Çindəki mərkəzi və yerli hökumətlər arasındakı başqa bir xüsusiyyət,
vergilərin mərkəzlə yerlər arasında bölüşdürülməsidir. Çində vergi növləri təxminən 20 civarındadır. Bunlar; mərkəzi vergi, yerli vergi və ümumi vergi kimi
3 yerə bölünür. Yerli vergi yerli hökumətlərə məxsusdur. Mərkəzi vergi və
ortaq vergi mərkəzinin əyalət qurumları tərəfindən toplanan ortaq vergi müəyyən
nisbətdə yerli rəhbərliklə paylaşılır.
Çin bu gün əsas qlobal fiqurdur və onun sisteminin öyrənilməsində fayda var.
Əvvəla Çinin tarixdən bəri unitar quruluşla idarə olunması, 1949-cu ildən kommunist rejimi qəbul edilməsi, ölkə əhalisinin kiçik bir hissəsini təşkil edən azlıq millətlərinə muxtariyyət sistemini tətbiq edilməsi, Çində yaşayan bütün xalqların hüququnun müdafiəsi, ölkənin çoxmillətli unitar dövlət olması, böyük millətçiliyə xüsusilə ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Xanzu millətçiliyinə icazə verilməyəcəyini iddia etməsi, 1978-ci ildən sonra edilən reformlarda kapitalizmin bəzi xüsusiyyətlərini tətbiq etməklə sosializmin Çin modelininin qurulması, ölkənin bütövlüyünü və inkişafını təmin etmək üçün müxtəlif bölgələrdə müxtəlif siyasətlərin həyata keçirilməsi Çinin yerli özünüidarəetmə orqanlarına müxtəlif aspektlərdən təsir edir.
Çindəki yerli idarəetmələrin digər bir xüsusiyyəti, mərkəzi hökumətin nəzdində şaquli və üfüqi işləmək, eyni zamanda qanunverici, məhkəmə və inzibati sahələrdə öz muxtariyyətlərinə sahib olmaları və maliyyələrini sərbəst şəkildə idarə edə bilmələridir. Bu kimi keyfiyyətlər yerli özünüidarəetmə orqanlarının fəaliyyətini artırdı və Çin kimi çoxmillətli ölkəni bölünmə təhlükəsindən qurtardı. Əlavə olaraq, Çindəki yerli rəhbərliklərin məhkəmə və qanunverici orqanlarını da əhatə etməsi maraqlı xüsusiyyətlərindən biridir.