___________________Milli Kitabxana__________________
110
Tərpədə dünyanı tufan gücündə,
Qabara, çəkilə ümman gücündə.
Söz gərək düşmənin qəddini əyə!
Əyə bilmədisə namərd qəddini,
Haqlısan şairdən gileylənməyə.
Demək, sözümüzdə el gücü yoxmuş,
Demək, səsimizdə sel gücü yoxmuş.
Obalar çökdüsə düşmən önündə,
Demək, dilimizdə fil gücü yoxmuş.
Döyüş meydanına çıxarmaq üçün
Nə pələng var imiş, nə şir var imiş.
Vətənin gözünə kül üfürməyə
Yalançı bir haray, həşir var imiş.
Baqqallar, darğalar daha çox imiş,
Tülkülər, qarğalar daha çox imiş.
Oğlun əsirdisə, günahkar mənəm,
Qızın girovdursa, günahkar mənəm.
Torpağın ən böyük faciəsinə
Gözü kor, beyni küt, qəlbi kar mənəm.
Şair harayına, şair səsinə
Ordular ayağa qalxa bilmədi.
Şair güvənmədi öz imkanına,
Milləti özünə arxa bilmədi.
Bu gün bir millətin yurdu, yuvası,
Olubsa çamırlıq, olubsa deyə,
Haqlısan, min dəfə haqlısan, anam,
Haqlısan, min dəfə haqlısan, atam.
Haqlısan şairdən gileylənməyə,
Haqlısan şeirdən gileylənməyə!
Dostları ilə paylaş: