ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə32/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   28   29   30   31   32   33   34   35   ...   94
Zelimxan Yaqub-Seirler-2022

DƏRDİN DASTANI
Mən bu yurdun ozanıyam, sazıyam,
Tel dərdini gəlib mənə danışır.
Doqquz teldən doqquz gümüş çay axır
Sel dərdini gəlib mənə danışır.
Bu Kərəmdi, bu "Kərəmi", bu Leyli,
Hamısı da yerdən, göydən gileyli.
Çay nisgili, sel harayı, su meyli,
Göl dərdini gəlib mənə danışır.
Budaq üstə narın-narın qar qonur,
Saflıq qonur, sərvət qonur, var qonur.
Nə zaman ki gül üstünə xar qonur,
Gül dərdini gəlib mənə danışır.
Yeriyəmmir, dizlərinə duz çökür,
Boylanammır, baxışına buz çökür.
Qarışqanın qarşısında diz çökür,
Fil dərdini gəlib mənə danışır.
Damla düşür, kirpikləri nəmlənir,
Faciəsi göz yaşında cəmlənir.
Əzabları içə-içə dəmlənir,
Lül dərdini gəlib mənə danışır.
Yeyilənlər bu dişlərdən nə çəkdi,
Dağlananlar bu şişlərdən nə çəkdi,
Gur ocaqlar keşişlərdən nə çəkdi,
Kül dərdini gəlib mənə danışır.
Seçmək olmur nə gerçəyi, nə şəri,
Yaman günə kimlər saldı bəşəri?
Bir arvadın on oynaşı, beş əri,
Boll dərdini gəlib mənə danışır.


___________________Milli Kitabxana__________________
79
İnsan başqa, dövran başqa təbdədi,
Ümidimiz dərmandadı, həbdədi.
Aman Allah, qul bazarı dəbdədi,
Qul dərdini gəlib mənə danışır.
Söyə-söyə ocağını, pirini
Sındırıblar salamatı, dirini.
Əl ağacı vermir əlin yerini,
Şil dərdini gəlib mənə danışır.
Qartal baxar zirvələrdə nəşəyə,
Dağ kəlləri naxış olar meşəyə.
Atdan alıb yükləyiblər eşşəyə,
Gül dərdini gəlib mənə danışır.
Nə olsun ki soyuq-soyuq yel əsir,
İnsan yenə yaşamağa tələsir.
Diz bükülür, baş titrəyir, əl əsir,
Bel dərdini gəlib mənə danışır.
Kənd alışır, şəhər yanır içimdə,
Qəm qovrulur, kədər yanır içimdə.
Kim nə bilsin, nələr yanır içimdə,
Çöl dərdini gəlib mənə danışır.
Dərddi, qəmdi hər tin, döngə, hər dalan,
Nə dərd olsa, mərd daşıyan, mərd alan.
Dərd alanam, dərd alanam, dərd alan,
El dərdini gəlib mənə danışır.
Min pərdəyə, min bir simə danışsın,
Kimi var ki, getsin kimə danışsın?
Dilə gəlib yolsuzların əlindən,
Yol dərdini gəlib mənə danışır.
Az dərdini özgələrlə bölüşən
Bol dərdini gəlib mənə danışır.
25 sentyabr 2000


___________________Milli Kitabxana__________________
80
QALASIYAM
Borçalı oğullarının dilindən
Yağlı loğma saymasın heç kəs məni dünyada,
Nə quşa yem olası, nə qurda qalasıyam!
Gözlərimin nurudu doğulduğum bu torpaq,
Nur məndə qalasıdı, mən nurda qalasıyam!
Ey anamın göz yaşı, ey atamın başdaşı,
Ey mənim dağlarımın qəmdən çatılan qaşı,
Dar ayaqda dayanıb sizin ilə yanaşı,
Bu elə, bu obaya, bu yurda qalasıyam!
Onsuz mənim ömrümün yaşılı, alı yoxdur,
Onsuz mənim bəxtimin atı var, nalı yoxdur.
Borçalıdan savayı ayrı Borçalı yoxdur,
Dünya köç-köç olsa da, mən burda qalasıyam!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin