ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə34/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   30   31   32   33   34   35   36   37   ...   94
Zelimxan Yaqub-Seirler-2022

SƏNDƏN DİLİ BİLƏN OLMAZ
"Nur" sözündən nurlanmasan,
"Qor" sözündən qorlanmasan,
"Bar" sözündən barlanmasan,
Səndən dili bilən olmaz.
Ruhunda "Heyratı" yoxsa,
Eşqin min bir qatı yoxsa,
Dilində bayatı yoxsa,
Səndən dili bilən olmaz.
Sözün yolu, izi nədir,
Sehrləyən bizi nədir?
Bilməsən ki, xəzinədir,
Səndən dili bilən olmaz.
Dərd duymasan, ah bilməsən,
Öz dilini şah bilməsən,
Ananı Allah bilməsən,
Səndən dili bilən olmaz.
Qanında bir səylik varsa,
Canında bir keylik varsa,
Ruhunda ögeylik varsa,
Səndən dili bilən olmaz.
Nə bir qəlbin alovusan,
Nə bir çaxmağın qovusan.
Özgə dillərin ovusan,
Səndən dili bilən olmaz.
Bir qəlbin min gülüstanı,
Bir ömrün neçə dastanı.
Duymasan "Şəbi-hicran"ı,
*
Səndən dili bilən olmaz.
*
Füzulinin məşhur qəzəlinə işarədir.


___________________Milli Kitabxana__________________
84
O, Sabirin rübabıdı,
O, Cəlilin əzabıdı.
O, "Anamın kitabı"dı
*
Səndən dili bilən olmaz.
Yada doğma, yaxına yad,
Dilim səndən dad çəkər, dad.
Yatmısan, ey dadi-bidad,
Səndən dili bilən olmaz.
GÜNAHLAR YUYULMAZ
GÖZ YAŞLARIYLA
Günahlar yuyulmaz göz yaşlarıyla,
Sanma su günahı yuyub aparır.
Hər kəs öz suçunu, öz günahını,
Qara tabutuna qoyub aparır.
Qəlbi də qanadar, ələ də batar,
Qara tikan kimi bitər günahlar.
Yıxıb yanı istə çox oğulları,
Üzrü günahlardan betər günahlar.
Bir köntöy baxışla, bir acı sözlə
Qabarır, çəkilir, dikəlir günah.
Əjdaha ağzından özünü gözlə,
Nifrət yeyə-yeyə kökəlir günah.
Çox gözlər aldanıb göz yaşlarına,
Aldadan sevinib, aldanan yatıb.
Şübhələr, yalanlar burulğanında,
Nə qədər insanlar qərq olub, batıb.
Yumaz göz yaşların günahlarını,
Ümid bir damladan asılı qalar.
*
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinə işarədir.


___________________Milli Kitabxana__________________
85
Gecikən barışıq xəcalət olub,
Yetimtək bir küncə qısılı qalar.
Daha göz yaşına ümid bağlama,
Deyirlər, qozbeli qəbir düzəldər.
Deyirlər, Allahın səbri böyükdür,
Düzəltsə, bu işi səbir düzəldər.
QƏBİRQAZAN
Necə də həvəslə girişib işə,
Elə bil ev tikib, saray ucaldır.
Onun nə günahı, neyləsin, Allah!
Bütün komalardan, kaşanələrdən
Ah-nalə qarışıq haray ucaldır.
İşi yaxşı gedir qəbirqazanın,
Ayağı yeriyir, əli gətirir.
Dirilər üzüldü qəm daşımaqdan,
Hər gün qəbiristana ölü gətirir.
Ölü adiləşir onun gözündə,
Allah bəndəsidir, kim olur-olsun.
Ya səsi içində batan bir nəfər,
Ya haqqın səsidir, kim olur olsun.
Ölüb gedənləri insan oğlu yox,
Dəyirman ağzından çıxan ah bilir.
Daş harda, qum harda, kərpic hardadı,
Hər şeyin yerini əzbərdən bilir.
Alın yazısını Tanrıdır yazan,
İşin daşdan çıxır, dəmirdən çıxır.
Qaz bu qəbirləri, ay qəbirqazan,
Sənin də çörəyin qəbirdən çıxır...
2 aprel 2001


___________________Milli Kitabxana__________________
86

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin