BİRCƏ MƏNİ XATIRLA
Ömrü-günü uzun olsa həsrətin,
Göz yaşında bir çiməni xatırla.
Çiçəkləri şeh görməmiş saralan,
Solub gedən bir çəməni xatırla.
Dağlarıma gün yerinə çən düşüb,
Xınalı daş kəkliyindən gen düşüb.
Kimi görsən saçlarına dən düşüb,
Bircə məni, bircə məni xatırla.
Sevən də çox, sevilən də, atan da,
Bu dünyada üzən də çox, batan da.
Səksəkəli quş yuxusu yatanda,
Bircə məni, bircə məni xatırla.
Mənim gözüm işarədə, himdədi,
Eşqim, ruhum sən çaldığın simdədi.
Desələr ki, fil dözümü kimdədi,
Bircə məni, bircə məni xatırla.
Həm çörəyin, həm duzunam mən sənin,
Həm qismətin, həm ruzunam mən sənin.
Baharınam, Novruzunam mən sənin,
Yaşıllaşan bir səməni xatırla,
Bircə məni, bircə məni xatırla.
Can üşüdən sükut görsən ağlama,
Ağlar qalmış bulud görsən ağlama.
Çiyinlərdə tabut görsən ağlama,
Bircə məni, bircə məni xatırla.
___________________Milli Kitabxana__________________
36
Ey Allahın göydən gələn pərisi,
Soyulsa da şairlərin dərisi,
Bil ki, mənəm min illərin dirisi,
Bircə məni, bircə məni xatırla.
QAYIDAQ ƏVVƏLKİ XATİRƏLƏRƏ
Bu gündən sabaha uzanmasın əl,
Hələ sabahlara baş vurmayaq gəl.
Necə yaşamışıq milyon il əvvəl,
Güllər şehə batsın, çiçəklər zərə,
Qayıdaq əvvəlki xatirələrə.
İlk sevgi çiçəyi harda açılıb,
Kiminçün göyərib çəmən birinci?
Sevda yollarına can atan gözəl,
Nə sən birincisən, nə mən birinci.
Analar nə qədər oğullar doğub,
Məcnunlar doğulub, bəlkə min kərə,
Qayıdaq əvvəlki xatirələrə.
Eşqin saralmayan çöhrəsi sən ol,
Toxumu mən olum, pöhrəsi sən ol.
Aşıq bir həftəlik dastan başlasa,
Tahiri mən olum, Zöhrəsi sən ol.
Şehli çəmənlərdən gül dərə-dərə
Qayıdaq əvvəlki xatirələrə.
Aldadan, aldanan, satdıran, satan;
Dünyanın işləri məzədi hələ.
İnsanın insana münasibəti
Tikandı, qanqaldı, nizədi hələ.
Köhnə xatirələr dinsin, danışsın,
Təzə xatirələr təzədi hələ,
Qayıdaq əvvəlki xatirələrə.
___________________Milli Kitabxana__________________
37
Bugünkü sevgilər xatirələşmir,
Bu gün xatirəyə dönmək çətindi.
Soyuq ürəklərdə ölür duyğular,
İsti ürəklərə enmək çətindi.
Ağrıdan, əzabdan, yasdan, qayğıdan
Danışmaq çətindi, dinmək çətindi.
Öz sevgi payını götürsün hərə,
Qayıdaq əvvəlki xatirələrə.
Qayıdaq əvvəlki xatirələrə...
Dostları ilə paylaş: |