düşüb.
Təsəlli ləngitmir, dayaq saxlamır,
Gedir son mənzilə, ayaq saxlamır,
Nişan üzüyünü barmaq saxlamır,
Gəlinlik sırğası qulaqdan düşüb.
Toxunmur xalısı, daranmır yunu,
Görünür gözünə dünyanın sonu.
Qalıb urvalığı, qurtarıb unu,
Asılmır qazanı, ocaqdan düşüb.
Kəmər kənardadı, beldən ayrılıb,
Daraq toz içində, teldən ayrılıb,
Ən gözəl söhbəti dildən ayrılıb,
Ən şirin nəğməsi dodaqdan düşüb.
___________________Milli Kitabxana__________________
12
Dağ aşır, düz keçir ömrün yolları,
Əyilir sabahdan axşama sarı.
Ömrün səfərini bitirir qarı,
Güzarı yenə də torpaqdan düşüb!
Dostları ilə paylaş: |