BİR GÖZƏL ÖLDÜRDÜ MƏNİ
Qəfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
Səfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
İncə ruhnan, şirin səsnən,
Göz baxışnan, od nəfəsnən.
Alov dilli bir həvəsnən,
Bir gözəl öldürdü məni.
Döndü gülün butasına,
Saldı gözün xatasına.
Xəbər verin atasına,
Bir gözəl öldürdü məni.
O xəznədar, mən bir sayıl,
Baxdım, oldum hayıl-mayıl.
Nə Allahdı, nə Əzrayıl,
Bir gözəl öldürdü məni.
Qəlbi kaman, dili neymiş,
Aman Tanrım, bu qız nəymiş?
Gözəl ölmək gözəl şeymiş,
Bir gözəl öldürdü məni.
ÇƏKƏR
Görüş var, bir ömrü versən də azdır,
Görüş var, getməyə adam can çəkər.
Görüş var, şadlığı sığmır illərə,
Görüş var, fərəhi bircə an çəkər.
Yaşasan ən şirin arzuyla, kamla,
Sevincin sel olar, dərdinsə damla.
Ürəkdən verilən xoş bir salamla
Əli əl isidər, qam qan çəkər.
___________________Milli Kitabxana__________________
56
Ayrılıq həyatda hər şeydən çətin,
Min bir əzabı var bir məhəbbətin,
Gəlməsən yandırar məni həsrətin,
Gələrsən, nazını Zəlimxan çəkər.
NİFRƏTƏ ÇEVİRMƏ
MƏHƏBBƏTİMİ
Ucadı zirvəmiz, qoy uca qalsın,
Endirmə yerlərə, göy uca qalsın.
Qəddi bükülməsin gəncliyimizin,
Göz nurlu, can odlu, boy uca qalsın,
Nifrətə çevirmə məhəbətimi!
Sevilən dünyanı yeddi qat sevir,
Həyatı sevəni bu həyat sevir.
Daş atma gözünə duru suların,
Sevgi bir balaca ehtiyat sevir,
Nifrətə çevirmə məhəbbətimi!
Sevdim Allah verən boyu, buxunu,
Çəkdim ciyərimə ətri, qoxunu.
Bir acı təəssüf, bir köntöy baxış,
Tərsinə fırladır yerin oxunu,
Nifrətə çevirmə məhəbbətimi!
Duyğular susanda can şikəst olar,
Ruh yorğun düşəndə ürək süst olar.
Cənnət cəhənnəmə çevrilən günü,
Göy baş-ayaq düşər, yer alt-üst olar,
Nifrətə çevinnə məhəbbətimi!
Su kimi durulub sevmişəm səni,
Oxlanıb, vurulub sevmişəm səni.
Göydən almamışam hədiyyə kimi,
Yollarda yorulub sevmişəm səni,
Nifrətə çevirmə məhəbbətimi!
___________________Milli Kitabxana__________________
57
Dostları ilə paylaş: |