“Zob”un simptomları, müalicəsi və profilaktikası
Yazan Administrator
11.05.11 23:00 - axırıncı dəyişikliklər 28.09.16 14:25
Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə
uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin
yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və
sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya
(nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu,
davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini
dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində
damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır.
Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir.
Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır.
Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı
əlamətlərlə büruzə verir:
- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus
infeksiyaları), bronxit və hətta sətəlcəm;
- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;
- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);
1 / 5
“Zob”un simptomları, müalicəsi və profilaktikası
Yazan Administrator
11.05.11 23:00 - axırıncı dəyişikliklər 28.09.16 14:25
- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh
düşkünlüyü);
- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;
- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin
olması;
- uşaqlarda – fiziki və əqli gerilik;
- kişilərdə - cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların)
pozulması.
Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.
Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz
(tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:
- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı,
təngnəfəslik;
- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;
- daima aclıq fonunda çəkinin azalması;
2 / 5
“Zob”un simptomları, müalicəsi və profilaktikası
Yazan Administrator
11.05.11 23:00 - axırıncı dəyişikliklər 28.09.16 14:25
- uzun müddət davam edən hərarət (37,5 – 38
o
C dək);
- quru və isti dəri;
- bərəlmiş gözlər;
- əllərin əsməsi.
Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə,
vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və
həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün
qəbul edin!
Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola
bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı,
tireotoksik kriz nəticəsində komatoz vəziyyət.
Boğaz urunun diaqnostikası
Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə
dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə
təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator
müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də
müvafiq anticismlərin səviyyəsini tədqiq edir. Analiz üçün qan acqarına, səhər saat 10.00 dək
alınır. Bundan qabaq 20-30 dəqiqə sakit və rahat vəziyyətdə oturmaq lazımdır.
Qalxanvari vəzdə bir və ya bir neçə düyün aşkar edilərsə, həkim bu düyün toxumasının
biopsiyasını (hüceyrələrin tədqiqatını) təyin edir. Bunun üçün nazik iynə ilə düyünün
3 / 5
“Zob”un simptomları, müalicəsi və profilaktikası
Yazan Administrator
11.05.11 23:00 - axırıncı dəyişikliklər 28.09.16 14:25
toxumasının kiçik hissəsi alınır və histoloji müayinə edilir (hüceyrələrin müayinəsi). Bu
müayinənin məqsədlərindən biri də qalxanvari vəzdə xərçəng hüceyrələrinin erkən aşkar
olunmasıdır.
Boğaz urunun müalicəsi
Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin
növü və səbəblərinə əsasən seçilir.
Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru
zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir.
Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin
vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir.
Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq
üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir
preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur.
Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur – məqsəd isə həmin
yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin
məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə
yaxınlaşmasıdır.
Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi,
ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin
mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq
edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir.
Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3
ml-dən artıq olmayaraq) saxlanılır.
Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan
sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric
edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi
kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik
əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur.
4 / 5
“Zob”un simptomları, müalicəsi və profilaktikası
Yazan Administrator
11.05.11 23:00 - axırıncı dəyişikliklər 28.09.16 14:25
Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək
həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.
Boğaz urunun profilaktikası
Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan
qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, yuxarıda göstərilmiş
yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır.
Ölkəmizin bir sıra rayonlarında yod qıtlığını nəzərə alaraq, əksər uşaqlar, yeniyetmələr və
hamilə qadınlar əlavə profilaktik tədbir kimi yod preparatlarını qəbul etməlidirlər. Dərman
preparatının və onun dozasının düzgün seçilməsi üçün müvafiq həkim mütəxəssisə
(endokrinloq, ginekoloq, uşaq həkimi) müraciət edilməlidir.
Profilaktikanın digər istiqaməti isə xəstəliyin erkən aşkar olunmasıdır. İstənilən növ
boğaz urunun yuxarıda qeyd edilən risk amillərindən hər hansı Sizdə də mövcuddursa,
məsələn, endemik zonada yaşayırsınız və ya nəslinizdə qalxanvari vəzi xəstəlikləri qeyd
olunubsa, həkim-endokrinoloqun qəbuluna yazılın və müayinə olunun.
5 / 5
Dostları ilə paylaş: |