YELDAĞI HAQQI
Qocaman Borçalıda dağlar qoynunda Kəpənəkçi adlı bir qoca kənd var.
Məni dünyaya gəlirən bu kənddə sökəkli "Yeldağı " adında bir ziyarət dağı var.
Neçə yüz illərdir ki, bu kəndin camaatı and içəndə "Yeldağı haqqı" deyib, onun
başına and içir. Müqəddəs arzulara qovuşmaq üçün onun ətəyində ziyarət daşının
yanında qurbanlar kəsirlər.
Adını dilimdə and eləmişəm,
Sözünü dilimdə qənd eləmişəm.
Ömrümü ömrünə bənd eləmişəm,
On ilin, yüz ilin söhbəti deyil,
Mən onu min ildi kənd eləmişəm.
Mən ondan doymaram, Yeldağı haqqı.
Borçalı ürəkdi, baş Kəpənəkçi,
Borçalı tarixdi, yaş Kəpənəkçi,
Borçalı üzükdü, qaş Kəpənəkçi.
Qaşın özünü yox, tozunu belə
Heç kəsə qıymaram, Yeldağı haqqı.
Oduna, közünə, hissinə qurban,
Dumanına qurban, sisinə qurban.
Yaxşılar qibləmdi, qibləgahımdı,
Əgər pisi varsa, pisinə qurban.
Şeytana uymaram, Yeldağı haqqı.
___________________Milli Kitabxana__________________
124
Hələ təzə-təzə açılır qatı,
Dərindir yaddaşı, xalisdir zatı.
Gecəsi nağıldı, axşamı dastan,
Sevgisi dilimdə qoşma, bayatı.
Onun barəsində min kitab yazam,
Döşümə döymərəm, Yeldağı haqqı.
Getdim Çin səddinə, mənimlə getdi,
Peyğəmbər doğulan bir məmləkətə,
Məkkə sərhədinə mənimlə getdi.
Kəbənin içində adını çəkdim,
Ucalıq həddinə mənimlə getdi.
Onsuz keçirdiyim vaxtı, vədəni,
Ömürdən saymaram, Yeldağı haqqı.
Əlimdə silahdı, sinəmdə sipər,
Qanımda qeyrətdi, canımda təpər.
Onu qorumağa, əzizləməyə,
Gözüm göz muncuğu, kirpiyim çəpər,
Çopur qayasını, qara daşını
Gözümdən qoymaram, Yeldağı haqqı.
Gül kimi açılmış bənizim olar,
Damlası böyüyüb, dənizim olar.
Qayıdıb Allahın yoluna gələr,
Pisi də çevrilib əzizim olar.
Kimsə bir daş atıb xətrinə dəysə,
Sancaram başına Kəpənəkçinin,
Xətrinə dəymərəm, Yeldağı haqqı.
Ölümü, əcəli qoymaram yaxın,
Bez-kəfən geymərəm, Yeldağı haqqı.
Min il də hüsnünə nəğmələr qoşsam,
Ulu görkəmindən, tamaşasından,
Doymaram, doymaram, Yeldağı haqqı!!!
1 fevral 2005
___________________Milli Kitabxana__________________
125
Dostları ilə paylaş: |