Zərdüştlük dini təliminin əsasıları


Tolerantlıq və multikultiralizm



Yüklə 60,83 Kb.
səhifə4/5
tarix07.01.2024
ölçüsü60,83 Kb.
#204872
1   2   3   4   5
Multikulturalizm

Tolerantlıq və multikultiralizm
Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648– ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.
Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskussiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərmişdir ki, “Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır”, buna əlavə olaraq o qeyd edir ki, “Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir”
Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: “Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir”.
İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır.
İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.

Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, “Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür”. Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.


1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”.
Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçililiyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.
Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir edir:

  • Eyni ərazidə uzun dövrlər birgə yaşayış;

  • Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi);

  • Rifah halıyla bağlı kütləvi miqrasiya;

  • Tarixi köçürülmə siyasəti;

  • Müharibə səsbindən məcburi köç.

O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin