BÖYÜK SEVGİLƏR
Sevənlər birləşəndə bir ürək, bir can olur,
Nur yağır gecə-gündüz rəngindən, çöhrəsindən.
İstər dəryaya tulla, istər qayalardan at,
Öldürsən də əl üzməz Tahir öz Zöhrəsindən.
İlmə-ilmə toxunub, yaşıl ağa sarılar,
Gül çəmənə, şeh düzə, qaya dağa sarılar.
Yun əyrilib ip olar, sap yumağa sarılar,
Düyçələr dolub çıxar zamanın cəhrəsindən.
Ölməz böyük sevgilər, ölüm, təhlükə bilməz,
Gözündə su bulanmaz, aynası ləkə bilməz.
Min illər gəlib keçər, heç vaxt əl çəkə bilməz
Fərhad öz qayasından, Məcnun öz səhrasından.
30 noyabr 2004
KÖNLÜM
Öz ağrını özün çək,
Demə hər yerdə, könlüm!
Açma dərdin üzünü,
Yırtılar pərdə, könlüm!
Hey içini yeyirdin,
"Dözəmmirəm" deyirdin.
Xeyir danış, xeyir din,
Xeyirdə-şərdə, könlüm!
Bil anın qiymətini,
Bil canın qiymətini,
Dünyanın qiymətini,
Axtarma zərdə, könlüm!
___________________Milli Kitabxana__________________
58
Bişirəcək aşını,
Tovlayacaq başını.
At bu nərdin daşını,
Kərəm yox zərdə, könlüm!
Arzuların canı var,
Canın qaynar qanı var.
Min dərdin dərmanı var.
Bir damla tərdə, könlüm!
Özünlə çək davanı,
Özünlə qur divanı.
Özün çal öz havanı,
Bu sim, bu pərdə, könlüm!
Ağla gözün dolunca,
Saralınca, solunca.
Namərdə xan olunca,
Qul ol bir mərdə, könlüm!
5 fevral 2005
MƏN GETDİM, MƏNİ GÖZLƏMƏ
Daha bu yer çiçəkləməz,
Çiçəkləri ləçəkləməz.
Kifir olar, kafir olar,
Gözəlləri göyçəkləməz,
Mən getdim, məni gözləmə.
Ruha sirdaş olammadın,
Haqqa qardaş olammadın.
Mən hönkürüb ağlayanda,
Gözümdə yaş olammadın,
Mən getdim, məni gözlomə.
Daşıdığım əzab haqqı,
Oxuduğum kitab haqqı.
___________________Milli Kitabxana__________________
59
Mən verdiyim suallara,
Vermədiyin cavab haqqı
Mən getdim, məni gözləmə.
Ruh uçar, bədən qayıtmaz,
Çıxar cərgədən, qayıtmaz.
Aylar, illər təzələnər,
Qayıtmaz, gedən qayıtmaz.
Mən getdim, məni gözləmə.
Lal olmuş bir bulud gözlə,
Daş olmuş bir sükut gözlə.
Mismarlanmış, möhürlənmiş,
Taxta gözlə, tabut gözlə,
Mən getdim, məni gözləmə.
Səs olub neyə çəkilləm,
Ah olub göyə çəkilləm.
Yaradanın özü bilir,
Göylərə niyə çəkilləm,
Mən getdim, məni gözləmə.
Damar vurur, qan çağırır,
Günəş doğur, dan çağırır.
Sən gecikdin, çağırmadın,
Məni çağıran çağırır,
Mən getdim, məni gözləmə.
27 fevral 2005
Dostları ilə paylaş: |