Daosizimin mahiyyəti Taoizm (Daoizm ya da Taoculuk olaraq da xatırlanar),“Daojiao” kimi deyilir. Daojia iki ayrı sözün Türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, düşüncə məktəbini izah edir. Ancaq ikisi də qaynağını Laozinin əsəri Tao Te Chingdən götürmüşdür. Düşüncə məktəbi olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axının ən əhəmiyyətli nümayəndəsidir.
Çin dini ənənəsinə aid ən original təlimlərdəndir. Taoçuluğun ortaya qoyduğu din anlayışı, Çin dini ənənəsinin, daha çox metafizik məzmunlu təlimləri üzərinə qurulmuşdur. Bu onu Çin mədəniyyəti içərisindən çıxmış Konfutsiçilikdən ayıran ən böyük xüsusiyyət olmuşdur.
Eva Vong Taoizm dininin panteist və plüralist olduğunu ifadə edər. Tanrılar, ruhlar və ölümsüzlər sahib olduqları güc və işıqlanma dərəcəsinə görə Taoist panteonunda sıralanarlar. Ən yüksək səviyyəli tanrılara T’ien-tsun və ya Göksel Əfəndilər deyilir, onları Ti (İmperator), Hou (İmperatoru tərəfindən), Vang (Kral), Hsien (Ölümsüz) və Shen (Ruh) izlər. Taoist dini xalq inancları və yerli kültler ilə qarışdığı üçün tanrıları tarihöncesi zamandan qalma təbiət ruhlarını, xalq qəhrəman və alimlərini, digər dinlərin tanrılarını və ölümsüzlük axtarışındakı kültlerin qurucularını da ehtiva etməkdədir.
Kimilərinin Tao, uluğun qurucusu olaraq gördükləri Lao-tzu bu dində T’ai-shang Lao-chün adıyla tanrılaşdırılmışdır və Taoist dininin bütün Taoistlərcə qəbul edilən patriarxıdır.
Daoizmin əsas doqması insan ruhunun ölməz olması ətrafında qurulub. Daoizm xoşbəxtliyə çatmaq üçün 3 yolu təqib etməyi məsləhət bilir: Təbiət yolu, Səma yolu və Yer yolu. Daoizmdə əsas kateqoriya “Dao”dur. Dao “Qanunauyğunluq, prinsip” deməkdir. Dao – hər şeyin başlanğıcı və kainatın təməl qanunudur. İki cür təcəlli edir. Birinci halda, təkdir, hər şeydən ayrılıb heç nə etməyəndir, daim sükut halındadır, ağılla dərk olunmaz, təsvir olunmaz və adsızdır. İkinci halda isə, hər şeyi ehtiva edəndir, hər yerdə vardır, dünya ilə bir yerdə dəyişən su kimidir, ağılla dərk olunan, təsvir olunandır və adı vardır. Təsvir olunandır və adı var.
II təməl kateqoriya “De” adlanır və xeyir qüvvə deməkdir. De Daonun ayrılmaz hissəsidir, dünyanı şəkilləndirir və onu qoruyur. Daonun yoluna De qüvvəsi aiddir. Dao – yol, kainatın özü, güc, kainatda intizam yaradan rizadır. De – Daodan çıxan fəzilət, əxlaq, mənəviyyatdır. Çin hakiminin nəslinə ötürə biləcəyi səmavi qüvvədir. Dao De formasında bütün canlılarda təcəssüm edir. De varlıqları formalaşdıran və dünyanı reallığa çevirən ümumbəşər prinsipdir.
Müqəddəs kitabları: 1)”Dao de tzın”/Yol və onun gücü-Daoizmin əsas kanonu sayılır. Dao “yol, çayın axarı”, De “davranış qanunu, mənəviyyat nümunəsi” deməkdir. Rəvayətə görə ömrünün sonuna yaxın Çini tərk etmək qərarına gələn Lao-tzını sərhəddə saxlayırlar. Bu qərib qocanın simasında müdriklik görən məntəqə rəisi ondan ölkəni tərk etməzdən öncə bildiklərini qısa şəkildə yazmağı xahiş edir. Lao-tzı 5000 heroqlifdən ibarət “Dao de tszın” adlı fəlsəfi traktatı bir gecəyə yazır, sübh tezdən isə Çini həmişəlik tərk edir.
2)”Çjuan tszı”-Müəllifi Daosizmin ikinci banisi sayılan Çjuan Tzının əsəri 3 hissədən ibarətdir: 7 başlıqlı Daxili (ney pyan), 8-dən 22dək Xarici (vay pyan) və 23-dən 33-dək Qarışıq (tzya pyan) bölmələr e.ə. IV–III əsrdə. Yalnız “Daxili bölmə” onun öz əlyazması sayılır, digər iki bölmə isə tələbələrin əlyazmasıdır. Əsər “Dao De tzın”dən fərqli olaraq daosizm fəlsəfəsini əlvan pritça və mifoloji materiallar əsasında, əyani şəkildə illüstrasiya etmişdir.
3)”Le tszı”nın müəllifi Le Yuydur e.ə. IV–III əsrdə. Daoistlərin təbiət və ətraf dünya ilə bağlı fəlsəfi prinsipləri izah olunur. İnsanın şəxsi rifahının onun ictimai mənfəətindən üstün olduğu ideyasına yer verilir.
4) Bunlardan əlavə V əsrdə 250 mətndən ibarət Daos kanonu “Dao Tzan” (Daonun xəzinəsi) formlaşmağa başlayır, 1607-ci ildə isə 56 mətn əlavə olunmaqla tamamlanır.
Daoizmdə ölümsüzlüyü əldə etmək üçün insanlara kimyagərlik, yoqa, sağlam qidalanma və pəhriz, sehir və müxtəlif güclü ilahlara dua və niyaz kimi xüsuslar kömək edə bilər. Daosizmdə meditasiya nəticəsində ən ali ezoterik nöqtəyə (Çji) çatmaq olur. Meditasiya metodu Vipaşyana adlanır. Kanonlarda bu cür təsvir olunur: “Əvvəl sakit oturub, heç nə haqqında düşünməməlisən. Ruhunu qoruyub, fikirlərini sükunətdə saxlamalısan. Nəfəsini daim kontrol altında saxlamalısan. Və ancaq bu zaman ürəyindəki atəş aşağı enib, kontrol altında saxlamalısan. Və ancaq bu zaman ürəyindəki atəş aşağı enib, böyrəklərdəki su yuxarı qalxanda iki başlanğıc bir-birinə qarışmaqla ölümsüzlüyə çata bilərsən.” Dinə giriş 6 yaşında başlayır, qızlar və oğlanlar bu yaşda dini təhsil almaq üçün rahiblərin yanına göndərilir (m.aydın DT, 68). Rahiblik institutu VII–VIII əsrlərdə yarandı. 1901-ci ilədək qız və oğlanlar bir monastrda yaşayırdılar, sonra isə monastrlar ayrıldı. Mərasimlər ikipilləli iyerarxiya şəklində təmsil olunan ruhani siniflər tərəfindən həyata keçirilir. Yuxarı pillə “Dao-şi", ritualları keçirmək hüququna sahibdir. İbadət qədim Çin ədəbi dilində hər ayın 1-ci və 15-ci günü yerinə yetirilir. Ölümdən sonra ruhları yerə qayıtmaması üçün məzarın üstündə müəyyən ritualları keçirirlər: qurban kəsirlər, yemək, paltar, zinət əşyaları, heykəlciklər və musiqi alətləri gətirib qoyurlar. İl dönümlərində qəbrlər üzərində pul yandırırlar. İnanca görə bunlar edilməsə yerə qayıdan quy adlı ruh (ac ruh), istənilən bədənə daxil ola bilər. Çjay mərasimi təmizlik mərasimidir. Bədənin təmizlənməsi üçün oruc tutulur ət və süd məhsulları yeyilmir.
Məbədlər Daoizmin ilk dövrlərində mühüm yer tutmamışlar, yalnız Buddizmin təsiri altında VII–VIII əsrlərdən tikilməyə başlandı. Məbədə Miao, monastırlara Kunq, monastır məbədinə Kuan deyilir. Çoxu Çinin şimalında tikilirdi, çünki cənubda buddist məbədləri artıq vardı. Ən məşhur məbədlərdən Louquan terrasasıdır ki, məhz burada Lao-Tzı öz tələbələrinə dərs keçməyi rəvayət olunur. Daha sonra Ağ buludlar məbədi ən böyüyü sayılır. Siçuan rayonunda 739-cu ildə (Tan sülaləsi dövründə) taxtadan tikilmişdi və 1166-cı ildə yanmışdı. Bu dövrdən etibarən dəfələrlə tikilib dağıdılmışdı. Vaxtilə burada Çançun yaşamışdır və məzarı da burada yerləşir. Monqolların hücumu nəticəsində bir hissəsi salamat qalmışdı və indiki kompleksin təməli onun üzərində inşa edildi. İndi məbədin ərazisində “Ümumçin daos assosiasiyası”, “Daos akademiyası”, nəşriyyat, daosların hazırlıq kursu və təlim mərkəzləri və s. Yerləşir. “Ümumçin daos assosiasiyası” 1957-ci ildə açılmışdı və siyasi səbəblərə görə 1966–1976-cı illərdə bağlanmışdır. Nəhayət, 1980-ci ildə yenidən öz fəaliyyətini bərpa edə bilmişdir. Assosiasiyanın yerləşdiyi Bayyunquan məbədinin divarında 12 heyvan (ilin adlarına uyğun olaraq) şəkli əks olunub.