SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün geldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
___________________Milli Kitabxana__________________
30
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum sünbülü dənə gətirdim,
Könlümdə nə varsa, sənə gətirdim.
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm,
Ölüm də, sevgi də, həyat da mənəm
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
SEVƏRMİŞ
İnsan oğlu vurulanda dünyaya,
Yeri-göyü, dağı-daşı sevərmiş.
Zaman onu ağlatsa da, gülərmiş,
Gözlərindən axan yaşı sevərmiş.
Eşq adama göydən nazil olarmış,
Kimi xoşbəxt, kimi rəzil olarmış.
Biri yaqut, biri qızıl olarmış,
Qaş üzüyü, üzük qaşı sevərmiş.
Alışarsan, eşq içini ovanda,
Qapılardan səhralara qovanda.
Hünərin var, dəli olma sevəndə,
Leyli gedib ağlı çaşı sevərmiş.
Canlar gedib bir cananın yolunda,
İllər qurban bircə anın yolunda.
Ay Zəlimxan, hər sevdanın yolunda
Dərd ürəyi, ağrı başı sevərmiş.
___________________Milli Kitabxana__________________
31
Dostları ilə paylaş: |