ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə55/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   51   52   53   54   55   56   57   58   ...   94
Zelimxan Yaqub-Seirler-2022

MƏHƏMMƏD FÜZULİYƏ
Ey Füzuli! Eşqin yenə məclisimə tam gətirib,
Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.
Muradın şəmi yanmazmı, bu şamı yandırmaq üçün,
Beş yüz ildən sonra gəlib, Tanrı özü şam gətirib.
Köhnə sözün, qədim sözün təzələrdən təzə qalıb,
Ulu sözün əyyamına yeni bir əyyam gətirib.
Yer üzünün şairləri ətrin ilə gözəlləşib,
Bir gülü Şəhriyar dərib, bir gülü Xəyyam gətirib.
Bu gün səni neçə-neçə sevən gəlib, duyan gəlib,
Adına salavat çəkib, ruhuna salam gətirib.
Ziyarətə gedən kəslər geyər ehram paltarını,
Bizi yenə ziyarətə söz adlı ehram gətirib.
Zəlimxan da eşqin ilə dönüb bu gün Məcnun olub,
Dərgahına könül dolu hörmət, ehtiram gətirib.


___________________Milli Kitabxana__________________
140
GÖRÜŞ-AYRILIQ
Səndən xatircəməm, Füzuli babam,
Qəbrinin daşından öpüb gedirəm.
Gözümün yaşını çiçəklər kimi
Məzarın üstünə səpib gedirəm.
Kim deyir məzarın dağılıb sənin,
Kim deyir torpağın külə çevrilib.
Ən yaxın həmdəmsən İmam Hüseynə,
Nəfəsin çiçəyə, gülə çevrilib.
Milyonlar doğulur, milyonlar gedir,
Hamı belə yerdə uyumur, babam!
Düz beş yüz ildir ki, xalqın, millətin,
Sənə məhəbbəti soyumur, babam!
Kərbəla taleli, Körkük haraylı,
Nəcəf xatirəli ustadım mənim.
Min dağı qoparıb bir dırnağilə
Söz dağı ucaldan Fərhadım mənim.
Süzülə-süzülə sözə çevrilib,
Əriyə-əriyə qəlbin şəm oldu.
Səhrada Məcnuna qurduğun saray
Bütün saraylardan möhtəşəm oldu!
Dünyaya gələndən dünya şerinin
Ağrı damarısan, ah damarısan.
Bir qəlbin içində yerləşir bəşər,
O qəlbin, ürəyin şah damarısan!
Ömür bağışladın, ölməz elədin,
Leyli də, Məcnun da yaşar sinəndə.
Zamandan-zamana axar, dayanmaz,
Dəclə də, Fərat da daşar sinəndə!


___________________Milli Kitabxana__________________
141
Gəzdiyin yerləri gəzdim, dolandım,
Yatdığın torpaqda yata bilmədim.
Şöhrətin o qədər yüksəklərdədir,
Bircə pilləsinə çata bilmədim!
Təzə pöhrəsiyəm Azərbaycanın,
Sözün sünbülündə dənəm, ay ustad!
Vidadi xəstədən Bağdad elinə
Nişanə yetirən mənəm, ay ustad!
Gecəli-gündüzlü yollarda qalıb,
Neçə yol düşsəm də bərkə, çətinə,
Məni qovuşmağa qoymadı eşqin,
Axır ki, qovuşdum məhəbbotinə!
Mən indi bildim ki, Bakıyla Bağdad,
Onda bir-birinə həsrət deyilmiş.
İndi bizim üçün qürbətə dönüb,
O zaman bu yerlər qürbət deyilmiş!
Təbrizə, Hələbə, Bağdada, Şama,
Nə qədər köç gedib, axın olubdu.
İndi yaxınları uzaq salmışıq,
O zaman uzaqlar yaxın olubdu!
Sevgini ən dadlı bir şərbət kimi
Bütün nəsillərə içirən babam.
Ərəbin dərdini türkün dilində
Dünyanın qəlbinə köçürən babam!
Baş əyib ölümsüz misralarına,
Qəbrinin daşından öpüb gedirəm!
Gözümün yaşını çiçəklər kimi,
Məzarın üstünə səpib gedirəm!!!
Kərbəla, sentyabr, 1994


___________________Milli Kitabxana__________________
142

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin