ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə27/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   23   24   25   26   27   28   29   30   ...   94
Zelimxan Yaqub-Seirler-2022

GÖZÜMƏ AZ DƏYİR
QARAPAPAQLAR
Hər dəfə şəhərdən kəndə dönəndə
Üzür ürəyimi bir nigaranlıq.
Baxıram, özümə yazığım gəlir,
Duyuram, qəlbimə çökür qaranlıq.
Yorğun xəyalıma gör nələr düşür,
Dünənə qayıdıb fikrim bir anlıq.
Ağır yerişindən yer ləngərlənən,


___________________Milli Kitabxana__________________
65
Hanı o qaməti, duruşu şaxlar,
Göyəmi çəkilib bin-bərəkəti,
Gözümə az dəyir qarapapaqlar!
Mən papaq deyəndə - ata yurduna
Sonsuz sədaqəti salıram yada.
Ana-bacılara ər vəfasını,
Namusu, qeyrəti salıram yada.
Necə sevinərdik kişi görəndə,
Papağa hörməti salıram yada.
Baxardıq dağların zirvəsi kimi
Hər kimin saçında görünəndə qar.
Oynamır qamçısı, kişnəmir atı,
Gözümə az dəyir qarapapaqlar!
Nağıl yaraşıqlı, dastan şırğalı,
Bayatı ətirli söhbət istərəm.
Kişi təpərindən, ər nəfəsindən
Qəlbimə, ruhuma qüvvət istərəm.
Müqəddəs sayılan el adətinə
Əzəli, əbədi hörmət istərəm.
Böyüksüz ocağın, böyüksüz evin
Təməli dağılar, özülü laxlar.
Varlana-varlana yoxsullaşırıq,
Gözümə az dəyir qarapapaqlar.
Cavanlar dağılıb, qocalar köçüb,
Yoxsul görməmişdim bu kəndi belə.
Toylar, toyxanalar uşaq yığnağı,
Kişilər nə yaman tükəndi belə.
Qəlbimdə dədələr həsrəti ki var,
Mənim də qəddimi bükəndi belə.
Aylar da, illər də düzülər səfə,
Gün gələr qocalıq məni də haqlar.
Bizi nə gözləyir, onu bilmirəm,
Gözümə az dəyir qarapapaqlar!


___________________Milli Kitabxana__________________
66
Gör-götür dünyası göstərib bizə,
Elin başbiləni başda tac olub.
Sağlam toxum kimi düşüb torpağa,
Hər sözü bar verən bir ağac olub.
Əsil ağsaqqala, ağsaqqallığa
Nəsildən-nəsilə ehtiyac olub.
Oğullar görmüşəm bir kəndin deyil,
Çiynində mahalın yükünü saxlar.
Aqil babalarım, de, hardasınız?
Gözümə az dəyir qarapapaqlar!
Uzağa düşəndə süddən, sümükdən,
Bir xalqın həyatı tükənə bilər.
Canında məhəbbət, gözündə heyrət,
Dilində bayatı tükənə bilər.
Bəmində laylası yadına düşməz,
Zilində "Heyratı" tükənə bilər.
Özünü tanımaz, özgəni görməz,
Qəlbi gen olarmı düşüncəsi dar?
Döyünün, çırpının, böyük ürəklər,
Gözümə az dəyir qarapapaqlar!
YAŞA
Buna ömür neyləsin,
Daş olsa da, dayanmaz.
Buna dəmir neyləsin,
Oğulsan, arzuların
Arxasınca çat, yaşa!
Milləti rüşvət yedi,
Xalqı siyasət yedi.
Haqqı xəyanət yedi,
Oğulsan, bu dərdləri,
Dağ boyda namərdləri
Kürəyindən at, yaşa!


___________________Milli Kitabxana__________________
67
Yerə verilən - zəhər,
Tağdan dərilən – zəhər.
Hər gün dirilən - zəhər.
Oğulsan, bu zəhəri
Çörəyinə qat, yaşa!
İçimizi çürüdən
Qurd olar, bu boyda yox!
Torpağımız yadlara,
Yurd olar, bu boyda yox!
Dərmanı tapılmayan
Dərd olar, bu boyda yox!
Oğulsan, bu həyatda
Yaxşı bir həyat yaşa!
Sənin ki qismətinə
Bu qədər ağrı çıxdı.
Bu qədər quldur-qaçaq,
Bu qədər oğru çıxdı.
Nə qədər yalançı var,
Nə qədər talançı var,
Nə qədər palançı var,
Yaşa, ey dəli könlüm,
Hər gün narahat yaşa!
QƏRİBLƏR
Bizə ayrı düşmək haqdan əmirdi,
Yeddi il dediyin xeyli ömürdü.
Məgər mənim canım daşdı, dəmirdi,
Ana mən Qəribəm, Qəribəm, Qərib.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin