ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə38/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   34   35   36   37   38   39   40   41   ...   94
Zelimxan Yaqub-Seirler-2022

TƏBRİZDƏN AYRILANDA
Ayrılıq anları gəldi, yetişdi,
Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!
Çox qala bilməzsən bu şəhərdə sən,
Göz yaşın olsa da göl, ay Zəlimxan!
Mən kimə yalvarım, kimə diz çöküm,
Sərhədi nə qədər dağıdım, söküm?
Başıma haranın daşını töküm,
Nə qədər bağlanar yol, ay Zəlimxan?!
Hicran sinən üstə çökər qış kimi,
Göynədər qəlbini buz baxış kimi.
Yaman qaralmısan, yağ yağış kimi,
Qara bulud kimi dol, ay Zəlimxan!
Qoyur sapandına, daş kimi atır,
Tale insanları talayır, çatır.
Elə bil dünyanın bir yanı batır,
Əldən üzüləndə əl, ay Zəlimxan!
Sevinc yanımızdan sallanıb ötər,
Yandıq Füzulidən, Sabirdən betər.
Min ildən sonra da hamıya yetər,
Boldu həsrətimiz, bol, ay Zəlimxan!
Vaxt çatır, zamanın səbri daralır,
Gedənin gözündə dünya qaralır.
Ayrılıq gələndə solur, saralır,
Çəmən, ay Zəlimxan, çöl, ay Zəlimxan!
Yenə gözündə yaş, qəlbində kədər,
Gəlişin hədərmiş, gedişin hədər.
Sənin ki dərdin var bir Təbriz qədər,
Niyə yaşayırsan, öl, ay Zəlimxan!
Təbriz, iyul,1992


___________________Milli Kitabxana__________________
97
İLAHİ
Bir millətdi, bir torpaqdı, bir Vətən,
O tay nədir, bu tay nədir, İlahi!
Hər tərəfə pay veriblər həsrəti,
O pay nədir, bu pay nədir, İlahi!
Eyni bağdı, eyni bağça, eyni bar,
Eyni sazdı, eyni kaman, eyni tar.
Ortalıqda dəmir hasar, lay divar,
O lay nədir, bu lay nədir, İlahi!
Üstümüzdən acı yeltək əsən kim?
Kəsilən biz, kəsdirən kim, kəsən kim?
Aman, qardaş, de, mən kiməm, de, sən kim?
O hay nədir, bu hay nədir, İlahi!
Millətə bax, dəmir tordan boylanır,
Diri evdən, ölü gordan boylanır.
Yeddi burdan, yetmiş ordan boylanır,
O say nədir, bu say nədir, İlahi?!
Hansı başdı, hansı bədən, bilinməz,
Paralansa, varmı Vətən, bilinməz.
Orda ölən, burda itən bilinməz,
O vay nədir, bu vay nədir, İlahi!
Bay olmasın, qarı düşmən bay oldu,
Çox ömürlər nisgillərə pay oldu.
İki yanda göz yaşımız çay oldu,
O çay nədir, bu çay nədir, İlahi!
Bu söhbəti ortalığa kim salıb?
Bu həsrəti ortalığa kim salıb?
Bu zilləti ortalığa kim salıb?
O tay nədir, bu tay nədir,
İlahi! O dərd nədir, bu vay nədir, İlahi!
Təbriz, iyul, 1992


___________________Milli Kitabxana__________________
98

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin