ZəLİmxan yaqub seçİLMİŞ


BAKIDAN GƏLMİŞƏM, ŞƏHRİYAR BABAM



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə39/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   35   36   37   38   39   40   41   42   ...   94
Zelimxan Yaqub-Seirler-2022

BAKIDAN GƏLMİŞƏM, ŞƏHRİYAR BABAM
Üzünü heç zaman görəmmədiyin,
Bircə çiçəyini dərəmmədiyin,
Qoşa qapısından girəmmədiyin
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
İllərlə qovrula-qovrula qaldın,
Aylarla qıvrıla-qıvrıla qaldın,
Bakının üzünü görə bilmədin.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Kəlbəcər nəfəsli Göyçə diləkli,
Naxçıvan qeyrətli, Gəncə ürəkli,
Borçalı ətirli, Xəzər havalı,
Qarabağ nisgilli, Şuşa davalı
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Özümüz çatmadıq səs çatan yerə,
Nur gələn, Ay doğan, Gün batan yerə.
Bu gün baş qoymuşam sən yatan yerə,
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Vurğun məzarıyam, Sabir qəbriyəm,
Cavid dözümüyəm, Cavad səbriyom.
Ana ağısıyam, şəhid qanıyam,
Ağrılı fikirlər burulğanıyam!
Bizim başımızı yaman qatdılar,
Bizi zaman-zaman çox aldatdılar.
Vaxtında hayma çata bilmədik,
Toyuna, vayına çata bilmədik.
Əzrayıl yollarda gecikəydi kaş,


___________________Milli Kitabxana__________________
99
Səni əlimizdən aparmayaydı!
Şəhriyar ölümü Azərbaycanın
Başında tufanlar qoparmayaydı!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Gecikən gəlişin, gedişin ağır.
Üzdən dərd tökülür, gözdən qəm yağır.
Ayıran zalımdı, ayrılan fağır,
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Sevinclə gəlmişdim bura gələndə,
Gedirəm, özümlə dərd aparıram.
İçərim doludu ağrı-acıyla,
Ay ustad, belə də ölüm olarmı?
Ay ustad, belə də zülüm olarmnı?
Min yol torpağından öpmək yerinə
Bircə yol üzündən öpə biləydim!
Qəbrinə göz yaşı səpmək yerinə
Başına gül-çiçək səpə biləydim!
Bax, onda deyərdim indi mən mənəm!
Bütün ölümlərə meydan oxuyub,
Bütün ölüləri dirildən mənəm!
Gör bir nə gündəyəm, bu görüşə də
Şükür söyləyirəm, şükür deyirəm.
Açır qanadını görüş dəmləri,
Həsrət dizlərini bükür deyirəm.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Dərin dərələrə torpaq doldurub,
Qayalı dağları düz eləmişəm.
Tikanlı məftillər əritmək üçün
İsti nəfəsimi köz eləmişəm.
Tilsimlər sındırıb, qıfıllar açıb
Polad dirəkləri mum eləmişəm.


___________________Milli Kitabxana__________________
100
Yolumda dikələn daşları belə
Əzib tikə-tikə qum eləmişəm.
Qəzəbim yığılıb yumruqlarıma,
Dilimi dişimə sıxıb gəlmişəm.
Min ilə bərabər yüz səksən illik
Bir həsrət dağını yıxıb gəlmişəm.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Ağsaçlı Şəhriyar qulluğundadı,
Saçları qapqara şəvə Zəlimxan!
Bu gün səcdədədir, ziyarətdədir,
Baba Şəhriyarı nəvə Zəlimxan!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!!!
Təbriz, avqust, 1992
İTKİ-QAZANC
Səsi qulaqdan itirdik,
Sözü dodaqdan itirdik.
Suyu bulaqdan itirdik,
Közü ocaqdan itirdik.
Gəldik itirə-itirə,
Bir az Vətəndən itirdik,
Bir az torpaqdan itirdik.
Gözümüzü açıb gördük
Qəzəb, nifrət qazanmışıq.
Bir-birimizi yemək üçün,
Kin-küdurət qazanmışıq.
Həm köləlik, təslimçilik,
Həm əsarət qazanmışıq.


___________________Milli Kitabxana__________________
101
Yarı illət, yarı zillət,
Yarı töhmət qazanmışıq.
Xəstə sevgi, ölü həsrət,
Yetim millət qazanmışıq.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin