ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə41/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   37   38   39   40   41   42   43   44   ...   94
Zelimxan Yaqub-Seirler-2022

GÜNAHSIZ GƏLİRİK
Dünyanı min dəfə dağıtmaq olar,
Bu qədər qan tökən silahlar ilə.
Həyatda hər şeylə bacardı insan,
Bacara bilmədi tamahlar ilə.
Gedir insan oğlu, yolu çaş gedir,
Üzdən qan süzülür, gözdən yaş gedir.
Bu torpaq üstündə hey savaş gedir,
Dil tapa bilmirik timsahlar ilə.
Zamanın ovcunda mum olur qaya,
Qum olub dağılır çeşməyə, çaya.


___________________Milli Kitabxana__________________
105
Günahsız gəlirik qoca dünyaya,
Dünyadan gedirik günahlar ilə.
Kimdi fikir verən amana, aha,
Ölüm ucuz olub, yaşamaq baha.
Allahın özü də bacarmır daha
Özü yaratdığı "allahlar" ilə.
BAZAR YOLU
Bir məzar yoludu bu bazar yolu,
Yoxsullar bu yolla ölümə gedir.
Cibi boş, ürəyi dərd ilə dolu,
Alverə getmir ki, zülümə gedir.
İnsandı, onun da nəfsi, tamahı,
İnsandı, onun da iştahası var.
Yerdə arxası yox, göydə pənahı
Elə yeriyir ki, sanki yası var.
Evinə qayıdır əl boş, üz qara,
Nisgildən, ağrıdan, azardan gəlir.
Könül tikə-tikə, can para-para,
Xortdamış ölüdü, məzardan gəlir.
KÖNÜLSÜZ DƏRVİŞ
Yoxsul bir həsirdi, bir Məmmədnəsir,
Nə atı, nə də ki, arabası var.
Könülsüz dərvişdi düşər yollara,
Bir dəmir çarığı, bir əbası var.
Allahım, mən deyim kimə bağışla,
Bağışla, hər bəxti kəmə bağışla.
Bədbəxtə bir uçuq kümə bağışla,
Desinlər onun da xarabası var!


___________________Milli Kitabxana__________________
106
NARAZI
Neyləsin boz səhrada, dəvəsi ölmüş ərəb?
Kimi ölmüş dəvədən, kimi atdan narazı.
Biri gözündə nisgil, biri gözündə giley,
Tərs gələn, bəd gətirən bir saatdan narazı.
Fələklərə ol açan yetişmir muradına,
Olur göy üzündəki yeddi qatdan narazı.
Fikri üst-üstə düşmür oğul ilə atanın,
Zat əsildən narazı, əsil zatdan narazı.
Dözə bilmir zamanın zərbəsinə, zülmünə,
Çat ürəkdən narazı, ürək çatdan narazı.
Barmaq ilə sayılır Allahından razılar,
Hamı bir nəfər kimi bu həyatdan narazı!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin