ZəLİmxan yaqub seçİLMİŞ


KİMDİ SƏNİ BU QAPIDAN BURAXAN



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə51/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   47   48   49   50   51   52   53   54   ...   94
Zelimxan Yaqub-Seirler-2022

KİMDİ SƏNİ BU QAPIDAN BURAXAN
Bir nazirliyin qapısında gözünün yaşını yağış kimi yağdıran qoca bir kişi
gördüm. Şikayəti Allahın yanına çıxsa da, yuxarıda oturanın yanına çıxa bilmirdi.
Bu qapıdan yollar gedir, ay qoca,
Süd arxından qollar gedir, ay qoca.
Zər daşınır, pullar gedir, ay qoca,
Kimdi səni bu qapıdan buraxan?
Bu bazarda nə işi var lütlərin,
Yeri deyil "maymaqların, kütlərin".
Qulluğunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?
Bu qapının gədələri bəylənər,
Kişiləri harınlaşar, səylənər.
Gündə burda neçə karvan əylənər,
Kimdi səni bu qapıdan buraxan?
Nə olsun ki, qəlbin qəmnən oyuqdu,
Nə olsun ki, bəxtin batan qayıqdı.
Görmürsənmi, mərmər buzdan soyuqdu,
Kimdi səni bu qapıdan buraxan?
Sünbül elə, dənnən keçir dərdini,
Tanrıya bax, dinnən keçir dərdini.


___________________Milli Kitabxana__________________
130
Bura gəlmə, gennən keçir dərdini,
Kimdi səni bu qapıdan buraxan?
Düyməsi var, tilsimi var, zəngi var,
Bir deyil ki, yetmiş yeddi rəngi var.
Talelərlə qovğası var, çəngi var,
Kimdi səni bu qapıdan buraxan?
Ağlar gəlib, ağlar qalıb gedən var,
Dağəridən, daşüyüdən bədən var.
Cangüdənin özünü də güdən var,
Kimdi səni bu qapıdan buraxan?
Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var.
Kimdi səni bu qapıdan buraxan?
Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətlə qəsdi var
Kimdi səni bu qapıdan buraxan?
Get özünə ayrı iş tap, ay qoca,
Ayrı dil tap, ayrı diş tap, ay qoca.
Xaçpərəst ol, bir keşiş tap, ay qoca
Kimdi səni bu qapıdan buraxan?
MƏRDİMİZ - DƏRDİMİZ
Qurd yedi, taladı bu ağacları,
Nə qədər ağac var qurdun içində.
Çaqqal var, tülkü var, it var, pişik var,
Didir bir-birini yurdun içində.
Kökünü qazıdı dərd adamların,


___________________Milli Kitabxana__________________
131
Nə qədər adam var dərdin içində.
Həyatdan küsən var, candan bezar var,
Nə qədər ağrı var, dərd var, azar var,
Kimsəsiz ölü var, qərib məzar var.
Mərdin sinəsini açın, göstərin,
Nə varsa, aydınca görəcəksiniz,
Nə varsa, yer salıb mərdin içində!
AĞRI
Üstümə gələn şikayətçilərə
Ürək ndir, zərif tel, incələrin incəsi,
Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi.
Hər gün üzünə durur həyatın işgəncəsi,
Səni necə qurtarım ağrıların əlindən?
Fikrində ümid yeri, gözündə yaş gəlirsən,
Ürəyində qəm yükü, bağrında daş gəlirsən.
Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən,
Səni necə qurtarım ağrıların əlindən?
Yol dolaşıq, cığır dar, zaman çətin, vaxt ağır,
Əngəllərin əlində qalmısan mağmın, fağır.
Baxışından üstümə qalaq-qalaq qar yağır,
Səni necə qurtarım ağrıların əlindən?
Torpağın yad əlində, özün çadırda əsir,
Ayaz vurur, qar döyür, şaxta vurur, qar kəsir.
Hər kəs öz ocağına, öz evinə tələsir,
Səni necə qurtarım ağrıların əlindən?
Üzün payız yarpağı, alnın qırış-qırışdır,
Qəlbin qəmlər əlində gah küsdü, gah barışdı.
Ağladın, göz yaşların göz yaşıma qarışdı,
Səni necə qurtarım ağrıların əlindən?


___________________Milli Kitabxana__________________
132
Dodağım yandıran haraydımı, ündümü?
Kərpic-kərpic sökülən ömürdümü, gündümü?
Bu bulanlıq suları durultmaq mümkündümü?
Səni necə qurtarım ağrıların əlindən?
Allahı çağırırsan, eşqin Allaha çatmır,
Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır,
Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır,
Səni necə qurtarım ağrıların əlindən?
Nə şaham, nə Allaham, nə peyğəmbər, nə sultan,
Qəlbindən keçənləri yaratmağa yox imkan.
Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan,
Səni necə qurtarım ağrıların əlindən?
Sən millətin övladı, mən millətin vəkili,
Ürəyim cadar-cadar, yuxum ərşə çəkili.
Əlim göyə uzalı, gözüm göyə dikili,
Səni necə qurtarım ağrıların əlindən?
26 noyabr 2000

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin