ZəLİmxan yaqub seçİLMİŞ


ŞAİRİN SÖZÜNƏ YALANDIR DEMƏ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   15   16   17   18   19   20   21   22   ...   94
Zelimxan Yaqub-Seirler-2022

ŞAİRİN SÖZÜNƏ YALANDIR DEMƏ
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli,
Gəl, gül də, çiçək də özümüz olaq,
Sən bir az ağıllı, mən bir az dəli.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdi.


___________________Milli Kitabxana__________________
46
Əgər sən varsansa, bu yer üzündə,
Dünya başdan-başa güldü, çiçəkdi.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər.
KƏRƏM YALAN OLDU,
MƏN GERÇƏK OLDUM
Gəl, gözüm işığı, gəl, gözüm nuru,
Dilim qabar oldu "göz" deyə-deyə.
Ruhum harayladı, könlüm çağırdı,
Öldürdün, darıxma, "döz" deyə-deyə.
Yoruldum, dizimi heydən elədim,
Vaxtımı hey axşam, hey dan elədim.
Ayağm altında meydan elədim,
Sinəmin üstündə "gəz" deyə-deyə.
Nədi sirr saxlamaq, sirr, mən bilirdim,
Gizli sevgiləri pir mən bilirdim,
Bir Allah bilirdi, bir mən bilirdim,
Dillərdə saz oldum, "söz" deyə-deyə.
Yerinə yetməyən bir dilək oldum,
Yol üstə saralan son çiçək oldum.
Kərəm yalan oldu, mən gerçək oldum,
Qaynar baxışlara "köz" deyə-deyə.


___________________Milli Kitabxana__________________
47
MƏN SƏNİN QƏLBİNƏ NECƏ YOL TAPIM
Gəl, mənim ömrümün şirin dünyası,
Məhəbbət adlanan pirin dünyası,
Fərhad əfsanəsi, Şirin dünyası,
Qalamı uçurum, qayamı çapım,
Mən sənin qəlbinə necə yol tapım?
Ömrüm sənə sarı düşən güzardı,
Əvvəli beşikdi, sonu məzardı,
Ay Allah, bu azar nə xoş azardı,
Ürək ağrılarım, könül əzabım,
Mən sənin qəlbinə necə yol tapım?
Ürəkdon-ürəyə dil körpüsü var,
Görüşdən-görüşə gül körpüsü var,
Gizli sevdaların qıl körpüsü var,
Çatarmı keçməyə dözümüm, tabım,
Mən sənin qəlbinə necə yol tapım?
Keşikçi ayıqdı, gözətçi mətin,
İzləmək qorxulu, boylanmaq çətin,
Hasarı hündürdü bu imarətin,
Tilsimli pəncərəm, qıfıllı qapım,
Mən sənin qəlbinə necə yol tapım?
Gecələr şam kimi əritdin məni,
Gündüzlər yol üstə qurutdun məni,
Gözlədə-gözlədə çürütdün məni,
Örtülü dəftərim, bağlı kitabım,
Mən sənin qəlbinə necə yol tapım?
Tufanmı qaldırım, mehəmi dönüm?
Yağışmı yağdırım, şehəmi dönüm?
Qulamı çevrilim, şahamı dönüm?
Çəmənim, çiçəyim, gülüm, gülabım,
Mən sənin qəlbinə necə yol tapım?


___________________Milli Kitabxana__________________
48
Tanrı sovqatımsan, din işığımsan,
Səhər şəfəqimsən, dan işığımsan,
Ən şirin ləhcəmsən, danışığımsan,
Bütün suallara sənsən cavabım,
Mən sənin qəlbinə necə yol tapım?
Mənim ilk sevincim, son iztirabım,
Mən sənin qəlbinə necə yol tapım?

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin