ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə47/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   43   44   45   46   47   48   49   50   ...   94
Zelimxan Yaqub-Seirler-2022

TORPAQ YANĞISI
Çıxışlarının birində Rauf Tənktaş dedi: "Bir gün Yasir Ərəfat mənə söylədi ki,
Rauf bəy, sən məndən xoşbəxtsən. Sənin Türkiyən var, mənim də bir Türkiyəm
olsaydı, mən bu acıları çəkməzdim. Sən basdırılanda torpağın var, mənim
basdırdacaq yerim də yoxdu. Bizim şəhid qəbiristanlıqlarını İsrail şumlayıb, izini
itirib. Sizin şəhidlərinizin məzarı başında türk əsgəri durur". Ərəfat deyən oldu,
onu arzuladığı müqəddəs yerdə - Qüdsdə dəfn olunmağa qoymadılar.
"Sözü at yiyəsinə, özü götürəcək", - deyirlər. Bu fikir məni göyüm-göyüm
göynətdi. Doğulduğu torpaqda ölmək xoşbəxtliyi taleyinə yazılmayan Qarabağsız
qarabağlıları, elini itirmiş eloğlularımı göz yaşları içində xatırladım.


___________________Milli Kitabxana__________________
121
Bircə gün üzünə gülmədi həyat,
Əlli il döyüşdü Yasir Ərəfat.
Yollar yeriməkdən yol qabar oldu,
Azadlıq deməkdən dil qabar oldu.
Yorulmaq bilmədi Vətən deməkdən,
"Hanı insaf", - dedi, "hanı din", - dedi.
Səsi yetişmədi kar qulaqlara,
"Fələstin" - söylədi, "Fələstin" - dedi.
Dil açıb dinəndə dili titrədi,
Əlini tərpətdi, əli titrədi.
Düşdü qapı-qapı qürbət ellərə,
Üzündə həsrətin yeli titrədi.
Onu qoymadılar dövlət olmağa,
Qaldı gözlərində bayraq yanğısı,
Dəldi ürəyini torpaq yanğısı,
Deşdi kürəyini torpaq yanğısı.
Bədbəxt yer üzünə qədəm basanda,
Doğulur, yatmağa beşiyi olmur.
Küməsi dağılır, koması uçur,
Bir yurdu, bir evi, eşiyi olmur.
Ayaq var, geyməyə ayaqqabı yox,
Baş var, geyinməyə papağı yoxdur.
Allahın altında bir qarış yeri,
Əkməyə bir ovuc torpağı yoxdur.
Bədbəxtlik bədbəxtin başından basır,
Qara gün özündən qabaq doğulur.
Müqəddəs analar məndən küsməsin,
Bədbəxt doğulanlar nahaq doğulur.
Dodağı qurusa, su verən olmur,
Gözünü göynədir bulaq yanğısı.
Taleyi üzünə gülməyən kəsin
Yandırır canını torpaq yanğısı.
Torpağı əlindən gedən kimsələr,
Min il yaşasa da, mənası yoxdu.
Ocağı alışmaz, Günəşi doğmaz,
Dünya var, dünyada dünyası yoxdur.


___________________Milli Kitabxana__________________
122
Məzarı yad yerdə qazılanların,
Əvvəli olsa da, sonrası yoxdu.
Çox olar yetimə gəl-gəl deyənlər,
Çörək verənlərin sayı az olar.
Qazancı qapazdı, yediyi yumruq,
Tanınmaq istəyər, tanınmaz olar.
Arxası olmayan millətə yazıq!
Meydanda tək qalan qeyrətə yazıq!
Vətən deyiləndə Vətənsiz bilər,
Nədir dil yanğısı, dodaq yanğısı.
Hamının canında torpaq eşqi var,
Hamının canında torpaq yanğısı!!!
Arxalı köpəklər səs-səsə verdi,
Cumdu irəliyə qurd basa-basa.
Günbəgün çoxaldı xarabalıqlar,
Yurdunu aldılar yurd basa-basa.
Budur yağıların fikri, niyyəti.
Haqqını deməyə haqqın çatmasın,
Ağzın qıfıllansın, mumlansın gərək.
Şəhid məzarından əsər qalmasın,
Kotanlar ağzında şumlansın gərək
Nə böyük dəhşətdi, nə böyük ağrı,
Gözün görə-görə torpağın gedə,
Səni basdırmağa torpaq olmaya.
Ağacın quruya, suyun kəsilə,
Üstündə kölgəlik, bulaq olmaya.
Nahaqqın əlində oyuncaq olub,
Haqqına can atan bu haqq yanğısı.
Bu gün yer üzündə bircə yanğı var,
Torpaq yanğısıdı, torpaq yanğısı.
Torpağın yoxdursa, əl üz həyatdan,
Doğulma, böyümə, yaşama, ölmə!
Dünyadan getməyə yerin yoxdusa,
Başını ağrıdıb dünyaya gəlmə.
Gəldinsə, qurtardı, axırın itdi,
Yağış yağmayacaq, nur yağmayacaq,
Hər gün daş yağacaq daşının üstə.


___________________Milli Kitabxana__________________
123
Qarğa qarıldayıb, bayquş ötəcək,
Yarasa gəzəcək başının üstə.
Ağırdı zamanın, vaxtın şərtləri,
Bilirəm, bilirəm mən bu dərdləri.
Çoxdan tanıyıram bu alçaqları,
Çoxdan tanıyıram bu namərdləri.
Torpaq itirənin biri də mənəm,
Yandırır əlimi varaq yanğısı.
Bu gün mən özüm də başdan-ayağa
Torpaq yanğısıyam, torpaq yanğısı.
İstanbul, Alatürk köşkü. 13 noyabr 2004

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin