7212
ZEMFİRA HACIYEVA
QARABAĞ XANLIĞI:
SOSİAL-İQ I'İSADİ MÜNASİBƏTLƏR
VƏ DÖVLƏT QIJRULIJŞU
AMEA A.A.Bakıxanov adma
Tarix tnstitutu nozdindo yaradıIm ış
Dissertasiya Şurasınm qorarı ilə
çap olunur,
imi i ^ t p u b l i k a a ı
P r e ı l d B n t l n l n
P R E Z I D E
T A B X A N A S I
«TÜHSİL»NƏŞRtYYAl'l
BAKI - 2007
K B T 6 3 .3 {C ^ ^ .X
r Vv!
Elmi redaktorlar:
Yaqub Mahmudov
əməkdar elm xadimi, tarix elmləri doktoru,
professor
Tofiq Mustafazadə
tarix elmləri doktoru, professor
Rəyçilər:
VaqifPiriyev
tarix elmləri doktoru, professor
Bəhruz Abdullayev
tarix elmləri doktoru, professor
H 33
Zemfıra Hacıyeva. Qarabağ xanlığı: sosial-
iqtisadi münasibətlər və dövlət quruluşu.
Bakı: «Təhsil», 2007, 254 səh.
Monoqrafiyada Azərbaycan
xanlıqları arasmda özünə-
məxsus yeri olan Qarabağ xanlığmın sosial-iqtisadi tarixi, dövlət
quruluşu, şəhər təsərrüfatı, aqrar münasibətlər və elmi içtimaiy-
yətə az məlum olan bir sıra digər məsələlər işıqlandırılmışdır.
Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
TT 1805080000 „n#V7
H
-------— -------
2007
© «Təhsil», 2007
G İ R İ Ş
X X əsrin axirlarında dövlət müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçiliyini möhkərn-
ləndirmək, müstəqilliyini daimi etmək üçün dövlətçilik tarixinin
və ənənələrinin yenidən öyrənilməsinə böyük zərurət duyur.
Bunun başlıca səbəbləri ötən dövrlərdə buraxılmış bağışlanılmaz
səhvlərin yenidən təkrarlanmasına imkan verməmək, dövlət qu-
ruculuğunda varisliyi qorumaq, keçmişin faydalı təcrübəsindən,
ənənələrindən yararlanmaq, tariximizin şanlı səhifələrini yeni
nəslə aşılamaq və dünya birliyinə tanıtdırmaqdır.
Tarixçilər bu gün də mübahisə edir: tarixi necə tədqiq etmə-
li? B izcə, elmi araşdırmaları dünya tarixşünaslığında geniş yayıl-
mış formada, yəni Azərbaycan xalqımn tarixi istiqamətində apar-
maq daha düzgün olardı. Çünki çoxəsrlik mövcudluğu inkar
edilməyən azəri türkləri m üxtəlif dövrlərdə və m üxtəlif coğrafi
ərazilərdə neçə-neçə dövlət qurumları yaratmışdır. Onların böyük
hissəsi tarixi Azərbaycan və bugünkü Azərbaycan Respublikası-
nın hüdudlarmı əhatə etmişdir. Zəmanəsinin möhtəşəm və qüd-
rətli siyasi-hərbi quruluşları olan bu dövlətlərlə bərabər, Azər-
baycan dövlətçiliyi tarixində xanlıqlar dövrü özünəməxsus yer
tutur. Bu dövrdə Azərbaycanda qədim dövlətçilik ənənələri bər-
pa edilmiş, m üxtəlif obyektiv və subyektiv səbəblərdən vahid
dövlət yaratmaq mümkün olmasa da, xalqımızm sosial-iqtisadi və
mədəni inkişafı üçün münbit şərait yaradılmışdır. İri, qüdrətli
dövlətlərin əhatəsində olan xanlıqların öz müstəqilliyi və ərazi
bütövlüyü uğrunda apardığı mübarizə Azərbaycan tarixinin ən
şanlı səhifələrindəndir. M əhz buna görə xanlıqlar dövrü tarixinə
diqqət son zamanlar xeyli artmışdır. Müstəqillik illərində Bakı,
Şəki, Naxçıvan, Gəncə, İrəvan və Cənubi Azərbaycandakı
xanlıqların tarixinə həsr edilmiş çoxsaylı tədqiqatlar (19-22, 40,
62b., 98, 143) meydana gəlmişdir.
Özünün maddi və insan ehtiyatlarına, habelə hərbi-iqtisadi
qüdrətinə görə Azərbaycan xanlıqları arasında Qarabağ xanlığı
xüsusi mövqeyə malik idi. Buna görə də bu xanlığın tarixini öy-
rənmədən bütövlükdə Azərbaycan xanlıqları tarixinin obyektiv
və dolğun mənzərəsini yaratmaq çətindir. Qarabağ xanlığı tari-
xinin ayrıca mövzu kimi dərindən tədqiq edilməsi zəruriliyi
hazırda Azərbaycan Respublikasınm üzləşdiyi siyasi-hərbi prob-
lemlə də şərtlənir. Bu gün bədnam erməni qonşularımız Azərbay-
cana asi kəsilmiş bir sn-a xarici qüvvələrin yardımmdan istifadə
edərək doğma Qarabağımızı və ətraf əraziləri zəbt etmişlər.
Onların təcavüzkar siyasəti nəticəsində 1 milyondan çox insan
doğma yurd-yuvalarından didərgin düşmüşdür. Azərbaycan
Respublikası ərazisinin 20%-nin işğalmı daimiləşdirməyə, ona
qanuni don geyindirməyə çalışaraq bölgədəki separatçılar və
Ermənistandakı hakim siyasi dairələr Qarabağm tarixən Ermənis-
tanın bir hissəsi olduğunu isbatlamaq üçün siyasi-diplomatik, hər-
bi səylərlə bərabər, tarixi uydurmalara da əl atmaqdan çəkinmir-
lər. Onlarm Azərbaycana və onun əzəli torpağı olan Qarabağa
iddialarmı gerçəkləşdirmə cəhdlərinin qarşısım almaqdan ötrü
milli tarix elminə diqqət artırılmalı, tarixçilər isə Vətənin müsəl-
ləh əsgəri olmalıdırlar. Vətəndaş borcunu yerinə yetirməyə, xal-
qm əsgəri, Vətənin keşikçisi olmağa hər an hazır olmalı elm xa-
dimləri qarşısında duran vəzifələrdən biri də ermənilərin sərsəm
torpaq iddialarmın əsassız olduğunu elmi faktlarla isbatlamaq,
Qarabağ tarixini, o cümlədən Qarabağ tarixində özünəməxsus yer
tutan xanlıq dövrünü obyektiv və əhatəli tədqiq etməkdir. Biz də
bu amala öz kiçik töhfəmizi vermək qərarma gəlmişik. Lakin
xanlığm tarixi çox geniş mövzu olduğundan onu bir monoqrafl-
yada əhatə etmək mümkün deyil. M əhz buna görə problem
bütünlükdə deyil, ayrıca, yəni xanlıqda mövcud olmuş sosial-iqti-
sadi və sosial-siyasi münasibətlər mövzusu çərçivəsində araş-
dırılır.
Qarabağ xanlığmın tarixini öyrənərkən, ilk növbədə sözü-
gedən xanlıqda mövcud olmuş sosial-iqtisadi və sosial-siyasi mü-
nasibətləri, habelə onun dövlət quruluşunu və siyasi sistemini
tədqiq etmək zəruridir. Xanlığm sosial-iqtisadi münasibətlər və
dövlət quruluşunun öyrənilməsi təkcə Qarabağın deyil, ümumiy-
yətlə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanda,
habelə Qafqazda və müsəlman Şərqində mövcud olmuş sosial-
iqtisadi münasibətlərin öyrənilməsi baxımından da vacibdir.
Sözügedən xanlıqda sosial-iqtisadi münasibətlərə və dövlət
quruluşuna həsr edilmiş xüsusi tədqiqat olmasa da, mövzunun
bəzi aspektləri mövcud tarixşünaslıq əsərlərində öz əksini tap-
mışdır. Problemin tarixşünashğmdan danışarkən ilk növbədə şair,
dramaturq və nasir Həsən Əli İxfanm (1893-1972) admı çəkm ək
lazımdır. H.İxfa «Şuşanın tarixi» adlı əsərində Şuşanın bünövrəsi
qoyulduğu gündən Azərbaycanda sovet hakimiyyəti qurulana qə-
dərki dövrün tarixindən bəhs edir (32). Bu əsəri yazarkən m üəllif
daha çox xalq rəvayətlərinə və ona məlum olan «Qarabağ-
namə»lərə istinad etmişdir. M üəllifm Şuşadakı cümə m əscidi və
Mirsiyab karvansarasmdakı kitabələrin bir neçəsinin mətnini öz
əsərində verməsi də xüsusi maraq doğurur.
X X əsrin 30-cu illərinin əw əllərin d ə T.Şıxov «Qarabağ
xanlığmın iqtisadiyyatına dair» adlı bir məqalə dərc etdirmişdir.
T əəssüf ki, kitabxanalarda həmin məqaləni tapmadıq, yalnız
mərhum akademik Ə.S.Sumbatzadənin bu m əqaləyə yazdığı
rəylə tanış olaraq sözügedən məqalə haqqmda m üəyyən təsəw ü r
əldə etdik (213). Öz məqaləsində T.Şıxov, əsasən Qarabağ xanlı-
ğındakı maliyyə-vergi sistemini nəzərdən keçirmiş, habelə xan-
lar, bəylər və darğaların qarşılıqlı əlaqəsini işıqlandıraıışdır.
Ötən əsrin ortalarında Ə.Şükürzadə xanlığın dövlət qurulu-
şuna aid dissertasiya yazmışdır. T əəssü f ki, bu dissertasiyanı da
Azərbaycan və Rusiyanm kitabxanalarmdan, habelə elmi arxiv-
lərdən əldə etmək mümkün olmamışdır.
M.M.Mustafayevin iqtisad elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim etdiyi dissertasiyada problemlə bağlı bəzi
məsələləri araşdırmışdır (185). Dissertasiyada bir sıra mənbələr-
dən, ilk növbədə 1823-cü ildə tərtib olunmuş Qarabağ əyalətinin
təsvirindən, 1836-cı ildə nəşr edilmiş «Qafqazarxası rus mülkiə-
rinin icmalı»ndan gcniş istifadə olunmuş, Qarabağ xanlığmda
iqtisadiyyatm vəziyyəti tədqiq edilmişdir. Qeyd etmək lazımdır
ki, bu əsərdə o zamankı tarix elminin səviyyəsindən irəli gələn
bir sıra nöqsanlar və çatışmazlıqlar vardır. M üəllif 1823-cü ildə
Qarabağ əhalisinin etnik tərkibinin müxtəlifliyini qeyd etməklə
kifayətlənərək əhalinin etnik tərkibi haqqmda heç bir rəqəm
vermir (185, s.22). Bundan başqa, əsərdə m üəllif faktlara əsaslan-
madan xarici basqınlar nəticəsində Qarabağ xanlığmı tərk edən-
lərin çoxunun erməni olduğunu da iddia edir (185, s.22). Müəlli-
fin fıkrincə, guya «xanlığm təbii-coğrafi şəraiti xanlıqda əhalinin
təsərrüfat fəaliyyətinə mənfi təsir göstərirdi və məhsuldar
qüw ələr çox ləng inkişaf edirdi» (185, s.23). 21-ci səhifədə isə
M.Mustafayev bir vaxtlar bütün Azərbaycanm Qarabağ xanlığına
tabe olduğunu söyləyir. Daha sonra m üəllif I Şah Abbasm döv-
ründən başlayaraq Qarabağm inzibati-siyasi cəhətdən ayrı-ayrı
məlikliklərə bölündüyünü iddia etməklə ciddi yanlışlığa yol verir,
bununla da o, Qarabağın sərhədlərini daraltmış olur. Halbuki
məlikliklər Qarabağm yalnız dağlıq hissəsini əhatə etmişlər və
Nadir şahm dövrünə kimi inzibati-siyasi vahidlər kimi mövcud
olmayıb xırda, irsi feodal malikanələr idilər. «Qarabağ xanlığınm
tarixindən» adlandırılan III fəsildə hadisələr elə şəkildə şərh
edilir ki, guya nəinki Qarabağ, bütün Azərbaycan İran dövlətinin
ucqar əyaləti olmuşdur. M üəllif yazır: «Mərkəzi hakimiyyətin
zəifliyi və uzaqlığı, ümumiyyətlə... Qarabağ xanlığına müstəqil
feodal dövlət kimi baxmağa imkan vermir» (185, s. 101).
M.Mustafayev dissertasiyada arxiv materialmdan istifadə
etməmişdir. Halbuki təkcə Azərbaycan Dövlət Tarix Arxivinin
Hərbi Dairə Rəsm i Fondunda 14 saylı sənəddə Qarabağ xanlığı-
nm tarıxi ilə bağlı yetərincə maraqlı materiallar var..
Əsərdə tez-tez ziddiyyətli fikirlər səslənir. M ü əllif bir yan-
dan, Qarabağın xristian məliklərinin hər birinin hakimiyyətinin,
adətən bir kəndə yayıldığım qeyd edir, digər tərəfdən kəndliləri
itaətdə saxlamaq və istismar etmək üçün hər bir m əlikin öz
ordusuna malik olduğunu yazır (185, s.29). Təəccüblüdür, cəm i
bir kəndin hesabma hansı ordunu saxlamaq olardı?!
Bütün bu çatışmazlıqlara və nöqsanlara baxmayaraq, M.Mus-
tafayevin dissertasiyası XX əsrin ortalarmda təkcə Qarabağ xanlı-
ğınm yox, ümumiyyətlə, Azərbaycan xanlıqları tarixinin öyrənil-
məsi yolunda atılan ilk mühüm addımlardan biri olmuş və bu
günlərə kimi Qarabağ xanlığmm iqtisadi tarixinə həsr edilmiş
yeganə əsər kimi qalmışdır.
Y.Ağamalı «Qarabağ xanlığmın qonşu xanlıqlarla v ə digər
dövlətlərlə münasibətləri» mövzusunda namizədlik dissertasiyası
müdaflə etmişdir (4). Adından göründüyü kimi, m üəllifln qarşı-
smda Qarabağ xanlığının tarixini bütövlükdə araşdırmaq, o cüm-
lədən xanlıqdakı sosial-iqtisadi münasibətləri m üəyyənləşdir-
m ək vəzifəsi durmamışdır. Sözügedən dissertasiyanm mənbəşü-
naslıq bazası o qədər geniş deyil, çap olunmuş tədqiqatların heç
də hamısından istifadə olunmamışdır. III fəslin adında göstərilsə
də, dissertasiyada xanlığın inzibati bölgüsü işıqlandırılmamışdır.
Ədalət naminə qeyd edilməlidir ki, Azərbaycan xanlıqlarının
öyrənilməsində görkəmli şərqşünas İ.P.Petruşevskinin əsərləri
mühüm rol oynamışdır (200-205). Bu əsərlərdə xanlıqlarm ya-
ranmasmın siyasi və iqtisadi səbəbləri, onlarda mövcud olmuş
vergi sistemi və torpaq mülkiyyəti formaları, xanlıqlardakı sosial-
iqtisadi münasibətlər ətraflı tədqiq olunduğundan yeri gəldikcə
Qarabağ xanlığmdakı sosial-iqtisadi və sosial-siyasi münasibət-
lərdən də söhbət açılmışdır.
V.N.Leviatovun 1948-ci ildə nəşr olunmuş «XVIII əsrdə
Azərbaycan tarixindən xülasələr» adlı əsərində də Azərbaycan
xanlıqlarında sosial-iqtisadi və sosial-siyasi' münasibətlərə müəy-
yən yer verilmişdir (169). Ümumi kontekstdə Qarabağ xanlığına
mühüm yer ayrılmışdır.
Azərbaycan xanlıqları tarixinin görkəmli tədqiqatçılarından
biri də H.B. Abdullayev olmuşdur. Onun əsərləri (84-8 6) əsasən
Quba xanhğının tarixinə həsr olunsa da, m üəllif bütövlükdə
Azərbaycan xanlıqlannın, o cümlədən Qarabağ xanlığının sosial-
iqtisadi və dövlət quruluşuna da müəyyən yer ayırmışdır. Ayrı-
ayn xanlıqların tarixinə həsr olunmuş əsərlərdə (74 -8 3) həmin
xanlıqların sosial-iqtisadi və sosial-siyasi quruluşu tədqiq olun-
muşdur və bunun da mövzunun öyrənilməsi üçün mühüm didak-
tik əhəmiyyəti vardır.
H.Ə.Dəlilinin (19, 20) və N.Mustafayevanın (62) Cənubi
Azərbaycan xanlıqlarınä həsr olunmuş əsərlərində həmin xan-
lıqlann sosial-iqtisadi v ə sosial-siyasi həyatx ilə bağlı irəli sürülən
mülahizələr də Qarabağ xanlığında oxşar münasibətlərin anlaşıl-
masma yardım edir. C.M.Mustafayevin Azərbaycan xanlıqlarında
sənətkarhğın vəziyyətinə həsr olunmuş əsərlərində (58-61) yeri
gəldikcə Qarabağ xanlığında sənətkarlığm vəziyyətinə toxunulur.
Müəllifm məqaləsində Şuşa şəhərinin salınma tarixi ilə bağlı
maraqlı və əsaslandırılmış mülahizələr irəli sürülmüşdür. Şuşa
şəhərinin salmması və quruluşu haqqmda maraqlı məlumatlar
A.Salamzadə, E.Avalov, R.Salayevm birgə hazn-ladıqları kitabda
da yer almışdır (219). Burada Şuşa şəhərinin yaranma tarixi araş-
dınlır, onım memarlığmm ən vacib inkişaf mərhələləri təhlil edi-
lir. Müəlliflər şəhərin bir çox tarixi tikililəri haqqıöda vacib
məlumatlar verir, onlarm şəkil və sxemlərini göstərirlər. Şəhərin
qədim hissəsinin tarixi görkəminin bərpa olunması ilə bağlı
təkliflər də maraq doğurur.
M övzu ilə bağlı əsərlər sırasmda akademik İ.Əliyevin «Dağ-
lıq Qarabağ: tarix, faktlar, hadisələr» əsəri qeyd olunmalıdır (89).
Azərbaycan tarixşünaslığmda ilk dəfə olaraq bu kitabda Qarabağ
xanlığmın Azərbaycan dövləti olması təsbit edilir, onun erməni-
lərə heç bir aidiyyəti olmaması vurğulanır. Dağlıq Qarabağın
tarixi keçmişinə qısa formada nəzər salan m üəllif erməni «tədqi-
qatçıları»nın bütün uydurmalarma tutarlı faktlarla cavab verir və
bununla Qarabağm əzəli Azərbaycan torpağı olmasmı bir daha
təsdiqləyir. Kitabda xanlığm sosial-iqtisadi quruluşu barədə cüzi
məlumat olsa da, xanlıqda mövcud olmuş sosial-siyasi əlaqələr
haqqında m üəyyən məlumat mövcuddur.
Son dövrlərdə Qarabağ xanlığmın tarixinə həsr olunmuş
əsərlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasınm Ar-
xeologiya və Etnoqrafıya İnstitutunda çapa hazn-lanmış «Qara-
bağ» adlı məqalələr toplusu xüsusi qeyd olunmalıdır (158). Gör-
kəmli tarixçi, arxeoloq, etnoqraf alimlərin məqalələrindən ibarət
olan bu toplu təkcə nəfıs tərtibatı ilə deyil, yüksək elmi səviyyəsi
ilə də seçilir. Məqalələrdə xronoloji ardıcıllıqla Qarabağm dünəni
və bu günü təsvir edilir, zəngin faktik material əsasmda erməni-
lərin işğalçı siyasəti, onlann heç bir tarixi əsası olmayan torpaq
iddiaları əyani surətdə göstərilir. Monoqrafıya üzərində iş zamanı
topluya daxil olan məqalələrin hamısına diqqət yetirilmiş, lakin
tədqiqatda F.Əliyevin «Qarabağ xanlığı (XVIII əsr)» adlı məqa-
ləsinə üstünlük verilmişdir. M əqalədə m üəllif əsas diqqəti siyasi
hadisələrin gedişinə yönəltsə də, xanlıqda mövcud olmuş sosial-
iqtisadi və sosial-siyasi m əsələlərə, o cümlədən xanlıqda idarəet-
mə aparatmm qurulmasına m üəyyən yer vermişdir. Qarabağm
memarlıq abidələri, burada m övcud olmuş sən ət növləri,
mədəniyyətin inkişaf səviyyəsinə həsr olunmuş məqalələr də
tədqiqat baxımmdan önəmlidir.
2005-ci ildə Azərbaycan M illi Elmlər Akademiyasınm A.Ba-
kıxanov adına Tarix İnstitutu «Qarabağ: Kürəkçay müqaviləsi -
200» adlı məqalələr toplusunu nəşr etmişdir (111). Adından gö-
ründüyü kimi, toplu əsasən Qarabağ xanlığını Rusiya imperiya-
sına birləşdirmiş məlum Kürəkçay müqaviləsinə həsr olunmuş-
dur. Bununla belə, tərtibçilər məqaiələri xronoloji ardıcıllığı
nəzərə almmaqla toplamış, nəticədə təkcə müqavilə deyil, Qara-
bağm ən qədim keçmişindən 1805-ci ilədək olan tarixi nəzərdən
keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu topluda Qarabağm xan-
lıq dövrünə önəıiıli yer ayrılmış və ayrı-ayrı məqalələrdə məlik-
lər, onların Qarabağ xanlarma olan münasibətləri, habelə xanlığm
inzibati quruluşu və dini-etnik tərkibi, Şuşa şəhərinin yaranma
tarixi, eləcə də problemlə bağlı olan bir sıra mənbəiər haqqmda
müfəssəl məlumat verilmişdir.
Həm arxeologiya və etnoqrafiya, həm də tarix institutlarınm
nəşr etdikləri toplulara nəzər yetirdikdə bir müsbət xüsusiyyət
dərhal diqqəti cəlb edir: məqalələr zəngin, nəfis illüstrasiya və
fotoşəkillərlə tamamlanmışdır. M əhz buna görə topluların hər
bir məlumatı bu əlavələrle daha aydın və əyani şəkildə
qavranılır.
Ə.Qubaydulin (70, 115-1-18), F.M.Əliyev (24), F.Ağamalı
(3), T.T.Mustafazadə (62a), M.M.Gülmalıyev (30), M.Q.Abdul-
layev (1), A.P.Novoseltsev (190) və başqalarının (21, 22, 40, 143,
178) əsərlərində də Qarabağ xanlığmın tarixinin m üəyyən aspekt-
lərinə toxunulmuşdur. Yeddicildlik Azərbaycan tarixinin III cil-
dində Azərbaycanda xanlıqların yaranmasmm tarixi şəraiti
haqqmda qısa da olsa, xanlıqlarm siyasi-iqtisadi, mədəni həyatına
dair ümumiləşdirilmiş material vardır (12).
Qısa tarixşünaslıq icmalmdan göründüyü kimi, Qarabağ xan-
lığı tarixinin bir sıra aspektləri tədqiq edilsə də, xanlığm tarixi bu
günə kimi bütövlükdə, kompleks yanaşma şəklində tədqiqat ob-
yekti olmamış, nəticədə xanlıq tarixinin bir sıra m əsələləri işıq-
landırılmamışdır.
M üəllifi olduğum bu monoqrafiyada isə qarşıya Qarabağ
xanlığmın tarixini və ilk növbədə xanlıqda mövcud olmuş sosial-
iqtisadi və sosial-siyasi münasibətləri arxiv sənədləri v ə ilk tarixi
mənbələr əsasmda tədqiq etmək məqsədi qoyulmuşdur. Bundan
başqa, nəzərə alınmışdır ki, bu tədqiqat bir daha bədnam qonşu-
larımızın orazi iddialarmın əsassız olduğunu sübut etm əyə yardım
edə biləcək, beləliklə, Milli tarixşünaslığa kiçik bir töhfə olacaq.
Təqdim olunan əsər yazılı mənbələrə əsaslanır. Qarabağ
xanlığmm sosial-iqtisadi və sosial-siyasi quruluşunu öyrənmək
üçün hər hansı bir tarixi problemin tədqiqində olduğu kimi, ilk
mənbələrin müstəsna əhəm iyyəti vardır. Bütövlükdə xanlıqların,
o cümlədən Qarabağ xanlığmm sosial-iqtisadi və siyasi tarixinə
aid məlumatlar çox az və səpələnm iş vəziyyətdədir. Bilavaşitə
xanlıqlar dövründə əhalinin təsərrüfat fəaliyyəti və sosial-siyasi
münasibətləri haqqmda m üfəssəl məlumat verən m ənbələr yox-
dur. Lakin təsərrüfat fəaliyyətinin səviyyəsinin yüz illər ərzində
tədricən dəyişdiyini nəzərə alaraq xanlığın yaranm ası ərəfəsin-
də və ləğvindən dərhal sonra tərtib olunmuş sənədlərdən istifadə
etmək mümkündür. Bu səpkidə olan materiallardan danışarkən ilk
növbədə «Gəncə-Qarabağ əyalətinin m üfəssəl dəftəri»ni qeyd et-
mək lazımdır. Məlumdur ki, 1722-ci ildə əfqanlarm S əfəvi döv-
lətinin mərkəzi hissəsini işğal etməsindən istifadə edən Rusiya
və Osmanlı dövlətləri Azərbaycanı müvəqqəti olaraq öz aralarm-
da bölüşdürmüşdülər. Azərbaycan ərazisinin çox hissəsi, o cüm-
lədən sonralar Qarabağ xanlığmı təşkil etmiş ərazi Osmanlı döv-
lətinin idarəçiliyinə keçmişdi. Osmanlılar vergi toplanmasmı
nizama salmaq üçün bölgənin əhalisini yə təsərrüfat subyektlərini
siyahıya almışdılar. M əhz həm in tarixi dönəmdə, daha doğrusu,
1728-ci ildə «Gəncə-Qarabağ əyälətinin m üfəssəl dəftəri» tərtib
olunmuşdur (29). Tədqiqatçı H.M əm mədov bu qiymətli mənbəni
Dostları ilə paylaş: |