___________________Milli Kitabxana__________________
64
Gözümə az dəyir
qarapapaqlar
VƏTƏN
Vətəndə qürbəti heç düşünmədim,
Qürbətə düşdüyüm an "Vətən!" - dedi.
Qəlbim an kimi elə sızladı,
Bağrımın başında şan "Vətən!", - dedi.
Allahı, vallahı söz olan dilim,
Yurdun hər sözünə göz olan dilim,
Ağrımın içində köz olan dilim,
Axşam harayladı, dan "Vətən!", - dedi.
Nədir bu sözdəki ilahi qüdrət?
Dizlərə taqətdi, qollara qüvvət.
Elə ki birləşdi həsrətlə qüdrət,
Ürək parçalandı, can "Vətən!", - dedi.
8 oktyabr 2004
Dostları ilə paylaş: