II F Ə S 1 L
X A N LIQ D A K Ə ND TƏSƏR R Ü FA TI
VƏ A Q R A R M Ü N A SİB Ə TL Ə R
1. Kənd tdsərrüfatının vəziyyəti
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Qarabağ
xatılığı əhalisinin də böyük əksəriyyətinin əsas m əşğuliyyət sa-
həsi kənd təsərrüfatı idi. Əlverişli iqlim şəraiti, münbit torpaqları,
Kür və Araz çaylarmm arasında yerləşm əsi xanlıqda kənd təsər-
rüfatmm inkişafına münasib zəmin yaradırdı. T əəssüf ki, statistik
materiallarm yoxluğu xanlıqda kənd təsərrüfatmın ayrı-ayrı sahə-
lərinin inkişaf dinamikası haqqmda dolğun tesəw ü r yaratmağa
imkan vermir. Həm də əldə olan materiallarm bir qismi xanlığm
varlığmm son dövrünə - XIX yüzilliyin əw əllərin ə aiddir.
Qarabağ xanlığı ərazisinin böyüklüyünə və kənd təsərrüfatı
üçün əlverişli olduğuna görə digər xanlıqlardan müsbət mənada
fərqlənirdi. Xanlıq daim qarla örtülmüş dağlarla yanaşı, isti dü-
zənliklərlə də əhatə olunmuşdu. K end təsərrüfatmm əsas sahə-
ləri əkinçilik və maldarlıq idi. Xanlıqda, xüsusən onun çaylara ya-
xın yerlərində suvarma qurğularınm mövcudluğu əkinçiliyin
inkişafma böyük təkan verirdi.
Rusiyanm işğalı zamanı Qarabağ xanlığının ümumi torpaq
fondu 1.354.000 desyatin (o cümlədən 100 m in ‘desyatini əkinə-
yararlı) təşkil edirdi. Əhalinin hər nəfərinə təxminən 1,1 desyatin
əkin sahəsi düşürdü (185, s.46). Ümumi torpaq fonduna nisbətdə
əkinəyararlı torpaqlarm cüzi hissə təşkil etməsi bir çox amillərlə
bağlı idi: xanlıq ərazisinin əhəm iyyətli hissəsi m eşələr və kolluq-
larla örtülmüş dağlardan və sıx qamışlıqlarm bürüdüyü çöllərdən
ibarət olduğu üçün, əkinəyararlı torpaqlann ağaclardan v ə kollar-
dan təmizlənməsi işi çətinləşirdi; su ehtiyatlarmm azhğı böyük
ölçüdə münbit torpaq sahələrini istifadəsiz qoyur, bu torpaqlarda
məhsuldarlığı aşağı endirirdi; əkin sahələrinin suvanlmasmda
yaranan problemlər Qarabağ ərazisindəki çoxsaylı çaylarm dərin
dərələrdən axması, əkin sahələrinin isə hündür yerlərdə - dağlar-
da, dağ yamaclarında yerləşməsindən irəli gəlirdi; ərazinin yar-
ğanlarla örtülməsi, torpağm daşlı olması isə bir çox hallarda
suvarma üçün lazım olan kanallarm çəkilişini qeyri-mümkün edir-
di; hədsiz məsrəflər tələb etdiyindən feodallarm su kanallarmm
çəkilm əsinə maddi marağı yox idi.
Bununla belə, xanlıq ərazisində kanallar az deyildi. O dövrün
müasirlərinden biri yazndı ki, əhali çaylardan su kanalları çəkib
onların köməyi ilə kifayət qədər m üxtəlif növ taxıl əldə edir (132,
s.52). Qarabağda Kürək arxı ilə yanaşı, digər arxlar da mövcud
idi (55, s.13). Qeyd edək ki, mahallar çox zaman suvarma prinsi-
pinə uyğun olaraq çay v ə başqa su hövzələrini əhate edirdi.
Təsadüfi deyildi ki, mahala çox vaxt bir inzibati ərazi kimi su ma-
halı da deyirdilər (218, 13, f.VUA, iş 18474, v.26).
Xanlıqdakı arxlarm ən qədimi Govurarx idi. Mirze Camalm
yazdığma görə, uzaq keçmişdə Beyləqan şəhərini inşa etdirərkən
Sasani şahı Kür çayından Beyləqan çölünə böyük arx çəkdirmiş-
di. Viranedici monqol hücumları zamanı bu arx dağıdılmış və
yalmz Əmir Teymunm dönəmində Beyləqan şəhəri ilə bərabər,
bu məşhur arx da bərpa edilmişdi. Şərqin böyük fatehi onu
əcdadmm şərəfinə «Barlas arxı» adlandırmışdı. Lakin sonralar,
yəni XVIII əsrin birinci yarısmda baş vermiş hərbi münaqişələr
nəticəsində bu arx qismen dağıdılmışdı. Ancaq Penahəli xanm
döyründə və İbrahimxəlil xanm hakimiyyətinin ilk illərində bu
arxdan istifadə olunur və xanlar ondan gəlir götürürdülər. Arx
xalq arasında «Govurarx» adı almışdı (68, s.28). Mirzə Camal
Govurarx haqqmda yazırdı: «Doğrudan da bu, böyük faydalı arx-
dır. Bu arxm suyu ilə suvarılan əkin yerlərində taxıl, çəltik,
pambıq, çəkil (tut) ağacları və başqa hər cür bitki əkilərsə, bol
məhsul əldə etmək olar. 1 çetvert (250 pud - Z.H.) buğda səpilər-
sə, sahədən 20 çetvert məhsul yığmaq mümkün idi. Bu torpaq-
larda 1 çetvert çəltik və dan əkilərsə, təxminən 50 çetvert, hətta
ondan daha artıq məhsul toplamaq olar. Əkin işi iki baş öküzlə
asanlıqla görülürdü» (llO a, s.12). Mirzə Camal Govurarxdan
başqa, Arazdan çəkilmiş Kürək, Luvar, M eymənə, Gəmiçi, Sarı,
Araz, Qaşqay v ə Xan arxlarmdan istifadə olunması v ə gəlir
götürülməsi haqda məlumat verir (61, s.109).
Daimi su hövzələrinin olmadığı yerlərdə süni suvarma me-
todu kimi kəhriz və quyulardan istifadə olunurdu. K əhriz yeraltı
qalereyalardan ibarət olub, son hissəsi su mənbəyinə birləşir, açıq
hissəsi isə yerin üst qatma qədər qalxırdı. Kəhrizlər bəzən bir
neçə qalereyadan ibarət olub bir ümumi arxda birləşirdi. Bımunla
da su öz mənbəyindən torpağm yuxarı qatma axa bilirdi. Kəhriz
qazan ustalar «kənkan» adlanndı. Quyulardan su 15-20 vedrə
tutumu olan dəridən düzəldilmiş tuluqlarla çıxanhrdı. Tuluğun su
dolan ağız hissəsi kəndirlə bağlann, at və ya ulaq həmin kəndiri
dartdıqca, o, quyu üstündə qoyulmuş çarxa sarmaraq tuluğu çıxa-
nrdı, tuluqdakı su daşdan düzəldilmiş iri çuxura tökülür, oradan
isə arxlara axıdılırdı (3, s.225).
Torpağa qulluq primitiv üsullarla aparılırdı. Xanlıqda növbəli
əkin sistemi mövcud idi. Hər il əkin tarlalannm 2/3 hissəsi dincə
qoyulur və bu sahələrdən otlaq, biçin yeri kimi istifadə edilirdi.
Daha yaxşı ot bitən sahələrdən biçənək kimi, nisbətən z ə if ot
bitən sahələrdən isə otlaq kimi istifadə olunurdu. Həkəri çayı
dərəsində torpağı ildə iki dəfə becərirdilər. Məhsulım - buğda və
arpanın yığımı başa çatdıqdan sonra sahədən bostan, yaxud dirrik
kimi istifadə ejdilirdi. Adətən əkin sahələrinin istisman zamanı
gübrədən istifadə olunmur, dinik və bağlann salmmasmda isə,
əksinə, gübrədən istifadə edilirdi (180, ss.299-300).
Qışda sərt küləyin tutduğu torpaq sahələrində (qar örtüyün-
dən məhrum olan yerlərdə) əkin donmasın deyə yalnxz yazlıq
buğda və arpa əkirdilər. Payızlıq buğda və arpa, yazlıq darı, pə-
rinc v ə çovdar isə adətən çökəkliklərdə, dağ yamaclanndakı
dərin dərələrdə becərilirdi. Əkinçilər çovdar əkm əyə nisbətən
daha az maraqlıydı, Aran yerlərində əsasən payızlıq buğda və
arpaya üstünlük verilirdi, Həkəri dərəsində isə çəltik sahələri və
bostanlar daha geniş ərazini əhatə edirdi (180, ss.299-300).
Taxıl bitkilərinin səpin və biçin vaxtı yerindən, iqlim şə-
raitindən asılı idi. Dağ kəndlərində taxılı aran yerlərə nisbətən
bir, yaxud iki ay gec səpirdilər. İlk səpin ovalıq sahələrdə, adətən
martm ortalarmda, düzən yerlərdə martm sonu - aprelin əv-
vəllərində, dağlıq zonalarda isə yalnız aprelin sonunda başlayırdı.
Payızlıq taxıl adətən sentyabr, yaxud oktyabr aylannda səpilirdi.
Elatlar bəzən noyabrm sonuna kimi səpini davam etdirirdilər.
Taxıl məhsulunun toplanması orta hesabla bir ay yanm davam
edirdi və ovalıqda iyunun əw əllərin d ə, dağ kəndlərində isə iyu-
nun sonu - iyulun əw əllərin d ə başlayn:dı (180, ss.299-300).
Səpilən toxumun miqdan torpağın keyfiyyətindən və suvarılıb-
suvanlmamasından asılı olurdu. Suvanlan sahələrə, habelə yetərincə
rütubətli meşəiçi tarlalarda, çökəkliklərdə, dağ yamaclanndakı əkin
sahələrinə nisəbətən daha çox toxum səpirdilər. Hər bir yerin öz
səpin ölçüsü və qaydası vardı. Dağ kəndlərində bir desyatin torpağa
orta hesabla 7-8 pud buğda, 6 pud arpa, 16 pud dan, 8 pud pərinc, 6
pud çovdar, aran yerlərində 7-8 pud buğda, 7 pud arpa, 7 pud çəltik
səpilirdi. Dağ kəndlərində buğda və arpa 6-9, dan 25-50, pərinc
6-8, çovdar 5-8, aran kəndlərində buğda 9-15, arpa 9—12, dan
50-60, çəltik 13-25 dənə verirdi.
Beləliklə, dağ kəndlərində bir desyatin sahədən 42-dən 63 puda qə-
dər (orta hesabla 52 pud) buğda, 36 puddan 64 puda qədər (orta hesabla
45 pud) arpa, 35-dən 70 puda qədər (orta hesabla 52 pud) dan, 48-dən
64 puda qədər (orta hesabla 56 pud) pərinc, 30-dan 48 puda qədər
(orta hesabla 39 pud) çovdar toplanırdı. Aran yerlərdə bir desyatin
sahədən 72-dən 120 puda qədər (orta hesabla 95 pud) buğda, 63-dən
84-ə qədər (orta hesabla 73 pud) arpa, 100-dən 124 puda qədər
(orta hesabla 110 pud) darı, 97-dən 187 puda qədər (orta hesabla
142 pud) çəltik toplamrdı (180, ss.300-301). Mirzə Camalın yaz-
dığma görə, «suvanlan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil
(tut) ağaclan və başqa hər cür bitki əkilərsə, bol m əhsul əldə et-
mək olar. Arxdan lazımi qayda ilə istifadə olunardı, onun ətrafında
beş-altı min ailə kənd salıb, rahatlıqla yaşaya bilər» (55, s.109).
Digər xanlıqlarda olduğu kimi, torpağı xış v ə kotanla şumla-
yırdılar. Xanlığın dağhq hissəsində yerin hədsiz maililiyi ucba-
tmdan kotan və xışdan istifadə etmək mümkün olmurdu, kəndlilər
toxa, yaxud beldən istifadə edirdilər. Kotanla bir gündə düzən-
likdə 0 ,5-1, dağlxq ərazidə isə 0,5 çetvert torpağı şumlamaq
olardı. Xışla bir desyatin torpağı 3 -7 gün ərzində şumlamaq
mümkün idi. Torpağı kotanla şumlamaq üçün 6 cüt kəl (yaxud 3
cüt kəl və 6 cüt öküz) tələb olunurdu, kotanı və qoşqu heyvanlarını
idarə etmək, kotanı palçıqdan təmizləmək, təmir etmək, qoşqu
heyvanım otarmaq üçün 7-8 nəfər, xışla şumlamaq üçün
1 cüt
kəl, yaxud 2 cüt öküz və 1-2 nəfər tələb olunurdu (185, s.49).
M .Mustafayevin m ülahizələrinə görə, əkinçilik alətləri
bütünlüklə kəndli təsərrüfatınm özündə möhkəm ağaclardan ha-
zırlamrdı (185, s.46). Müəllifin bu fikri mübahisəlidir. Çünki to-
xanı v ə ağac xışı kəndli özü hazırlasa da, dəmir gavahmlı xışı və
kotanı hazırlaya bilməzdi. Kənd təsərrüfatmda natural təsərrü-
fatm hökmranlığı əm ək alətlərinin təkmilləşdirilməsinə imkan
vermirdi. Böyük fiziki güc tələb edən alətlərdən istifadə olunur-
du. Əsas əm ək alətləri xış v ə kotan idi. Xışa bir və ya iki cüt öküz
qoşaraq onunla yumşaq torpaqlan şumlayırdılar. Iri torpaq sahib-
lərinin təsərrüfatmda 8 -1 0 qoşqu heyvanmm qoşulduğu kotandan
istifadə olunurdu. Şumdan sonra torpağı iri, bəsit mala və ya dır-
mıqla malalayırdılar.
Təbii fəlakətlər kənd təsərrüfatına böyük ziyan vurur,
xanlığm aran hissəsində quraqlıq, dağlıq hissəsində isə tez-tez
yağan gur yağışlar, dolu məhsulu təhlükə altına alırdı. Müharibə-
lər, basqmlar, qarətlər və s. kənd təsərrüfatma dağıdıcı təsir gös-
tərirdi. Quba xanı Fətəli xan öz yürüşləri zamanı xeyli Qarabağ
kəndlisini Quba xanlığmın ərazisinə köçürmüşdü. Onun 1783-cü
ilin ə w ə lin d ə Qarabağa hərbi səfərində 10 min nəfərdən çox
yalnız muzdlu dağıstanlı döyüşçünün iştirak etdiyi haqqmda
məlumat verilir. Basqınçılar Şuşa yaxınlığındakı kəndləri qarət
etmiş, 100 min başa qədər qoyun, 30 min baş iribuynuzlu mal-qa-
ra aparmışdılar. Ətraf kəndlərin sakinləri Şuşaya v ə digər yerlərə
qaçmışdılar. Onlar yolda ikən dağıstanlı döyüşçülerin basqmına
məruz qalmış, bir hissəsi əsir götürülmüşdü ( 2 1 8 ,1783-cü il, v.6).
Ağa M əhəmm əd şah Qacarın 1795—1797-ci illərdəki hücum-
lan v ə 1804-1813-cü illər I rus-İran müharibəsi zamam xanlığm
iqtisadiyyatma xüsusilə böyük zərbə dəymişdi. Əhalinin sayı
kəskin surətdə azalmışdı. N.Dubrovinin yazdığma görə, Qacann
hücumlarma qədər Qarabağda 60 min ailə yaşayxrdı (127, s.230).
XIX əsrin əvvəllərində (1805-ci ildə) isə bu rəqəm 10 minə
enmişdi (13, s.64). Birinci rus-İran müharibəsi dövründə Qaraba-
ğın əhalisi daha 3 dəfə azalmış və müharibənin sonunda burada
cəmi 3080 ailə vardı. Bu ailələr də talan edilmiş v ə dilənçi vəziy-
yətinə salınmışdılar (13, s.64).
Xanlıqda əkinçiliyin inkişafmm sosial-iqtisadi şərtlərini ay-
dmlaşdırdıqdan sonra onun ayn-ayn sahələrinin vəziyyətinə diq-
qət yetirək. Qarabağ xanlığmda yetişdirilən başlıca əkinçilik
məhsulları taxıl məhsullan (buğda, arpa, çəltik, dan və pərinc
(buğda növü)) idi. Lifli bitkilər (pambıq və kətan), yağ bitkiləri
(küftcüt və gənəgərçək) və tütün yetişdirilməsi də m üəyyən yer
tuturdu (185, s.80).
İqlim şəraitinə görə buğda, arpa, pərinc v ə kətan başlıca
olaraq dağlıq ərazilərdə yetişdirilirdi. Düzənlik ərazidə isə çəltik,
pambıq, tütün, küncüt v ə dan becərilirdi. Dağlıq ərazidə buğda və
arpam sentyabr-oktyabr aylannda, darını apreldə səpir, düzənlik
ərazidə isə buğda v ə arpa səpini dekabr aymm ortalarınadək da-
vam edirdi. Bu yerlərdə dannı iyunda və iyulda, bəzi hallarda
hətta avqustda səpirdilər. Dan adətən səpindən üç ay sonra yeti-
şirdi. Yazlxq buğda və arpanı yalnız dağlıq ərazilerdə mart ayxnda
səpir, iyulun sonunda yığırdılar. Pərinc və kətan yazda, küncüt və
gənəgərçək apreldə səpilir və oktyabrda yetişirdi (185, s.50).
Pambıq tarlalamn m üxtəlif şəkildə suvanrdılar: bəzi yerlərdə
hər 20 gündən bir, digər yerlerdə cəmi 3 dəfə - iyun, iyul və
avqust aylannda. Y ay ərzində 3-4 dəfə pambığı alaq otlarmdan
təmizləyirdilər. Pambıq oktyabr aymm ə w ə lin d ə yetişirdi (185,
s.47).
İki biçinçi bir desyatin torpağı 2 -3 günə biçirdi. Taxılı biç-
m ək üçün oraqdan, otu biçmək üçün dəryazdan istifadə edilirdi
(185, s.48). Taxılı döymək üçün bir-birinə bərkidilmiş 2 -3 geniş
taxta lövhəlerdən hazırlanmxş dinglərdən (vəl) istifade edirdilər.
Bu dəzgahm üstünə daş qoyduqdan sonra dingi fxrladan
öküzlərin, yaxud atm üstündə oğlan uşağx otururdu.
Dəyirmanlar, adətən biroturacaqh olub arx suyu ilə hərəkətə
gətirilirdi. Bütün QarabağdaXIX əsrin 30-cu illərinin əw əllərin-
də 471 dəyirman qeydə alınmxşdı. Dəyirman sahibləri üyüdülən
unun 1/20 hissəsini götürürdülər. Çəltiyi döymək üçün ayaqla
hərəkətə gətirilən dişli dəmir silindrdən istifadə olunurdu. Bu
proses çətin olduğu üçün onunla Qazxqumuqdan v ə Avanstandan
gələn xüsusi işçilər m əşğul olurdular. Onlar təm izlənm iş
düyünün 1/5 hissəsini alırdxlar (191, s.29).
Y ağ istehsal etmək məqsədi ilə kətan, küncüt v ə gənəgərçək
yetişdirilirdi. Qarabağda yağ çxxanlan 10 bəzirxana vardı. Bəzir-
xana sahibləri gördükləri işin müqabilində çıxanlan yağın l/20tni
mənimsəyirdilər (191, s.29). Gənərgərçək yağı acı olduğundan
ondan qida məhsulu kimi istifadə etmək mümkün deyildi. Y ay
vaxtı həm in yağla kəllərin dərisini yağlayn-, qxşda isə otaqlarx
qızdırmaq üçün istifadə edirdilər (185, s.50).
1832-ci ilin məlumatma əsasən, xanlxqda 20.546 ev sahibinin
4 min ədəd xxş v ə kotanx vardx, bu da öz növbəsində bir çox
ailələrin bu alətlərdən istifadə etməsinin məhdud olduğunu təs-
diqləyən faktdn. Yetərincə qoşqu heyvanx ve əm ək aletinin yox-
luğu kəndliləri bu əkinçilik vasitələrini ümumiləşdirməyə v ə
torpağı birgə becərm əyə məcbur edirdi. Lakin bu, nadir istisnalxq
idi v ə bir qayda olaraq yoxsul kəndli qoşqu heyvanı v ə əm ək
alətlərini icarəyə götürür, bunun ödəniş haqqı kimi məhsulun
müəyyən qismini əkinçilik vasitəsinin icarədanna verirdi. Bu
imkan da olmadıqda kəndlilər öz torpaqlarmı icarəyə verir, yaxud
öz torpağmı tərk edib muzdlu işlə m əşğul olurdular (185, s.48).
Qarabağda her il orta hesabla (1832-ci il məlumatına görə)
təxminən 22 min çetvert buğda, 11 min çetvert arpa, 2250 çetvert
çəltik, 400 çetvert dan, 250 çetvert pərinc, 550 çetvert pambıq, 50
çetvert kətan, 5 çetvert küncüt və 7 tilani batman (1 tilani batman
33 fiınt 75 zolomikə bərabərdir) gənəgərcək səpilirdi. Təqribi
hesablamalara görə Qarabağ xanlxğmda illik orta m əhsul 220 min
çetvert buğdaya, 143 min çetvert arpaya, 33750 çetvert çəltiyə, 26
min çetvert danya, 1750 çetvert pərincə, 400 çetvert kətana, 1100
çetvert xam pambığa, 50 çetvert küncütə bərabər idi. 3200 pud
pambıq, 450 pud tütün və 56 pud gənəgərçək əldə edilirdi (138,
s.284).
Xanlıqda yetişdirilən taxılxn məhsuldarlığx yüksək olduğun-
dan rəiyyət və rəncbərlərin məhsulu toplamağa q ü w ə si çatmırdı,
nəticədə əlavə muzdlu q ü w ə y ə ehtiyac yaranxrdı. Əmək miq-
rantları - muzdlu biçinçilər təkcə Qarabağ xanlxğmdan deyil,
digər xanlıqlardan da gəlirdilər. Adətən onlar üç gün ərzində
topladığı her çetvert çəltiyə görə məhsulun 1/5-i, buğda, arpa və
darı biçinçiləri isə məhsulun 1/10 miqdarmda natural haqq
alırdılar (138, s.289).
XVIII
əsrin sonunda Ağa M əhəm m əd şah Qacann basqmla-
rmm v ə XIX əsrin ə w ə lin d ə Rusiya işğalmm xanlığm iqtisadiy-
yatma böyük zərər yetirdiyini nəzərə alsaq, xanlıq dövründə daha
yüksək məhsuldarlıq əld ə edildiyini söyləm ək olar.
Əlverişli iqlim şəraiti və bərəkətli torpaq sahələri bağçılıq və
üzümçülüyün inkişafma təkan verirdi. Bağçılıq və üzümçülük
xanlığm Çavundur, Bazarçay çayları v ə onlarm qollarınm hövzə-
lərində daha geniş yayılmışdı. Araz çayma yaxm kəndlər də
bağçılıq və üzümçülüklə məşğul olurdular. Xanlıqda yaşayan
xristianlar ildə 70.000 vedrə şərab və 3.400 vedrə araq istehsal
edirdilər. Qarabağda 3.080 üzüm, yüzdən artıq m eyvə bağları
vardı (138, s.225).
Xanliqda baramaçılıq və ipəkçilik inkişaf etmişdi. Qeyd edək
ki, h ələ XVIII əsrin əw əllərin d ə Qarabağda ildə 2 min yük, yəni
15 min pud xam ipək istehsal olunurdu (174, s.88). Baramaçıhqla
Mehri, Güney, Çavundur, Bərgüşad, Dizaq, Cəbrayıl, Arazbar,
Vərəndə, Otuziki, Kəbirli, Cavanşir, İyirmidörd, Çiləbörd ma-
hallarmda meşğul olurdular. Lazımi qədər baramaqurdu ilə təchiz
olunmuş hər tut bağı ildə 6 batman, bəzən isə dörd və daha az, iki
batman barama verirdi. XIX yüzilin əw əllərind ə xanlıq ərazisin-
də iki yüzə qədər tut bağı var idi və orta illik barama məhsulu
1.700 puda bərabər idi (138, s.293). Digər bir m ənbəyə görə, bu
rəqəm 4 min puda çatırdı (193).
-
1832-ci ilin məlumatına görə, xanlıqda 1.600-ə yaxm tut bağı
vardı (138, ss. 292-293). Bir çox yerlərdə tut ağaclarma üzümlük-
lərdə v ə m eyvə bağlarmda da rast gəlm ək mümkün idi. Barama-
qurdlarmı yemləmək üçün kifayət qədər tut ağacı olmayan ipək-
çilər digər yerlərdən tut budaqlan almalı olurdular. 1 stildən (60
zolotnik) çıxmış qurdları yem ləm ək üçün dağlıq bölgələrdə
18-20, düzənlik bölgələrdə isə 10-15 tut ağacının olması lazım
idi. Düzənlik bölgələrdə tut ağacları daha yüksək və daha çox
budaqlı olmaqla əkildikdən yalnız dörd il sonra qurdlarm yem lən-
m əsi üçün yararlı olurdu (138, s.291).
İrimiqyaslı ipəkçiliklə xanm özü v ə iri feodallar m əşğul olur-
dular. İbrahimxəlil xanın yalnız Hindarxda 26, Cəfərqulu ağanm
isə Doryan kəndində 12 tut bağları vardı. İpək məhsulunun illik
miqdarı 1.700 pud təşkil edirdi (185, s.51). Baramaqurdlarmm
toxumu feodallar, tacirlər və sələmçilərin əlində cəmlənmişdi.
Xanlığm iqtisadiyyatmda m eyvəçilik və üzümçülük əhəm iy-
yətli yer tuturdu. Bağ və bostançılığm inkişafmı isə bir tərəfdən,
təsərrüfatm qapalı xarakteri, digər tərəfdən, aztorpaqhlıq, su
çatışmazlığı əngəlləyirdi. Bununla belə, xanlıqda 100-ə qədər iri
bağ mövcud idi v ə onlarm əksəriyyəti düzənlik zonada yerləşirdi
(185, s.51). Bağlarda armud, tut, ərik, şaftalı, nar, heyva, əncir,
gilas, albalı, alma, zoğal, qoz, gavalı, alça yetişdirilirdi. Toplan-
mış məhsulun m üəyyən hissəsindən qax (yəni doğranmış və
tumu çıxarılmış meyvələri qızmar günəş altında qurutmaq) hazır-
layıb qışa tədarük edirdilər. Zoğalın tumunu çıxardıb ondan axta,
alçadan lavaşana v ə s. hazırlamaq geniş yayılmış dəb idi. Böyük
meyvə bağlan xana, bəylərə v ə məliklərə məxsus idi. Təkcə
Ağdamda Qarabağ xanmm 7 bağı (Güllü bağ, Ərikli bağ, Kətan
bağ, Çirayuqi bağı, Bala bağ, Barlı bağ və Narlı bağ) vardı. So-
nuncu iki bağ istisna olmaqla digərlərini xan icarəyə verirdi.
1822-ci ildə Güllü bağm üzümü üçün 800, m eyvəsi üçün 200,
Ərikli bağ üçün 200, Kətan bağ üçün 800, Çirayuqi bağı üçün 900
və Bala bağ üçün 380 manat icarə haqqı almmışdı. Adətən icarə
Dostları ilə paylaş: |