ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə20/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   16   17   18   19   20   21   22   23   ...   94
Zelimxan Yaqub-Seirler-2022

MƏNİM BU KÖLGƏDƏ
BİR XATİRƏM VAR
Saxlaya bilirdim vaxtı, saatı,
Yaşaya bilirdim ömrü, həyatı.
Şirin bir oxşama, kövrək bayatı,
Bütün ömrüm boyu unutmadığım
Vaxtın əllərimə keçdiyi çəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Başımın üstündə barlı bir budaq,
Budağın altında odlu bir dodaq,
İllərdi ağlayır orda bir bulaq,
Yarpaqlar üstündə hələ də nəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Üz közə dönmüşdü, yanaqlar zərə,
Arxada uçurum, qarşıda dərə.
Hər insan ömrünün xatirələrə
Yetdiyi məqam var, çatdığı dəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Bürünüb, qərq olub yaşıl tüllərə,
Nəğmətək axardı saf könüllərə.
Heyif, tez qarışdı solan güllərə,
İndi uzaqlarda bir bəxti kəm var,
Mənim bu kölgədə bir xatirəm var.


___________________Milli Kitabxana__________________
49
Tutur bildiyini Yaradan, Xalıq,
Elə bil dəryadan ayrılır balıq.
Yaş kədər gətirir, zaman qocalıq,
Gözümdə həsrət var, könlümdə nəm var,
Ağac kölgəsində bir xatirəm var!
Mənim bu kölgədə bir xatirəm var.
SEVGİ YAĞIŞLARINA
TUTACAĞAM DÜNYANI
Təpiklər tapdağında əzildi, əzdi dünya,
Xilası, xilaskarı axtardı, gəzdi dünya.
Ədavətdən yoruldu, nifrətdən bezdi dünya,
Sevgi yağışlarına tutacağam dünyanı.
Neçə ki kin-küdurət bir-birinə calaqdı,
İnsan hey çarmıxdadı, həmişə daşqalaqdı.
Anamızı ağladan böhtandı, badalaqdı,
Sevgi yağışlarına tutacağam dünyanı.
Sevib cavanlıq etmək, sevib qocalmaq gərək,
Saf duyğular içində xəyala dalmaq gərək.
Sevgini xəyanətin əlindən almaq gərək,
Sevgi yağışlarına tutacağam dünyanı.
Rəqib savaşlarında qırğın görüb, qan görüb,
Gül canlar, gül sevgilər nə qədər tikan görüb.
Mən bütün insanları şirin, mehriban görüb,
Sevgi yağışlarına tutacağam dünyanı.
Nəyinə vurulmuşam mən, dünyanın nəyinə,
Nuruna, işığına, gözəlinə, bəyinə.
Sığınıb Yaradan, Allahın köməyinə,
Sevgi yağışlarına tutacağam dünyanı.
Sarı-sarı səhralar yaşıl tül bitirəcək,
Qara-qara qayalar qızılgül bitirəcək.


___________________Milli Kitabxana__________________
50
Hər sevilən, hər sevən bir könül bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.
Can səpdim, can əritdim, yenə can bitirəcək,
Sağlam toxumlar düşüb din-iman bitirəcək.
Eşqi, məhəbbətiylə Zəlimxan bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin