ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə21/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   17   18   19   20   21   22   23   24   ...   94
Zelimxan Yaqub-Seirler-2022

İLAHİ, MİN ŞÜKÜR
YARATDIĞINA
Bir gündə min dəfə şükür deyirəm,
İlahi, min şükür yaratdığına!
Göylərin payıdı enib torpağa,
İlahi, min şükür yaratdığına!
Pətəyi çəməndən, balı çiçəkdən,
Sevgisi beşikdən, eşqi bələkdən,
Payı gözəllikdən, nuru mələkdən,
İlahi, min şükür yaratdığına!
Baxışı ulduzdan, işığı Aydan,
Axarı çeşmədən, ləngəri çaydan.
Günəşi bahardan, alovu yaydan,
İlahi, min şükür yaratdığına!
Arayan narahat, aranan gözəl,
Darayan bəxtəvər, daranan gözəl.
Yaradan müqəddəs, yaranan gözəl,
İlahi, min şükür yaratdığına!
Gözüm gözəlliyin həsrəti, acı,
Gözəllər başımın cığası, tacı.
Sən Allah, o bəndə, mən tamaşaçı,
İlahi, min şükür yaratdığına!


___________________Milli Kitabxana__________________
51
GÖZLƏRİMİ ÖZÜN QAPA
Dedim: - Gəl, bir seyrə çıxaq.
Yox, gələ bilmərəm, - dedi.
Dedim: - Nazı bir yana qoy.
Yox, gələ bilmərəm, - dedi.
-
Qapım açıq, baxtım açıq,
Sevmir mənim baxtım acıq,
İşıq kimi baxtıma çıx!
-
Yox, gələ bilmərəm, - dedi.
-
Dağları en, dərəyə gəl,
Ovçun mənəm, bərəyə gəl,
Yaşıl bir mənzərəyə gəl.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Budaqlardan dərim gülü,
Qədəminə sərim tülü,
Gəl, sevindir bir könülü.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Əcəl yatmır ipə-sapa,
Kim itirə, kimlər tapa,
Gözlorimi özün qapa.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Dözümüm, səbrim üstə gəl,
Zəhmətim, cəbrim üstə gəl,
Ölürəm, qəbrim üstə gəl,
-
Yox, gələ bilmərəm, - dedi.


___________________Milli Kitabxana__________________
52
SEVGİ ADLI ŞAHA QURBAN
Mən insanam - Allah mənim,
Adəm mənim, Nuh mənimdi.
İşıq məndə, səhər məndə,
Könül mənim, ruh mənimdi.
Yaradan bir, tanrı birdi,
Birin işi bağlı sirdi.
Hamının sonu qəbirdi,
Bir qəbir də eh...mənimdi.
Güc, təpər dizdən ötrüdü,
Gözəllik gözdən ötrüdü.
Hər nə var bizdən ötrüdü,
Gah sənindi, gah mənimdi.
Mələk mənəm, fələk mənəm,
Qanad mənəm, lələk mənəm.
Çöldə bitən çiçək mənəm,
Üstündəki şeh mənimdi.
Açılan sabaha qurban,
Tükənməz iştaha qurban.
Sevgi adlı şaha qurban,
Mən şahınam, şah mənimdi.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin