İstifadəsi üzrə təlimat
ZVEZDOÇKA HOT kəndəlaş, moruq, limon dadlı daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz
ZVEZDOCHKA HOT
Bioloji aktiv əlavə
Tərkibi (1 saşe üçün)
Təsiredici maddələr: qara kəndəlaş (Sambucus nigra) meyvələrinin ekstraktı 150 mq, askorbin turşusu 300
mq, inulin 3 q, sink qlükonat 35 mq.
Köməkçi maddələr:
kəndəlaş dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, kəndəlaş aromatizatoru
200 mq, natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq.
moruq dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, moruq aromatizatoru 200
mq, natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq.
limon dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, limon aromatizatoru 200 mq,
natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq.
Təsir mexanizmi
Zvezdoçka Hot – qara kəndəlaş meyvələri ekstraktı, C vitamini, sink və inulinin effektiv kombinasiyasıdır.
Qara kəndəlaş meyvələri immun sisteminin yaxşılaşmasına kömək edir və orqanizmin müdafiə qüvvələrini
dəstəkləyir. Qara kəndəlaşın tərkibində olan flavonoidlərin antioksidant xassələri vardır və C vitamini ilə
birlikdə sinergik təsirə malikdirlər.
Askorbin turşusu (C vitamini) immunitetin möhkəmlənməsinə səbəb olur, bununla yanaşı, öz antioksidant
təsirləri hesabına hüceyrələri aqressiv sərbəst radikallardan müdafiə edir.
Sink müdafiə qüvvələrinin mobilizasiyasında mühüm rol oynayır.
İnulin həzmi və bağırsaq mikroflorasını tarazlıqda saxlayır.
İstifadəsinə göstərişlər
Zvezdoçka Hot flavonoidlər, C vitamini, sink və inulin mənbəyidir. İmmun sisteminə müsbət təsir göstərir.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, hamiləlik, ana südü ilə qidalandırma, fenilketonuriya.
İstifadə qaydası və dozası
Böyüklərə: əvvəlcədən qaynar içməli suda (100-150 ml) həll edilmiş 1 paketi gündə 1 dəfə yemək vaxtı qəbul
etmək. Qəbul olunma müddəti – 1 ay.
Məsləhət olunan dozaya riayət olunduqda Zvezdoçka Hot insan sağlamlığı üçün təhlükəsiz məhsuldur.
Buraxılış forması
Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (kəndəlaş, moruq, limon dadlı).
3,978 q toz saşe-paketlərdə. 5 saşe-paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25ºC temperaturda, quru, işıq düşməyən yerdə saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
«FORTEKS NUTRASYUTİKALS» MMC
Proxladen kat küç.10, Suhodol kv., Sofiya şəh. 1362, Bolqarıstan