AĞDAM QARABAĞIN TOY OTAĞIYDI
Hər şirin zəngulə, hər şirin nəfəs,
Yeni bir dünyaydı, təzə bir həvəs.
Arifin içindən gəlirdi bu səs,
Ağdam Qarabağın toy otağıydı.
___________________Milli Kitabxana__________________
111
Coşar bəstəçilər, dinər bəstələr,
Nə muğam susardı, nə şikəstələr.
Kəmərə sığmazdı kəmərbəstələr,
Ağdam Qarabağın toy otağıydı.
Qədirin dəryada gəmisi vardı,
Hələ biçilməmiş zəmisi vardı.
Hamı atalıydı, hamı arxalı,
Hamının dayısı, əmisi vardı,
Ağdam Qarabağın toy otağıydı.
Tək-tək yox, coşardı hər adam belə,
Közə çevrilərdi qar adam belə.
Xan qızı dinəndə, Xan oxuyanda,
Saraya dönərdi qara dam belə,
Ağdam Qarabağın toy otağıydı.
Sevənlər dodağa söz əridərdi,
Qızlar oda dönər, buz əridərdi.
Baharın günəşi əritməyəni,
Bircə baxışıyla qız əridərdi,
Ağdam Qarabağın toy otağıydı.
Nə qızıl üzəngi, nə gümüş yəhər,
Nə çapan oğul var, nə qaşqa kəhər.
Yediyi zəhrimar, içdiyi zəhər,
Ağdam Qarabağın yas otağıdı.
Ocağı alışmır, odu görünmür,
Qavalı, kamanı, udu görünmür.
Zeynal yaman küsüb, Xudu görünmür,
Ağdam Qarabağın yas otağıdı.
Yığılın bir səmtə, araya gəlin,
Bir məlhəm axtaraq yaraya, gəlin.
Ay Famil, ay Şahmar, haraya gəlin,
Ağdam Qarabağın yas otağıdı.
___________________Milli Kitabxana__________________
112
Bəxt tərsə fırlanan təkərə dönüb,
O boyda məmləkət şikara dönüb.
Şahbulaq şaha yox, nökərə dönüb,
Ağdam Qarabağın yas otağıdı.
Qəlbimə bir qəmli dastan gəlibdi,
Ağrısı düşməndən, dostdan gəlibdi.
Hələ ki bizimki yasdan gəlibdi,
Ağdam Qarabağın yas otağıdı.
Min-min qonağının biri Zəlimxan,
Seçmir öz gözündə tiri Zəlimxan.
Bu ağır həsrətdən utanıb ölmür,
Hələ də diridi, diri Zəlimxan,
Ağdam Qarabağın yas otağıdı.
OLMAZ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.
Gördüyüm hər gözəllik
heyrətə salır məni.
Min qat gözəl olsa da
heyrətdən Vətən olmaz.
Saçına sığal çəkib,
rəğbət bəsləsələr də
Ömrü beş-on gün olar,
rəğbətdən Vətən olmaz.
Allah evi Məkkədə
evimçün darıxmışam,
Evdən-eşikdən ötrü
ürəyimi sıxmışam.
Həsrətin sınağından
dağlar yarıb çıxmışam,
Adında ayrılıq var,
həsrətdən Vətən olmaz.
___________________Milli Kitabxana__________________
113
Çəkilən ağrı bilər
sızıldayan iç nədir,
Səfərə çıxan bilər
yolda qalan köç nədir.
Adın göylərə çıxsa,
yadlar üçün heç nədir,
Vətəndən şöhrət olar,
şöhrətdən Vətən olmaz.
Çırpınar intizarda,
qəlbin, ruhun qısılar,
Oğul-uşaqdan ötrü
canın göydən asılar,
Adına, taleyinə
qərib möhrü basılar,
Ancaq onda bilərsən
qürbətdən Vətən olmaz.
Dünyanın çəkmədiyi
ağrısı, azarı yox,
Ağrı nə qədər çəkər,
behi yox, bazarı yox.
Qərib yerdə ölənin
yatmağa məzarı yox,
Zülümdən bir yurd-yuva,
zillətdən Vətən olmaz.
Qəriblərin saçında
qırova bax, qara bax,
İnildəyən kamana,
sızıldayan tara bax.
Cəhənnəmə dönsə də,
cənnətimdi Qarabağ,
"Tehran cənnətə dönsə",
cənnətdən Vətən olmaz!!!
Almaniya, Bilefeld, 8 noyabr 2004
___________________Milli Kitabxana__________________
114
Dostları ilə paylaş: |