ZəLİmxan yaqub seçİLMİŞ


DÜZ GƏLİB, DÜZ GEDƏN ADAM



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   31   32   33   34   35   36   37   38   ...   94
Zelimxan Yaqub-Seirler-2022

DÜZ GƏLİB, DÜZ GEDƏN ADAM
Göyə baxmır ulduz görə,
Yerə baxmır çiçək görə.
Dönüb xalqa baxırmı ki,
Gözü bir ağsaqqal seçə,
Ya da bir ağbirçək göro,
Düz gəlib, düz gedən adam.
Duruş saxta, görüş saxta,
Yeriyir, saxta yeriyir.
Təkəbbürü beş-on addım,
Ondan qabaqda yeriyir.
Elə bil ki, adam deyil,
Adamların arasında
Sıyrılmış taxta yeriyir,
Düz gəlib, duz gedən adam.
Tökülən yaşa biganə,
Atılan daşa biganə.
Ağrı bilməz, acı bilməz,
Qardaş bilməz, bacı bilməz
Düz gəlib, düz gedən adam.
Əldən tutmaz, ələ gəlməz,
Əli ancaq cibindədi.
Sanki qəlbi sinədə yox,
Quyuların dibindədi.
Bütün dünya təbdən çıxa,
Yenə də öz təbindədi
Düz gəlib, düz gedən adam.
Nə könlündə bir şairin
Könül açan şeri qaldı.
Nə gözündə bir rəssamın
Göz oxşayan seyri qaldı.


___________________Milli Kitabxana__________________
87
Zahirdə düz yerisə də,
İçəridən əyri qaldı
Düz gəlib, düz gedən adam.
23 yanvar 2002
LAYLA, XOCALIM, LAYLA
Duz basdılar yarana,
Layla, Xocalım, layla.
Düşdün gülləbarana,
Layla, Xocalım layla.
Namərdi kim çağırdı?
Göydən ölüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım layla.
Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım layla.
Qaçdı Novruzun tamı,
Kimdi yandıran şamı?
Yas elədin bayramı,
Layla, Xocalım layla.
Dərdin kimi acı yox,
Ağrı var, əlacı yox.
Ağlamağa bacı yox,
Layla, Xocalım layla.
Hisdi, pasdı, qurumdu,
Tüstü burum-burumdu.
Hər tərəf uçurumdu
Layla, Xocalım layla.


___________________Milli Kitabxana__________________
88
Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla.
Xocasan, xocan hanı?
Cavansan, qocan hanı?
Tüstülü bacan hanı?
Layla, Xocalım, layla.
Çıxmağa yol olmadı,
Qucmağa qol olmadı.
Üzməyə sal qalmadı,
Layla, Xocalım, layla.
Məndən küsdü soyadım,
Namərd olsun qoy adım.
Səni necə oyadım?
Layla, Xocalım, layla.
Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına,
Layla, Xocalım, Layla.
Yara sarıyan hanı?
Haqdan yarıyan hanı?
Yurdu qoruyan hanı?
Layla, Xocalım, layla.
Şuşanın ətəyi qan,
Balı qan, pətəyi qan.
Düşmənin kötəyi qan,
Layla, Xocalım, layla.
İtən çənim olaydı,
Bitən dənim olaydı.


___________________Milli Kitabxana__________________
89
Vətən mənim olaydı,
Layla, Xocalım, layla.
Yatan çətin ayıla,
Çətin adam sayıla.
Heyif Şah İsmayıla,
Layla, Xocalım, layla.
Dünya darmı görəsən?
Qulaq karmı görəsən?
Allah varmı görəsən?
Layla, Xocalım, layla.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin