ZəLİmxan yaqub seçİLMİŞ


SƏN ALLAH, DİLİNƏ QEYBƏT GƏTİRMƏ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə52/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   48   49   50   51   52   53   54   55   ...   94
Zelimxan Yaqub-Seirler-2022

SƏN ALLAH,
DİLİNƏ QEYBƏT GƏTİRMƏ
Ulduzdan danışaq, Aydan danışaq,
Çeşmədən, dənizdən, çaydan danışaq,
Sevgidən, sevincdən, toydan danışaq.
Palıd qətiyyətli oğullar görüb,
Çinartək ucalan boydan danışaq,
Sən allah, dilinə qeybət gətirmə!
İşığam, sən məni zülmətə çəkmə,
Aşkaram, sən məni xəlvətə çəkmə.
Ayna ürəyimi, duru könlümü
Kinə, küdurətə, nifrətə çəkmə,
Sən allah, dilinə qeybət gətirmə!


___________________Milli Kitabxana__________________
133
Əlvan çiçəklərin baxışına bax,
Çəməndə güllərin naxışına bax.
Günəşin tərtəmiz şəfəqlərinə,
Buludun dumduru yağışına bax.
Yağışdan təmizlən, Günəşdən durul,
Sən allah, dilinə qeybət gətirmə!
Məğrur sarayları yıxdı, dağıtdı,
Yurdun axırına çıxdı, dağıtdı.
Qeybət ürəkləri sıxdı, dağıtdı,
Sən allah, dilinə qeybət gətirmə!
Hər könül mülkündən bir sərvət gətir,
Ruzu, qismət gətir, bərəkət gətir.
Yerdən genişlik al, göydən ucalıq,
Dinəndə, dilinə təravət gətir,
Amandı, dilinə qeybət gətirmə.
21 mart 2000


___________________Milli Kitabxana__________________
134
Füzuli heyrəti,
Sabir qeyrəti
NİZAMİ DÜNYASI
Ağlın genişliyi, qəlbin səsidir,
Varlığın ən böyük xəritəsidir.
Fikrin qollarıyla qucub cahanı,
Beş əsər dünyanın beş qitəsidir!
Könül dünyasında söz heykəlləşər,
Yayınmaz gözlərdən nə xeyir, nə şər.
Minlərlə xəzinə doldu, boşaldı,
"Sirlər xəzinəsi" tanıyır bəşər!
Saralmaz bağçası xəzan əlində,
Pozulmaz nizamı pozan əlində.
Tilsimlər, əfsunlar sındıran qələm
Hər şeyə qadirmiş yazan əlində!
Fərhad məhəbbətdə dünyada təkdi,
Şirinin rəsmini daşlara çəkdi.
Nizami şerindən söhbət açmağa
Allah ucalıqda şair gərəkdir!
Yandı söz adlanan gur ocaq üçün,
Eşqi çiçəkləndi bu torpaq üçün.
Yeddi şair ömrü çatmaz bəlkə də,
Tək "Yeddi gözəli" yaratmaq üçün!
Tanrısı ölümsüz təbiət oldu,
Qəlbində tükənməz min hikmət oldu.
Gecələr ulduzla dindi, danışdı,
Gündüzlər Günəşlə həmsöhbət oldu!


___________________Milli Kitabxana__________________
135
Üzdü, inciləri dərində tapdı,
Fikri məqamında, yerində tapdı.
İsgəndər axtaran "abi-həyat"ı,
Nizami sözündə, şerində tapdı!
Kolamı alışıb yandı zor kimi,
Böyüdü dünyası üfüqlər kimi.
Batmadı əsrlər qaranlığında,
Parladı on aydın şəfəqlər kimi!
Sirdaşdır qocaya, gəncə Nizami,
Nizami Gəncədir, Gəncə Nizami!
Əyləşib dahilər səltənətində
Bütün şairlərdən öncə Nizami!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin