GƏL, SƏNƏ ŞEİR OXUYUM
Gəl, sənə şeir oxuyum,
Çeşməyə gəl, çaya gəl.
Doğul, yenidən doğul,
Təzədən dünyaya gəl.
Gəl, sənə şeir oxuyum,
Ruhu cana qaytarım.
___________________Milli Kitabxana__________________
60
Gəl, səni doğulduğun,
O ilk ana qaytarım.
Gəl, sənə şeir oxuyum,
Dağ şehindən saf olsun.
Durulsun baxışların,
Sulardan şəffaf olsun.
Gəl, sənə şeir oxuyum,
Ömrüm bir az uzansın.
Boş şeydi cib qazancı,
Qazanır, ruh qazansın.
Haqqın nurundan qopub,
Can içində canındı.
Mənim deyil o şeir,
Məni yaradanındı.
3 mart 2005-cü il
SEVƏNLƏR HƏMİŞƏ
MÖHTƏRƏM OLUR
Sevinc gözləməsin sevən dünyadan,
Qisməti çox zaman kədər-qəm olur.
Can şamda titrəyən şöləyə dönür,
Göz dolur-boşalır, kirpik nəm olur.
Meyli qıza düşür, qadına düşür,
Hərə bir gözəlin oduna düşür.
Kim cəfa çəkirsə, ad ona düşür,
Gah Qərib, gah Məcnun, gah Kərəm olur.
Nazıyla oynamaq adətim, peşəm,
Sevgidir varlığım, sevgidir nəşəm.
Sevənlər həmişə məğrur, möhtəşəm,
Sevənlər həmişə möhtərəm olur.
2 fevral 2005
___________________Milli Kitabxana__________________
61
ALLAHDAN QORXMASAYDIM
Günəşin doğan çağı
qarşıma mələk çıxıb,
Nə mübarək səhərdi,
nə gözəl sabahdı bu.
Hardan bildi bu yerdən
şair gəlib keçəcək,
Bəlkə, xəbər verən var?
sirrimdən agahdı bu.
O yetən kamilliyə
heç bir gözəl yetişməz.
Bahadı, dəyərinə qiymətdə
ləl yetişməz.
Dindirsən dilə gəlməz,
uzatsan əl yetişməz,
Yüksəkdədir məqamı,
uca bir dərgahdı bu.
Xoşbəxtlik kimə bütöv,
kimə kəm-kəsir düşür,
Bu ilahi gözəllik
bəxtə mində bir düşür.
Qızların baxışından
oğlanlar əsir düşür,
Burda Əsir olmamaq -
ən böyük günahdı bu.
Nələr gördü gözümüz,
bu dünyada, eh, nələr,
Gözəllər sərgisində
çox dəyişib səhnələr,
Qızlar qarıya dönüb,
dəbdən düşüb köhnələr
Təzə çıxıb taxtına,
Təzə padşahdı bu.
___________________Milli Kitabxana__________________
62
Zirvə Tanrı yanında,
kim çatmaya, kim çata,
Odur hərəkət verən
bu boyda Kainata.
Şair gözündə od var,
gözəl dilində xəta,
Allahdan qorxmasaydım,
deyərdim, Allahdı bu.
27 yanvar 2005
Dostları ilə paylaş: |